Strasburqda
keçirilən beynəlxalq
tədbirdə erməni
təxribatının qarşısı
alınıb
Avropa Şurasının
Yerli və Regional Hakimiyyətlər Konqresinin
Strasburqda keçirilən
45-ci sessiyasında erməni
təxribatının qarşısı
alınıb.
AZƏRTAC xəbər verir ki, konqres
çərçivəsində Azərbaycan nümayəndə
heyətinin tam tərkibdə iştirak etdiyi sessiya səmərəli keçib.
Sessiyanın sonuncu günündə ermənilərin
və onları dəstəkləyən qüvvələrin
cəhdlərinə baxmayaraq,
son anda gündəliyinə salınan
“Qarabağ və ətraf şəhərlərdə
və regionlarda humanitar vəziyyətə
dair Bəyanat”da
“Dağlıq Qarabağ”,
“etnik təmizləmə”,
“ermənilərin mədəni
və dini irsinin qorunması” və buna oxşar
digər müddəalar
sənəddən çıxarılıb.
Azərbaycanın Konqresdə
iştirak edən nümayəndə heyətinin
rəhbəri Anar İbrahimov deyib ki, AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatda bu müddəaların saxlanmasından
ilhamlanan ermənilər
Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışıblar. “Düzdür,
bəyanat tam şəkildə bizi qane etmir. Ümumiyyətlə,
bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır.
Nümayəndə heyətimizin
təkidi ilə, həmçinin sessiyada qəbul olunan “Ermənistanın paytaxtı
İrəvan şəhərində
keçirilmiş yerli
seçkilərlə bağlı
hesabat” məsələyə
aid olmayan müddəalardan və digər ifadələrdən
təmizlənib”, - deyə
A.İbrahimov bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, müzakirələr Avropanın yerli və regional elitasının artıq yeni reallıqları qəbul etdiyini göstərdi. “Onların Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqları qəbul etməkdən başqa çarələri yoxdur”, - deyə o vurğulayıb.
Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237.- S.5.