40 kilometrlik yolu çəkə bilmir...

 

Amma Cənubi Qafqaz üçün yeni utopik layihə təklif edir

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış reallıqlardan biri regionda yeni nəqliyyat-kommunikasiya infrastrukturlarının yaradılması idi. Bu, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində təsbit olunub. Azərbaycan regionun geoiqtisadi imkanlarının daha da genişlənməsi üçün nəzərdə tutulan proseslərin reallaşması istiqamətində mühüm addımlar atmaqdadır.

Ümumiyyətlə, bu gün Azərbaycan beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında aktiv rol oynayır Prezident İlham Əliyevin qlobal təşəbbüsləri ilə ölkəmiz Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir bu proseslərə mühüm töhfəsini verir.

 

Ermənistan Zəngəzur dəhlizinin reallaşmaması üçün əlindən gələni edir

 

Bu prosesdə prioritetlərdən biri  Zəngəzur dəhlizinin yaradılması idi. Əgər diqqət etsək görərik ki, müharibədən sonra ötən 3 il müddətində Azərbaycan dəhlizin yaradılması istiqamətində çox mühüm işlər görüb. Belə ki, Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində 2 layihə reallaşdırılır -  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun isə 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.

Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaqdı ki, bu da bölgədə strateji, iqtisadi siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilərdi.

Amma məğlub Ermənistan öhdəliklərin icrası ilə bağlı heç bir addım atmadı. Özü bu prosesdə Ermənistanın üzərinə cəmi 40 kilometrlik hissədə infrastruktur yaratmaq öhdəliyi düşürdü. Amma bu da baş tutmadı.

Əslində, Ermənistanın özü Zəngəzur dəhlizinin işinə maraqlı olmalı idi. Lakin siyasi hakimiyyətin zəifliyi müxtəlif güc mərkəzləri tərəfindən idarə olunan siyası qrupların fəallığı ölkədə vahid siyasi qərar qəbul etməyə imkan vermədi.

Bu layihə reallaşacağı təqdirdə, Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvanın əlaqələri bərpa olunacaqdı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Məhz bu səbəbdən layihənin reallaşmasına razı olmadı Azərbaycan da bu istiqamətdə danışıq aparmaqdan imtina etdi.

Məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama verərək dedi ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanla razılığa gələ bilməyib: "Azərbaycan Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var. Kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər".

 

Azərbaycanın hər zaman alternativ variantları var

 

Belə oldu Azərbaycan "B" planını işı saldı. Bu plan İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan ərazisində quru rabitənin yaradılmasını nəzərdə tuturdu. Oktyabrın 6-da Azərbaycan layihənin gerçəkləşdirilməsi istiqamətində mühüm addım atdı. Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi. Tikinti işlərinə başlanıldı. Bəlli oldu ki, yeni layihəyə əsasən 7 gediş-gəliş xətləri olacaq buraxılış məntəqəsi, eləcə avtomobil körpüsü gündəlik ən azı 1100 yük-nəqliyyat (ixrac, idxal tranzit malları) vasitələrini qəbul etmək imkanına malik olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan İran yeni Avrasiya üçün ticarət körpüləri yaradır. Məğlub Ermənistan isə bu geostrateji layihədən kənarda qalır.

Cəmi 40 kilometrlik məsafəlik öhdəliyini yerinə yetirməyən Ermənistan indi yeni layihə barədə ortaya söz-söhbət atır. Belə ki, Tbilisidə Gürcüstan, Azərbaycan Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən Dördüncü İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan sülh üçün tezislərini səsləndirib. Paşinyan "Sülhün kəsişməsi" adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi mədəni məsələləri vahid paketdə göstərib: "Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni insan əlaqələrilə bağlıdır, bütün məsələlərin diplomatik dialoq yolu ilə həlli üzrə təcrübəsi ənənələri toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan İran arasında kommunikasiyaların inkişafıdır".

Əlbəttə ki, Paşinyanın irəli sürdüyü bu layihə utopik xarakter daşıyır. Çünki indiyədək Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayıb. İllərlə Naxçıvan blokadada saxlanılıb. 44 günlük müharibədən sonra üzərinə götürdüyü Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən boyun qaçırıb. İndi birdən-birə bu layihəni hamının qəbul edəcəyini hansı haqla gözləyir?

İrəli sürülən layihə yüz kilometrlərlə yolların, dəmir yolunun s. çəkilməsini tələb edir. Bu vəsaiti kim ayıracaq?

Bu ölkə indiyədək ən qısa yolun çəkilişini həll edə bilməyib. Buna misal kimi İrandan magistral yol, dəmir xəttinin çəkilməsi ilə bağlı razılığı göstərmək olar. Uzun illər bu barədə danışıq aparılsa da, Ermənistan axırda etiraf etdi ki, bunun üçün vəsaiti yoxdur.

Maraqlı sual yaranır - indiyədək nəinki qlobal, heç regional layihə həyata keçirməmiş Ermənistanın indi qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən belə layihə irəli sürməsində istəyi nədir?

 

Paşinyanın utopik "sülh kəsişməsi" layihəsi nəyə xidmət edir?!

 

Bu bir həqiqətdir ki, Ermənistan müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib. Sərhədləri təhlükəsizliyini bir ölkə qoruyur, uzun illər pulsuz silah-sursat alır, maliyyə axını xaricdəki diaspor xətti ilə təmin olunur, ən xırda layihə dövlət yox, ayrı-ayrı diaspor üzvləri hesabına reallaşır.

Amma bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə , real deyil. Belə başa düşmək olar ki, Ermənistan bu layihənin reallaşdırılmasını hansısa ölkələrin üzərinə atmaq istəyir.

Bu 2 layihəni müqayisə etsək, reallıq açıq-aşkar görünər. Belə ki, Zəngəzur dəhlizinin açılması "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə daha sonra Avropaya daşınacaq. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. 

Belə bir layihə, yəni reallaşması üçün əlverişli zəminin olduğu halda, Paşinyanın yeni utopiyasına ehtiyac varmı?!

Onu da deyək ki, Gürcüstanda keçirilən Dördüncü İpək Yolu Beynəlxalq Forumu çərçivəsində geniş müzakirələr aparılıb, bir sıra sənədlər, o cümlədən Orta dəhlizin inkişafı təşviqi istiqamətində çox mühüm sənədlər imzalanıb. Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Levan Davitaşvili Tbilisidə keçirilən İpək Yolu Forumunda jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstanda Azərbaycan Qazaxıstanın dəmir yollarının iştirakı ilə Çindən gələn konteyner yüklərinə xidmət göstərəcək birgə şirkət yaradılacaq. İpək Yolu Forumu çərçivəsində bununla bağlı saziş imzalanıb ki, bu da Orta dəhlizdə koordinasiya səmərəliliyin artırılması baxımından mühüm konkret nəticədir. Onun sözlərinə görə, belə sinxronlaşdırılmış əməliyyatlar daha geniş koordinasiya ilə rəqabət qabiliyyəti daha da artacaq.

Göründüyü kimi, Ermənistan yenə regional layihələrdən kənarda qalır. Əgər Paşinyan sülh müqaviləsinin imzalanmasının vacibliyini sözdə yox, əməldə təsdiqləsə, bəlkə Ermənistanın bəzi layihələrdə iştirakı təmin edilə bilər. Amma bu baş tutmasa, məğlub ölkə elə əvvəlki kimi bütün layihələrə kənardan boylanacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 29 oktyabr, № 237.- S.7.