Təbiətin,
bəşəriyyətin düşməni
Ermənistan bunu mina terroru
ilə də təsdiqləyir
Azərbaycan Ordusu
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
apardığı 44 günlük
Vətən müharibəsində
ermənilərə qalib
gəldi. Uğurla başlayan və elə uğurla da başa çatan
döyüşlərdən sonra torpaqlarımız qəsbkarlardan azad olundu. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Düşmən
ordumuz qarşısında
diz çökdürüldü.
İşğal müddətində
ermənilər torpaqlarımıza
saysız-hesabsız minalar
basdırıblar. İndi
xalqımız düşmənin
basdırdığı bu
minalardan əziyyət
çəkir. Buna görə də Azərbaycan hazırda dünyada ərazisi ən çox minalarla çirklənmiş
ölkələrdən sayılır.
Ortaya çıxan faktların çoxu onu göstərir ki, minaların əksəriyyəti 10 noyabr
2020-ci ildə imzalanan
üçtərəfli Bəyanatdan
sonra basdırılıb.
Zərərsizləşdirilərkən aşkarlanan həqiqət
onu təsdiq edir ki, bu
ölümsaçan minalar
2021-2022-ci illərdə Ermənistanda
istehsal olunub. Sanki bu mənfurlar
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin
əvəzini mina terroru ilə çıxmaq istəyirlər.
Azərbaycan müxtəlif
səviyyələrdə aparılan
danışıqlarda Ermənistandan
basdırılmış minaların
xəritəsini tələb
edir. Amma düşmən yalançı
bəhanələr uyduraraq
bu haqlı tələbdən imtina edir. Bəzən də məcbur qalıb verdiyi mina xəritələri reallığa uyğun gəlmir. Üst-üstə
düşməyən bu
reallıq isə zaman-zaman insanları məhv edir, təbiətin düşməninə
çevrilir.
Vətən müharibəsindən
sonra da Qarabağdakı sepatarçılar
gizli yollarla Ermənistandan ərazilərimizə
silah-sursat və minalar daşıyırdılar.
Erməni təxribatçı
qrupları kimlərinsə
vasitəçiliyindən istifadə
edib bu minaları
işğaldan azad olunmuş ərazilərimizdə
basdırırdılar. Təəssüflər
olsun ki, bu günə kimi neçə-neçə
mülki insanımız
və hərbçimiz
həmin minaların qurbanı olublar. Ermənistandan gətirdikləri
azmış kimi ermənilər Qarabağ bölgəsində mina istehsal edirmişlər. Bu günlərdə əraziyə baxış
keçirilən zaman
erməni terrorçu
qrupların Qarabağda
kustar üsullarla əldəqayırma partladıcı
vasitələr hazırladığı
emalatxana aşkarlanıb.
Emalatxananın içərisində
xeyli əldəqayırma
minalar və onların hazırlanmasında
daha çox canlı qüvvəni məhv etmək üçün istifadə
edilən metal parçalar, eləcə də digər partlayıcı qurğuların
olduğu müəyyən
edilib.
Azərbaycan dövləti
işğaldan azad olunmuş ərazilərimizin
minalardan təmizlənməsi
məqsədilə mühüm
işlər görür,
zəruri addımlar atır. Atılan bu addımlar nəticəsində ərazilərimiz
minalardan və partlamamış silah-sursatlardan
təmizlənir. Ərazilər
təmizləndikcə böyük
quruculuq işləri aparılır. Bir-birindən
uğurlu layihələr
həyata keçirilir.
Şəhərlər, kəndlər
bərpa olunur. Azərbaycan dövləti
demək olar ki, öz gücü
hesabına azad olunmuş ərazilərini
minalardan təmizləyir.
Azərbaycan
Respublikasının Minatəmizləmə
Agentliyinin məlumatında
bildirilir ki, işğaldan azad edilmiş torpaqlarımızda
təxminən 1,5 milyon
ədəd mina basdırılıb. Minalar
daha çox evlərin astanasında, həyətlərdə yerləşdirilib.
