Şəkidə bu xidmətdən vətəndaş məmnunluğu
yüksəkdir
Azərbaycanın sürətlə
inkişaf etdirilən,
genişmiqyaslı quruculuq
işləri aparılan
ünvanlarından biri
də Şəki şəhəridir. Böyük
yüksəliş yolu
keçən bu şəhər indi tarixi tikililərlə müasir quruculuğun vəhdətdə olduğu
unikal bir məkandır. Son illərdə Şəkinin onlarca modern ünvanı yaranıb ki, onlardan biri də "ASAN Həyat"
Kompleksidir. Bu gün kompleksin açılışından 5 il ötür.
"ASAN xidmət" hökumət-vətəndaş münasibətlərini yeni
mərhələyə yüksəldib
Bu günlərdə
Şəkiyə səfər
edərək "ASAN Həyat"
Kompleksinin fəaliyyəti
ilə yaxından tanış olduq. Kompleksin ərazisində
"ASAN xidmət" Mərkəzi,
"ABAD" Mərkəzi, "ASAN Təlim Mərkəzi",
"ASAN kinoteatr", "ASAN peşə", "INNOLAND AREA" Mərkəzi, "ASAN kafe"
və "ASAN park"
fəaliyyət göstərir.
Respublikamızdakı bütün
"ASAN Həyat" komplekslərində
olduğu kimi, Şəkidə də bu kompleksin aparıcı
seqmenti "ASAN xidmət"
Mərkəzidir.
"ASAN xidmət" mərkəzləri Prezident
İlham Əliyevin
2012-ci il 13 iyul tarixli fərmanına əsasən, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Məqsəd vətəndaşların
əlavə xərclərinin
və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə
etik qaydalara, nəzakətli davranışa
əməl edilməsinə
nail olunması, peşəkarlıq səviyyəsinin
artırılması, dövlət
strukturlarına etimadın
daha da gücləndirilməsi,
şəffaflığın artırılması, korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsi, elektron
xidmətlərdən daha
geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Elə Şəkidə
söhbətləşdiyimiz Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Elnur Niftəliyevin sözlərinə
görə,
respublikamızın ötən
11 illik tarixi göstərir ki, dövlət orqanları tərəfindən göstərilən
xidmətlərin vahid
və əlaqələndirilmiş
formada həyata keçirilməsini təmin
edən "ASAN xidmət"
mərkəzləri hökumət-vətəndaş
münasibətlərinin keyfiyyətcə
tamamilə yeni müstəviyə keçməsinə
yol açıb. Fəaliyyəti operativlik,
şəffaflıq, nəzakətlilik,
məsuliyyət və
rahatlıq prinsipləri
əsasında qurulan
"ASAN xidmət" mərkəzləri
vətəndaş məmnunluğunun
təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasını
təmin edib.
Öyrənirik ki,
hazırda respublikamızda
26 "ASAN xidmət" Mərkəzi
fəaliyyət göstərir.
Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə,
2-si Sumqayıtda, digərləri
isə Sabirabad, Bərdə, Qəbələ,
Masallı, Quba, Mingəçevir, İmişli,
Şəki, Şamaxı,
Kürdəmir, Tovuz, Ağcabədi, Balakən,
Salyan və Naxçıvan şəhərlərindədir.
Hazırda Lənkəranda
ilk "ASAN xidmət"
Mərkəzi inşa
olunur. "ASAN xidmət"
mərkəzlərində müxtəlif
dövlət orqanları
və şirkətlər
tərəfindən ümumilikdə
400-ə yaxın xidmət
göstərilir.
Ölkə üzrə
istifadəyə verilən
sayca 15-ci mərkəz
Şəki "ASAN xidmət" mərkəzi
2018-ci ilə qədər
respublikamızda istifadəyə
verilən 15-ci belə
mərkəzdir. Mərkəz
Şəki, Zaqatala, Qax və Oğuz
rayonlarında qeydiyyatda olan 418 minə yaxın vətəndaşla yanaşı,
ölkə üzrə
ərazi məhdudiyyəti
olmadan bütün vətəndaşlara xidmət
göstərir. Mərkəzin
fəaliyyəti operativlik,
şəffaflıq, nəzakətlilik,
məsuliyyət prinsiplərinə
və vətəndaş
rahatlığına hesablanıb.
Fəaliyyət göstərdiyi
5 il ərzində mərkəzdə 1 milyona
yaxın vətəndaş
müraciəti qeydə
alınıb.
Burada müxtəlif
dövlət orqanları,
həmçinin özəl
şirkət və müəssisələr tərəfindən
400-ə yaxın xidmət
həyata keçirilir.
Şəki Regional "ASAN xidmət" Mərkəzinin
Vətəndaşların qəbulu
işinin təşkili
sektorunun böyük mütəxəssisi Nigar İskəndərova mərkəz
fəaliyyətə başladığı
gündən burada çalışır. Onun
sözlərinə görə,
vətəndaşlara "ASAN xidmət"in əsas prinsipləri əsasında
xidmət göstərilməsi
üçün əməkdaşlar
əllərindən gələni
əsirgəmirlər. Bunun
da nəticəsini vətəndaşların məmnunluq
səviyyəsində görmək
mümkündür.
Mərkəzin baş
mütəxəssisi Şəhriyar
Əliyev də deyir ki, vətəndaşların
xoş qarşılanması,
onlara gülərüz
xidmət göstərilməsi
və razı yola salınmaları fəaliyyətlərinin əsas
prinsipləridir. Mərkəz
ötən beş ildə bu sahədə
nümunəvi fəaliyyət
ortaya qoyub.
Elə mərkəzə
müraciət edən
vətəndaşlar da
razı görünürdülər.
