Qərbi
Azərbaycanın tarixi
həqiqətlərini inkar
etmək qeyri-mümkündür
Qərbi Azərbaycan
İcmasının fəaliyyət
coğrafiyası ildən-ilə
genişlənir, vaxtı
ilə İrəvan və onun ətraf
ərazilərindən zor
gücünə, müxtəlif
təzyiqlər vasitəsilə
köçürülən, dədə-baba yurdundan qovulan insanların beynəlxalq hüququn tələbləri çərçivəsində
haqqını, istəyini
müdafiə edir. Bəzən müəyyən
beynəlxalq dairələrin
ölkəmizə qarşı
qərəzinə və
Ermənistana verilən
əsassız dəstəyə
kəskin etirazını
da bildirir.
Xatırladaq ki,
Haaqada "Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası və icmanın Avropadakı üzvləri" mövzusunda
keçirilən konfrans
beynəlxalq müstəvidə
maraqla qarşılanıb.
Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin dəstəyi
ilə Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) və Benilüks
Azərbaycanlıları Konqresinin
(BAK) birgə təşkilatçılığı
ilə Haaqada yerləşən "Nieuws
poort" media mərkəzində "Qərbi
Azərbaycana Qayıdış
Konsepsiyası və icmanın Avropadakı üzvləri" mövzusunda
beynəlxalq konfransda qayıdışın sülh
yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı
bildirilərək, Ermənistandan
didərgin salınmış
azərbaycanlıların qayıtmaları
üçün icmanın
həyata keçirəcəyi
fəaliyyətin məqsədləri,
prinsipləri, hazırlıq
tədbirləri təqdim
edilib və Qərbi Azərbaycandan soydaşlarımızın zorla
qovulmasını əks
etdirən "Zəngəzur"
sənədli filmi nümayiş olunub.
Çıxış edənlər doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın
hüquqlarının müvafiq
beynəlxalq təşkilatlarda
qaldırılmasına dair
işlərin sürətləndirilməsinin
vacibliyini diqqətə
çatdırıblar. Bildirilib
ki, soydaşlarımızın
Qərbi Azərbaycandan
didərgin salınması,
hüquqlarının pozulması
ilə bağlı beynəlxalq ictimaiyyəti
məlumatlandırmaq olduqca
vacibdir.
Tədbirdə Niderlanddakı
Azərbaycan və Türkiyə icmalarının
üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının
üzvləri, eləcə
də yerli ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Bu günlərdə
ölkəmizin İstanbuldakı
baş konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı, habelə Qərbi Azərbaycan İcmasının
dəstəyi ilə
"Qərbi Azərbaycan
gerçəkliyi: tarixi
həqiqətlər" mövzusunda
keçirilən konfransda
Qərbi Azərbaycan İcmasının sədri,
deputat Əziz Ələkbərli demişdir:
"Ermənilər Qərbi
Azərbaycanda soydaşlarımıza
qarşı fərdi və kollektiv cinayətlər törədiblər.
Bu cinayətlər 200
il əvvəl başlayıb. Lakin son yüz il
ərzində törədilən
cinayətlər bütün
hüdudları aşıb
və bununla bağlı saysız faktlar, sənədlər,
sübutlar var. Xüsusilə, 1918-1919-cu illərdə
ölkəmizdə fəaliyyət
göstərən Fövqəladə
Təhqiqat Komissiyasının
36 cilddən ibarət
istintaq materiallarını
buna misal gətirmək olar.
1948-1953-cü illər deportasiyasına
isə beynəlxalq səviyyədə hələ
də hüquqi qiymət verilməyib. Bu deportasiyaya ilk tarixi qiymət
Ulu Öndər Heydər Əliyevin
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında" 1997-ci il
18 dekabr tarixli fərmanı ilə verilib və hüquqi-siyasi qiymət verilməsi zəruri hesab edilib".
Qərbi Azərbaycan
İcmasının üzərinə
tarixi bir missiya götürdüyünü
deyən deputat bildirib ki, qurum
yarandığı gündən
indiyədək tarixi Azərbaycan ərazisi olan, indiki Ermənistan
adlanan dövlətdən
qovulan azərbaycanlıların
hüquqlarının müdafiəsi
ilə məşğul
olur və onların geriyə qayıtmasına dair əzəli hüquqlarını
müntəzəm olaraq
gündəmdə saxlayır.
"Təəssüf ki, 1930-1940-cı illərdə
keçmiş SSRİ məkanında
repressiya və deportasiyaya məruz qalan hər kəs və bütün xalqlar Stalinin ölümündən
sonra məhkəmə
qərarları ilə
bəraət alsalar da, 1948-1953-cü illər deportasiyasından zərərçəkənlərə
hələ də hüquqi müstəvidə
bəraət verilməyib.
Deportasiya olunanlar və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmayıb.
