Kolumbiyada “Qarabağa həyat qayıdır: Nailiyyətlər
və çağırışlar”
mövzusunda təqdimat
keçirilib
Kolumbiyanın nüfuzlu
təhsil ocağı
olan Santo Tomas Universitetində Türkiyə Respublikasının
100 illiyinə həsr
olunmuş beynəlxalq
simpozium çərçivəsində
“Qarabağa həyat qayıdır: Nailiyyətlər
və çağırışlar”
mövzusunda təqdimat
keçirilib. Azərbaycanın
və Türkiyənin
Kolumbiyadakı səfirliklərinin,
o cümlədən, Maarif
Vəqfinin təşkilatçılığı
ilə baş tutmuş tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, akademik
dairələrin nümayəndələri
və tələbələr
iştirak ediblər.
Azərbaycanın Meksikadakı
səfirliyindən bildiriblər
ki, təqdimat zamanı Azərbaycanın
dövlətçilik tarixinə
qısa nəzər salınıb, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində
demokratiya ənənələrinin
formalaşmasına əhəmiyyətli
təsir göstərdiyi
qeyd edilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyinin
bərpasından sonra
müxtəlif sosial-iqtisadi
problemlər, siyasi qarşıdurmalar və xüsusilə erməni işğalının ağır
nəticələri ilə
üzləşən Azərbaycan
Ümummilli lider Heydər Əliyevin zəkası, uzaqgörən
daxili və xarici siyasəti nəticəsində bütün
çətinlikləri dəf
edərək, yeni inkişaf dövrünə
qədəm qoyub, bu gün mühüm
beynəlxalq nəqliyyat-enerji
qovşağına çevrilib.
Müasir Azərbaycan
tarixinin Ulu öndərin adı ilə bağlı olduğu və xalqımızın öz
xilaskarının yüzillik
yubileyini böyük ehtiram və təntənə ilə qeyd etdiyi, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu diqqətə çatdırılıb.
Təqdimatda Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpası ilə regionda sülh üçün unikal tarixi imkan yarandığı, iki ölkə arasında sülh sazişinin bağlanması və dövlət sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də Zəngəzur dəhlizinin açılmasının bölgədə əmin-amanlığın təminatını şərtləndirəcəyi və iqtisadi dividendliyi artıracağı vurğulanıb.
Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237.- S.7.