Ermənistanın
qaçqın avantürası
Erməni xisləti
yenə işə düşüb. Qarabağda
"fəaliyyət" göstərmiş
qondarma separatçı
rejimin rəhbərlərinin
və onların yaratdıqları silahlı
quldur dəstələrinin
təzyiqi, eləcə
də Ermənistan rəhbərliyinin çağırışı
ilə yaşayış
yerlərini könüllü
tərk edənlərə
Ermənistanda kütləvi
surətdə "qaçqın"
statusu verilir. İddia oluna bilər ki, Ermənistan müstəqil
dövlətdir, bu onun öz işidir.
Amma "müstəqil"
Ermənistanın pərdəarxası
oyunlarını görməmək
mümkün deyil.
İlk növbədə
Ermənistan qaçqınların
sayını 100 min və daha artıq
göstərməkdə məqsədi
indiyə kimi uydurduğu yalanını
siyasi avantüraya çevirməkdir. Necə
deyərlər, ermənilərin
məqsədi bir gülləylə iki dovşan vurmaqdır. Birincisi, bu yalanı
uydurmaqla iqtisadi cəhətdən ağır
durumda olan Ermənistan beynəlxalq təşkilatlardan 100 min qaçqın üçün
yardım almağı
planlaşdırır. İkincisi,
strateji hədəfləri
qaçqınların sayını
şişirtməklə Azərbaycana
beynəlxalq təşkilatlar,
onları himayə edən dövlətlər
vasitəsilə təzyiq
göstərməkdir.
Azərbaycanın 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiteror tədbirlərindən
sonra işə düşən qaçqın
"problemi" Ermənistanın
ehtiyatda saxladığı
"B" planıdır. Onu
işə salmaq üçün "fürsət"
gözləyən Ermənistan
yaranmış vəziyyətdən
istifadə etməyə
çalışır. İllərdir
ki, işğalçı
dövlət Qarabağda
125 min erməninin yaşadığını, onların
"blokada"dan, "humanitar
fəlakət"dən əziyyət
çəkdiklərini iddia
edirdi. Hətta Qarabağda yaşayanlardan
2000 nəfərin hamilə
qadın olduğu da iddialar sırasında
"ciddi" yer alırdı. Erməni şirəsinə uyuşan
bəzi korrupsioner təşkilatlar da hazırladıqları "hesabatlar"da
bu rəqəmləri
məqsədli şəkildə
tutuquşu kimi təkrarlayırdılar. Məqsəd
qara günləri üçün saxladıqları
"B" planı işə
düşəndə bu
rəqəmlərdən Azərbaycana
təzyiq kimi istifadə etmək, həm də beynəlxalq təşkilatlardan,
onlara dəstək olan dövlətlərdən
külli miqdarda vəsait almaq idi.
Məsələ burasındadır
ki, istər ermənilər Qarabağı
könüllü tərk
edən zaman, istərsə də ondan əvvəl və sonra nə
Qarabağda, nə də Ermənistana köçən bir Qarabağ ermənisinin dünyaya uşaq gətirməsi barədə
məlumat yoxdur. Olsaydı, dünyaya gələn bu vətənsizi bütün
dünyaya nümayiş
etdirərdilər, yəqin
ki, doğulan körpənin adını
da Artsax qoyardılar.
Bu bir faktdır ki, heç vaxt Qarabağda Ermənistanın
indi iddia etdiyi qədər 100 və ya 125 min erməni yaşamayıb. Ermənistan
illərdir işğal
etdiyi ərazilərdə
dünyanın bir sıra ölkələrindən
gəlmiş erməniləri
qanunsuz məskunlaşdırmaqla
məşğul olub.
Ortada kifayət qədər dəlil-sübutlar
var. Yenə də Qarabağda və işğal etdikləri ərazilərdə
məskunlaşdırdıqları ermənilərin sayını
100 minə çatdıra
bilməyiblər. Rəqəmlər
bunun üçdəbiri
civarında olub. Həmin rəqəmlərin
artmasına Ermənistanın
ərazilərimizə qanunsuz
yerləşdirdiyi hərbçilər
"kömək" edib.
Ermənistan rəhbərliyi
avantüraya əl atmazdan əvvəl bir məsələyə də xüsusi olaraq diqqət etməlidir ki, indiyə kimi Ermənistanın "işinə
qarışmadığı "Artsax prezidentləri" Bakıdadırlar. Onlar əsl həqiqətləri
istintaq zamanı yazılı şəkildə
etiraf edirlər. Ortada separatçıların
istintaq altında olan "liderləri"nin
ifadələrində Qarabağda
Ermənistan ordusunun
15 minə yaxın hərbçisi olduğu faktı da var.