1987-1991-ci illərdə baş
vermiş sonuncu deportasiya isə öz amansızlığı
və qəddarlığı
ilə əvvəlkilərdən
fərqlənməyib", - deyə icma sədri bildirib.
Natiq onu da diqqətə çatdırıb ki, o vaxt indiki Ermənistan
adlanan ərazidə, yəni Qərbi Azərbaycanda 170-dən çox
kənddə ancaq azərbaycanlılar yaşayıb
və 90-a yaxın kənddə azərbaycanlılar
əksəriyyət təşkil
edib: "Bütövlükdə
götürsək, 300-ə yaxın yaşayış
məntəqəsində azərbaycanlılar
yaşayıblar. Bu soydaşlarımızın hamısı
ermənilərə xas
üsul və yollarla son nəfərinə
qədər Qərbi Azərbaycandakı ata-baba
yurdlarından qovulublar.
Sonuncu deportasiya prosesində soydaşlarımızdan
200 nəfərdən çoxu
ermənilər tərəfindən
vəhşicəsinə qətlə
yetirilib, 400-dən çoxu
isə müxtəlif
bədən xəsarətləri
alıb. Azərbaycanlılar
300-ə yaxın yaşayış
məntəqəsindən qovulublar
və bu zaman onlara fərdi
təsərrüfatlar üzrə
2,5, ictimai təsərrüfatlar
üzrə isə
17,5 milyard ABŞ dolları
həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə
standartlarına görə,
bu gün həmin ziyanın məbləği 700 milyard
dollar həcmindədir.
Yeraltı-yerüstü sərvətləri,
tarixi-mədəni abidələrə
vurulan ziyanı da bura əlavə
etsək, yəqin ki, bu məbləğ
bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil".
Rəhbərlik etdiyi
qurum tərəfindən
qısa müddətdə
Qərbi Azərbaycandan
qovulan əhalinin adlı siyahısının
tərtib edildiyini və elektron daşıyıcılara köçürüldüyünü
xatırladan Əziz Ələkbərli bildirib
ki, Azərbaycan Baş Prokurorluğunda Ermənistandan qovularkən
ermənilər tərəfindən
soydaşlarımıza qarşı
törədilən cinayət
faktları barədə
istintaq işi açılıb. Deputat deyib: "Bu həqiqətlərin tanıdılması
və gündəmə
gətirilməsi, Qərbi
Azərbaycandan deportasiyaya
məruz qalan əhalinin hüquqlarının,
mədəni irsinin qorunması, onların öz vətənlərinə
təhlükəsiz və
ləyaqətli şəkildə
qayıdış hüquqlarının
bərpa olunması istiqamətində icmanın
gördüyü işlər
əsasən iki xətt üzrə aparılır. Bunlardan biri ölkə daxilində Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun,
bir sözlə, xalqımızın öz
doğma torpaqlarında
yaratdığı, bu
gün də yaşatdığı zəngin
irsin öyrənilməsi
və təbliğindən
ibarətdir. Digər və ən önəmli istiqamət isə ölkəmizin hüdudlarından kənarda,
eləcə də beynəlxalq təşkilatlarla
görülən işlərdir.
Artıq hər iki istiqamət üzrə xeyli iş görülüb və uğurla görülməyə davam
edir".
İcma bəyanat
və müraciətlərində,
konfrans və simpoziumlarda, dünyanın
ən ünlü tədbir və görüşlərində tərəqqipərvər
bəşəriyyətə və insan hüquqları
müdafiəçilərinə təkrar-təkrar açıqlayıb
ki, yeganə məqsədi azərbaycanlıların
Ermənistandakı dədə-baba
yurdlarına dinc şəkildə qayıdışını
təmin etməkdir.
Bu fikirlər icmanın bu
günlərdə verdiyi
bəyanatda da yer alıb. Qərbi Azərbaycan İcmasının nümayəndəsinin
Avropa Şurasının
insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə,
Varşavada ATƏT-in
İnsan Ölçüsü
Konfransı çərçivəsində
tədbir keçirməsinə,
Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının
tədbirində iştirakına
Ermənistanın verdiyi
reaksiya bir daha bu dövlətin
siyasətində azərbaycanlılara
qarşı olan etnik nifrətin səviyyəsini göstərir.
Bununla Ermənistan həm də söz azadlığına
və vətəndaş
cəmiyyətinin fəaliyyətinə
nə qədər dözümsüz yanaşdığını
nümayiş etdirib.
Bəyanatda həmçinin
vurğulanır ki, Ermənistan hökuməti
dialoqdan qaçmaq üçün guya icmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü bildirir.
Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, onun
Ermənistanın suverenliyinə
və ərazi bütövlüyünə qarşı
heç bir iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların
Ermənistandakı dədə-baba
yurdlarına dinc şəkildə qayıdışını
təmin etməkdən
ibarətdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237.- S.7.