Ümumiyyətlə, mina
partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqlarda baş verib. 52 hadisə keçmiş təmas xəttində,
137 partlama hadisəsi isə digər ərazilərdə baş
verib. Aydın görünən odur ki, ermənilər minalanma cinayəti ilə çox geniş şəkildə məşğul
olublar. Məqsəd Azərbaycan vətəndaşlarına
zərər vurmaq, qayıdış prosesini ləngitməkdir.
19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan
480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin
qalıqları tərəfindən
azı yarım milyondan çox minanın basdırıldığını
aşkarlayıb.
Prezident İlham
Əliyev oktyabrın
11-də MDB-yə üzv
dövlətlərin təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri şurasının
53-cü iclasının iştirakçıları
ilə görüşdə
bir daha bu mövzuya toxunaraq deyib: "2020-ci ildən 2023-cü ilin əvvəlinədək - Azərbaycanın
Laçın rayonunda
sərhədə nəzarət
etmədiyi bir vaxtda oraya sayı
milyonlarla ölçülən
nəhəng döyüş
silah-sursatları daşınıb,
bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar
gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz
torpaqlarında həlak
olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi
başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşımız həlak
olmuş və ağır şəkildə
yaralanmışdır. Təəssüf
ki, onların sayı hər həftə artır".
Beynəlxalq
qurumlar, xarici ölkələr Azərbaycanın
üzləşdiyi bu
ağır problemə
daha həssas yanaşmaq, dəstək vermək, Ermənistana təzyiq göstərmək
əvəzinə ölkəmizə
qarşı qərəzli
qətnamələrin, bəyanatların
qəbul edilməsinə
çalışırlar.
Bəzi ekspertlər
ermənilərin mina terrorunu alman faşizmi ilə müqayisə edirlər. Əslində isə, ermənilərin mina terroru bəşəriyyət
və insanlıq üçün alman faşizmindən də qorxulu və təhlükəlidir.
Ermənistan bu
hərəkətləri ilə
"Müharibə qurbanlarının
müdafiəsi haqqında"
1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, həmçinin
BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması,
istehsalı və verilməsinin qadağan edilməsi haqqında"
Konvensiyanın müddəalarını
kobud şəkildə
pozur.
Ermənistanın mina
terroru səngimədikcə,
dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixdən etibarən mina qurbanlarının sayı
331 nəfərə çatıb.
Elə bu günlərdə Tərtər
rayonunun ərazisində
iki Azərbaycan vətəndaşı minaya
düşüb. Ermənilər
təkcə insanların
deyil, təbiətin qoynunda yaşayan heyvanların da düşmənləridir. Çünki
insanlarla bərabər,
heyvanlar da ermənilərin basdırdığı
minaların qurbanı
olurlar. Bu günlərdə hərbçilərimiz
Qarabağ meşələrində
minaya düşüb
ayaqlarını itirmiş
heyvanları görüblər.
Həmin heyvanların
şəkilləri müxtəlif
televiziya kanallarında
nümayiş etdirilib.
Hələ antiterror əməliyyatından əvvəl
ermənilər Laçın
bölgəsində itin
boynuna uzaqdan idarə olunan mina quraşdırıb mövqelərimizə istiqamətləndirmişdilər.
Mütəxəssislərin bacarığı və çevikliyi sayəsində
mina zərərsizləşdirilmiş,
it xilas edilmişdi.
Qeyd olunan bu fakt bir
daha sübut edir ki, ermənilər
təkcə insanların
deyil, təbiətin də, təbiətin qoynunda yaşayan heyvanların da düşmənidir. Əgər
onlar təbiətin, insanların düşmənidirsə,
deməli, bütün
bəşəriyyətin düşmənidir.
Bəşəriyyətin düşməni
olan erməni terrorçuları bu qeyri-insani əməllərinə
görə beynəlxalq
təşkilatlar tərəfindən
ciddi şəkildə
cəzalandırılmalıdırlar.
Vahid MƏHƏRRƏMOV
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.6.