Konkret olaraq nəticə belədir ki, Ermənistan heç bir əsas olmadan öz məqsədləri
üçün Qarabağı
könüllü tərk
edən ermənilərin
sayını məqsədli
şəkildə şişirdir.
Ermənilərin uzun
illər işğal altında saxladıqları
Şuşada, Laçın
şəhərində, Laçının
Zabux və Sus kəndlərində, eləcə də Xocalı şəhərində,
Zəngilan, Kəlbəcər,
Ağdam rayonunun kəndlərində kütləvi
məskunlaşma apardıqları
barədə bu ərazilərdən Ermənistanın
və onun təsirinə düşən
dünya KİV-inin repotajlar verməsi faktları var. Qarabağı tərk edən ermənilərin böyük əksəriyyəti
bu torpaqlarda mövsümi istirahət etmək üçün müvəqqəti gəlmiş
"köçərilər"dir. Görəsən Qarabağda
qohumunun evinə və ya turist
kimi yay, yaz mövsümündə
bu səfalı yerlərin havasını udmaq üçün gələn qonaqlara "qaçqın" statusu verməkdə "humanistlik"
edən Ermənistan və ona bu
gün təəssübkeşlik
edən dövlətlərin,
beynəlxalq təşkilatların
marağı nədir?
Əlbəttə, bunun
arxasında məkrli məqsəd var.
30 il bir milyondan çox azərbaycanlı zorla, silah gücünə, vəhşicəsinə öz
yurdundan didərgin salındı. Bu 30 ildə beynəlxalq təşkilatların, dünya
birliyinin 2020-ci ilin 44 günlük müharibəsindən
keçən qısa
bir zamanda Ermənistana göstərdikləri
maddi yardımın cüzi hissəsi qədər azərbaycanlı
məcburi köçkünlərə
və qaçqınlara
yardım etdiklərini
görmədik. Heç
mənəvi dəstəklərini
də hiss etmədik. Təbii ki, burada din,
xiristian təəssübkeşliyi
ilə yanaşı, hazırda Ermənistanı
silahlandırıb üstümüzə
qaldıran, yenidən
münaqişənin yaranmasında
maraqlı olan dövlətlərin rolu az deyil.
Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında "qaçqın" anlayışı
çox konkret şəkildə təsbit
olunur və digər məqamlarla yanaşı, "beynəlxalq
sərhədi keçən
insan" anlayışı
qabardılır. Unutmaq
lazım deyil ki, Qarabağdan könüllü köçənlər
Ermənistanın Qarabağda
qanunsuz məskunlaşdırdıqları
vətandaşlarıdır. Onların əksəriyyəti
Ermənistan pasportu daşıyır. Sərhədi
keçərkən də
onlara qarşı hər hansı təzyiqin, zorakılığın
olmadığını, Ermənistan
baş nazirinin çağırışı ilə getdiklərini çəkinmədən deyirdilər.
Burada bir məsələni də qeyd etməyi vacib bilirik. Ermənistanda iqtisadi böhran bu ölkədə əhalinin
demoqrafik dəyişikliyinə
ciddi surətdə təsir göstərib. Bu ölkənin Statistika Komitəsinin məlumatına görə,
son zamanlar Ermənistanı tərk edənlərin sayı ciddi surətdə artmaqdadır. Sürətlə
azalan Ermənistan əhalisinin sayını süni surətdə artırmaq məqsədilə
Qarabağda yaşayan
erməniləri Ermənistana
çağıran Nikol
hökuməti indi də bundan öz çirkin niyyətlərini həyata
keçirmək üçün
istifadə etməyə
cəhd edir.
Ermənistan bir
məsələni də
unutmamalıdır ki,
Qarabağdan getmiş
şəxslərin geri
qayıtması məsələsindən
öncə müzakirə
mövzusu bu dövlətin zorla Qərbi Azərbaycandan deportasiya etdiyi soydaşlarımızın öz
torpaqlarına ləyaqətlə
qaytarılması məsələsi
müzakirəyə çıxarılmalıdır.
Azərbaycan Qarabağdan
köçən vətandaşlarının
evlərini, mülklərini
qoruyur, hətta gedərkən bərbad vəziyyətə saldıqları,
antisanitariya şəraiti
yaratdıqları küçələri
təmizləyib dezinfeksiya
da edib. Bu gün Ermənistana
vəkillik edən dövlətlər, az qala erməni dilində danışan beynəlxalq təşkilatlar
azərbaycanlıların deportasiya
olduqları Qərbi Azərbaycanda, Ermənistanın
uzun illər işğalda saxladığı
torpaqlarda azərbaycanlılara
məxsus bircə salamat ev tapa
bilərlərmi?
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.6.