Ermənistanın
niyyəti xarici təşkilatlardan pul qoparmaqdır
Qarabağdan gələn ermənilərə
"qaçqın" statusunun
verilməsi də buna xidmət edir
Ermənistan hökuməti
Qarabağı könüllü
tərk edən ermənilərə "qaçqın"
statusu verməklə beynəlxalq hüququn norma və prinsiplərini
növbəti dəfə
pozur. Bu ölkə ərazilərimizdə
yaşayan erməni-əsilli
şəxslərin sayını
süni surətdə
artırmaqla, onların
Qarabağdan zorla çıxarıldıqlarını iddia etməklə beynəlxalq ictimaiyyəti
çaşdırmağa çalışır.
Lakin unudur ki, bütün dünya Qarabağdan gedən ermənilərin yaşadıqları şəhər
və kəndləri öz istəkləri ilə könüllü tərk etdiklərinə şahiddir, həmçinin
işğal olunmuş
ərazilərdə məskunlaşdırılan
şəxslərin nə
mülkiyyət hüququ,
nə də qaçqın statusu tanınır. Ona görə də Ermənistanın özünü
məzlum duruma salaraq xarici ölkələrdən guya
mədəni formada pul dilənməsi iflasa məhkumdur.
Mövzu
ilə bağlı
"Azərbaycan" qəzetinə
danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib
ki, Qarabağdan Ermənistana köçən
ermənilərə "qaçqın"
statusunun verilməsi absurddur: "Onlar qaçqın deyillər,
könüllü olaraq
ərazilərimizi tərk
ediblər. Bu baxımdan Ermənistanın
Qarabağda yaşayan
ermənilərin "qaçqın"
statusu ilə müftə pul əldə etmək məqsədi iflasa məhkumdur. Nəzərə
almaq lazımdır ki, o vaxt qaçqın
hesab olunur ki, həmin şəxslər əraziləri
tərk etməyə məcbur edilirlər".
Deputat vurğulayıb
ki, bizim ərazilərimizdə yaşayan
erməniəsilli şəxslərin
Ermənistanda yaşamağı
seçmələri könüllü
xarakter daşıyır
və bu, bütün dünyaya məlumdur. Biz bununla bağlı dəfələrlə bəyanatlar
vermişik, indi də onların geri qayıtmaları üçün çağırışlar
edirik. Belə olan halda onlara
"qaçqın" donu
geyindirmək dünyanın
bir sıra aparıcı təşkilatlarından
pul qoparmaq niyyətini güdür.
Fazil Mustafa deyib ki, Ermənistan
hökumətinin və
xalqının belə
saxta yola əl atması onların xislətindən
irəli gəlir:
"Davamlı olaraq saxtakarlıqlar edərək
müxtəlif qurumlardan
maliyyə yardımı
qoparmaq ermənilərdə
ənənə halını
alıb. Lakin bu dəfə məqsədlərinə nail
ola bilməyəcəklər".
Müsahibimiz 30 illik
işğal dövründə
Ermənistanın orada
yaşayan şəxslərin
sayını süni şəkildə artırdığını
da xatırladıb. Bildirib ki, erməni
xisləti burada da öz işini
görüb, əhalinin
sayını çox
göstərməklə, müqabilində
xaricdən daha böyük həcmdə ianə və yardım toplaya biləcəyini hesablayıb:
"İndi də fürsətdən özünəməxsus
şəkildə yararlanmağa
və qaçqınlara
yardım adı altında ölkəyə
daimi "pul axını"nı təmin
etməyə çalışır".
Fazil Mustafa həmçinin "qaçqın"
statusunun kimlərə
şamil oluna biləcəyi barədə
də danışıb.
Söyləyib ki, Qarabağ və Şərqi Zəngəzur
işğal olunandan sonra həmin ərazilərə köçürülmüş
və qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirilmiş insanlar
qaçqın hesab edilə bilməzlər. Ümumiyyətlə, qanunsuz
məskunlaşma cinayət
olduğuna görə
belə adamlara "qaçqın" statusunun
verilməsi haqq və hüquqa ziddir.
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.6.