Vətənə,
dövlətə sevgi
və sədaqət nümunəsi
"Bu gün burada olmağımızın
əsas səbəbkarı
Azərbaycan xalqıdır,
Azərbaycan övladıdır.
Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə
getməyə hazır
idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç
il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror
əməliyyatı zamanı
Azərbaycan əsgəri,
zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik,
fədakarlıq göstərmişdir".
Azərbaycan xalqı
üçün çox
möhtəşəm günlərdən
birində - bu ilin 15 oktyabrında Xankəndi şəhərində
Azərbaycan Respublikasının
Dövlət Bayrağını
ucaldan Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev çıxışında
belə dedi.
Azərbaycan övladlarının
dastanlara sığmayan
qəhrəmanlığı yalnız qürur, iftixar hissləri bəxş etdiyi doğma xalqını sevindirmir, onların qəhrəmanlığı barədə
eşidən, duyan hər kəsi heyrətləndirir. O igidlər
ki, Vətəni yolunda gözünü qırpmadan canını fəda etməyə hər an hazır
olduqlarını döyüş
meydanlarında, ölümün
gözlərinin içinə
dik baxaraq göstərdilər.
Bu il mayın 28-də Laçında
bu rayondan olan sakinlərlə görüşdə də
Prezident İlham Əliyev torpaqlarımızı
azad edən gənclərin qəhrəmanlığından
danışdı: "Gözəl
gənc nəsil yetişdirdik - vətənpərvər,
tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı
azad ediblər", - dövlətimizin başçısı
dedi.
1980-ci illərin sonu,
1990-cı illərin əvvəllərində
Qarabağın, Şərqi
Zəngəzurun başının
üstünü qara buludlar aldı. Ermənistan adlı dövləti Azərbaycan
torpaqlarında yaratmış
işğalçı ermənilər
ölkəmizdən yeni
ərazilər qoparmaq
hayında idilər. İlk işləri tarixi faktları saxtalaşdırmaq, Qarabağa,
Şərqi Zəngəzura
ilk dəfə ayaq basdıqları zamanı xatırladan, təsdiq edən bütün izləri silmək cəhdləri oldu. Sonra da
yurdlarına gəlib köç saldıqları,
dillərini öyrəndikləri,
süfrələrindən duz-çörək
yedikləri azərbaycanlıların
qanına susadılar.
Əslində, məkrli
planları yeni deyildi. Təcavüzkar ermənilərin tarixdə
heç vaxt olmamış və heç zaman da olmayacaq "böyük Ermənistan"
uydurmaları yenə də azərbaycanlıların
başına bəla oldu.
O zaman da qəsbkarların arxaları,
dayaqları güclü
idi. Onları dövrün müasir silahları ilə silahlandırırdılar. Maddi
ehtiyacları təmin
olunurdu. Üstəlik,
dünyaya yalandan çığır-bağır salmalarına, qəddar əməllərini pərdələmək
üçün təbliğat
aparmalarına da dəstək verilirdi. Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zəngəzurda yerli əhalini uşaqdan-böyüyədək
dəhşətli işgəncələr
verərək qətlə
yetirən, əsir götürən, sonunda da doğma evlərindən,
isti ocaqlarından qovan, yurdlarını yağmalayan, talan edən, xarabalığa çevirən ermənilərin
cinayət əməllərini
dünyanın görən
gözləri, eşidən
qulaqları sanki kor, kar olmuşdu.
Kəlbəcərdə, Meşəlidə,
Xocalıda və daha neçə-neçə
yaşayış məskənimizdə
qətliamlar, soyqırımları
törədən Ermənistan
beynəlxalq səviyyədə
cəzasız qalır,
bundan daha da azğınlaşırdı.
Birinci Qarabağ
müharibəsində də
Azərbaycanın qəhrəman
övladları düşmən
gülləsinə canlarını
sipər etdilər. Ancaq müstəqilliyini yeni bərpa edən ölkəmiz hələ iqtisadiyyatını
gücləndirə, ordusunu
qura bilməmişdi.
Vətən torpaqlarının
düşmənin tapdağı
altında qalması hər bir azərbaycanlının
yalnız dərdi, qüssəsi, kədəri
deyildi, həm də ən böyük hiddəti idi. Zaman keçirdi,
amma ümidlər üzülmürdü, inam
azalmırdı. Hər
bir azərbaycanlı əmin idi, bir gün gələcək,
ermənilərin dəhşətli
işgəncələr verərək
şəhid və ya şikəst etdikləri soydaşlarımızın
qisası alınacaq, Ermənistan silahlı qüvvələri məğlub
edilərək Qarabağdan,
Şərqi Zəngəzurdan
qovulacaq.
O gün gəldi.
2020-ci ilin 27 sentyabrında
Ermənistan silahlı
qüvvələrinin növbəti
təxribatı nəticəsində
İkinci Qarabağ müharibəsi başladı.
Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik
elan etdi. Minlərlə gənc cəbhəyə yollanmaq üçün hərbi komissarlıqlara üz tutdu. Onların çoxunun yaşları işğal illərindən
kiçik idi. Ermənistanın otuz ilə yaxın əsarətdə saxladığı
Qarabağ və Şərqi Zəngəzur
haqqında kitablardan oxumuşdular, böyüklərin
söhbətlərindən eşitmişdilər. Lakin
görmədikləri o yerlərin,
orada şəhid edilən, əsir götürülən, bəziləri
hələ də itkin sayılan soydaşlarının dərdləri,
Ermənistanın işğalında
qalan ərazilərimizin
nisgili bu gənclərin də qəlbində ağrıya
dönmüşdü.
Vətən torpaqları
erməni işğalından
azad edilməlidir! Azərbaycanın müxtəlif
bölgələrində dünyaya
gəlmiş, boya-başa
çatmış həmin
gənclərin ən
böyük, ən müqəddəs arzusu, məqsədi bu idi. Bu amalla
İkinci Qarabağ müharibəsində cəbhədə,
döyüş meydanlarında
işğalçı ölkənin
silahlı qüvvələrinə
dünyanı dar etdilər. 44 günlük
müharibənin hər
gününü, hər
anını Zəfər
tarxinə çevirdilər.
Arxa cəbhədə
gözlərini onlara dikmiş, ürəkləri
onlarla döyünən
soydaşlarını müqayisəyəgəlməz,
təsvir edilməsi mümkün olmayan qələbə müjdələri
ilə qürurlandırdılar.
2020-ci ildə İkinci
Qarabağ müharibəsində
aldığı məğlubiyyət
dərsindən sonadək
nəticə çıxarmayan,
Qarabağın Xankəndi
və ətraf yerlərində qalaraq terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri birləşmələrinin
qalıqlarını və
cinayətkar xunta rejimini isə peşəkar, qətiyyətli,
cəsur Azərbaycan Ordusu bu ilin
19-20 sentyabrında cəmi
23 saat 43 dəqiqə
çəkən lokal
xarakterli antiterror tədbirləri zamanı məğlub etdi. Ümid edək ki, bu, Ermənistan
üçün sonuncu
dərs olacaq. Bir daha özgə
torpaqlarına göz dikməyi, təxribatlar törətməyi birdəfəlik
unudacaq.
Azərbaycan dövlətinin,
xalqının qüruru,
fəxri olan gənclərimiz isə əmin-amanlıq içərisində
yaşayacaq, ölkəmizin
daha da inkişaf
etməsi naminə çalışacaqlar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237- S.10.