Arxiv məsələləri
ilə bağlı gələn Şəkinin
İnçə kəndinin
sakini Limon Səlimova deyir ki, "ASAN xidmət"in
yaradılmasından sonra
işləri əməlli-başlı
asanlaşıb: "5 ildə
bir neçə dəfə "ASAN xidmət"ə
müraciət etmişəm.
Hər dəfə də xoş qarşılanıb, razı
yola salınmışam.
İndi bilirik ki, hansısa sənədi almaq və ya dəyişmək
lazım olanda ancaq bir ünvana,
"ASAN xidmət"ə gəlmək lazımdır.
Amma əvvəllər
belə deyildi, bəzən bir sənəd üçün neçə
yerə getmək lazım gəlirdi. Yorulub əldən düşürdük. Amma
indi bu mərkəzi
inşa etməklə
elə şərait yaradıblar ki, bura gələndə yorulmuruq, əksinə, sanki insan həm
də dincəlir. Beş ildir işlərimiz ASANlaşıb.
Sağ olsun Prezidentimiz, vətəndaşların
bu cür rahatlığının təmin
edilməsi çox gözəl təşəbbüsdür".
Söhbət
etdiyimiz Əli Əliyev Bakı sakinidir. Deyir Bakıda qeydiyyatda olsa da, Şəkidə
də "ASAN xidmət"ə
müraciət edib işini aşıra bilir: "Təşəkkür
edirəm mərkəzin
əməkdaşlarına. Birinci dəfə deyil "ASAN xidmət"ə
müraciət edirəm.
Onu da deyim
ki, hər dəfə məmnunluq doğuran xoş və gülərüz münasibət görmüşəm".
Könüllülük hərəkatının önündə
"ASAN xidmət" mərkəzlərinin xalqa
xidmətinin başqa bir mühüm göstəricisi onun könüllülük hərəkatının
önündə gəlməsidir.
Bu mərkəzləri
könüllülərsiz təsəvvür
etmək mümkün
deyil. İndiyədək
"ASAN xidmət" mərkəzlərində
təcrübə toplamış
minlərlə könüllü
müxtəlif sahələrdə
müvəffəqiyyətlə çalışır.
Söhbətləşdiyimiz könüllü Sitarə
Səmədova Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şəki filialının dördüncü
kurs tələbəsidir.
Sitarənin sözlərinə
görə, könüllülük
onun bir vətəndaş olaraq gələcək fəaliyyəti
üçün olduqca
mühüm addımdır. Gənc könüllü qeyd edir ki, burada
onlara keçirilən
təlimlər, iştirak
etdikləri layihələr
bilik və təcrübələrinin artmasında
böyük rol oynayır.
Turanə Paşayeva
da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dördüncü kurs
tələbəsidir: "Burada
könüllü kimi
fəaliyyətim mənim
gələcək karyeram
üçün uğurlu
başlanğıcdır. Bir
aydan artıqdır ki, mərkəzdəyəm
və hesab edirəm ki, könüllülük bizim
sosiallaşmağımızda, ünsiyyət və bacarıqlarımızın inkişaf
etdirilməsində mühüm
əhəmiyyətə malikdir", - deyə Turanə bildirir.
Hər şey vətəndaşların məmnuniyyəti
və rahatlığı
üçündür
Şəki "ASAN Həyat" Kompleksindəki
"ASAN peşə" Mərkəzi
ixtisaslı kadrların
hazırlanmasını və
onların əmək
bazarının dəyişən
tələblərinə uyğun
rəqabət qabiliyyətinin
artırılmasını təmin
etmək məqsədi
üçün yaradılıb.
Burada tütünçülük,
laboratoriya, bağçılıq,
logistika-texnologiya, ipəkçilik
və fındıq yetişdirilməsi, eləcə
də gənclərin
dərzi, informasiya texnologiyaları peşələrinə
yiyələnmələri üçün
lazımi şəraitə
malik sahələr və otaqlar mövcuddur.
Kompleksdəki "INNOLAND AREA" Mərkəzinin yaradılmasında
isə məqsəd regionlarda startapların inkişafını təmin
edəcək ekosistemin
formalaşmasını dəstəkləmək
və regional potensialı artırmaq istiqamətində əlverişli
şəraiti gücləndirməkdir.
O cümlədən regionlarda
yaşayan 4-19 yaşarası
uşaq və gənclərin inkişafı
üçün mühəndislik
və robototexnika sahəsində dərnəklər
və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi
və digər fərqli sahələrdə
məlumatlandırmaq və
maarifləndirmək əsas
hədəflərdəndir.
Burada 150 nəfər
tutumu olan 2 kinoteatr var. Vətəndaşların istirahəti
üçün nəzərdə tutulmuş "ASAN
kafe" də fəaliyyət göstərir. Xidmət
üçün mərkəzə gələn vətəndaşların
rahatlığını təmin etmək üçün
uşaq guşəsi də yaradılıb.
Bütün
bunlardan əlavə, kompleksin həyətində sahəsi 2.4
hektarlıq "ASAN park" salınıb. Parkın ərazisində
fəvvarə, uşaq meydançası, açıq havada
konsert meydançası və kafe fəaliyyət göstərir.
Həmçinin ərazidə velosiped və avtomobil
dayanacağı da düzəldilib.
Bir sözlə,
"ASAN Həyat" kompleksi hər bir seqmenti ilə vətəndaşların
məmnuniyyətinə və rahatlığına xidmət
edir. Bütün bunlar həm də onu təsdiq edir ki,
respublikamızda həyata keçirilən siyasətin mərkəzində
ilk növbədə insan amili dayanır.
Rəşad
CƏFƏRLİ,
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
29 oktyabr, ¹ 237.- S.8.