Süni
intellekt dövründə
yeni texnologiyalar sürətlə inkişaf
edir
Bu, "yaşıl iqtisadiyyat"ın
formalaşmasına da
geniş meydan verir
Təxminən 20-30 il
əvvəl kimsə süni intellekt haqqında danışsaydı,
ən yaxşı halda ona gülərdilər.
Çox keçmədən
süni intellektin həyatımıza daxil olacağına, iş dünyasında ən çox istifadə ediləcəyinə o qədər
də inanmazdılar. Amma xeyli vaxtdır
ki, dünya süni intellekt dövrünə keçid
edib. Azərbaycan da bu sahədə
başqalarından geridə
qalmayıb.
Süni intellekt
sənaye dövrünün
zərurətidir. Onun
metodları yeni biznes imkanlarının yaranması, dövlət və özəl qurumların effektiv idarə edilməsi istiqamətində geniş
yol açır. Müşahidələr göstərir
ki, süni intellekti əsasən inkişaf etmiş ölkələr dəstəkləyir.
Təsadüfi deyil
ki, son illər
ölkəmizdə süni
intellekt sahəsində
oyanış və inkişaf müşahidə
edilir. Hər keçən gün süni intellekt elminin dövlət və özəl qurumların diqqətini daha çox çəkdiyinin və bu istiqamətdə təşəbbüslərin sürətlə
artdığının şahidi
oluruq. Prezident İlham Əliyevin də müntəzəm olaraq süni intellektdən istifadə edilməsi ilə bağlı tapşırıqlar
verməsi o deməkdir
ki, Azərbaycanda bu elm dövlət
rəhbərliyi səviyyəsində
dəstəklənir.
Bu gün Azərbaycan süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişaf mərhələsindədir. Uğurlar
həm də kompüter texnologiyalarının
inkişafı ilə
bağlıdır. Belə
ki, kompüter elminin sürətlə inkişafı, superkompüter
texnologiyalarının yaradılması
artıq süni intellekt nəzəriyyəsinin
tətbiq olunmasına
böyük imkanlar verdi. İnternet meydana çıxdıqdan sonra isə süni intellekt təyinatlı smart qurğular və sistemlər işlənib.Artıq işğaldan azad etdiyimiz Şərqi Zəngəzurda "ağıllı
kənd" layihəsi
gerçəkləşdirilib. Bu da onu
göstərir ki, süni intellekt texnologiyalarının inkişafı
dövlət tərəfindən
mühüm vəzifə
kimi qarşıya qoyulub.
Ənənəvi
enerji mənbələrindən
"yaşıl enerji"
daşıyıcılarına keçid, eləcə də texnoloji infrastrukturun modernləşdirilməsi
Qarabağ və Şərqi Zəngəzurda
bərpaolunan enerji mənbələri olan günəş, külək,
su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Təsadüfi deyil ki, Prezident
İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə
bağlı müəyyən
etdiyi iqtisadi inkişaf kursunda regionun "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biridir.
Dövlət başçısı
işğaldan azad edilmiş ərazilərin
10 min kvadratkilometrini
"yaşıl enerji"
zonası elan edib. Burada artıq
bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə
başlayıb. Günəş
və külək-elektrik
stansiyalarının yaradılması
ilə bağlı hazırlanmış planların
olması da onu göstərir ki, həmin bölgələrin potensial
imkanı böyükdür.
2021-ci ildə təsdiq
olunmuş "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər" adlı
proqramda da "yaşıl enerji" istehsalını genişləndirmək
məsələsi əhəmiyyətli
dərəcədə yer
alıb. Hədəf bərpaolunan enerjinin payını 2025-ci ildə
24, 2030-cu ildə isə
30 faizə çatdırmaqdır.
Görülən işlər
bu istiqamətdə atılan addımların inamlı olmasından xəbər verir. "Yaşıl enerji"yə
keçid süni intellekt dövründə
tam yeni texnologiyaların inkişafını
nəzərdə tutmaqla
"yaşıl iqtisadiyyat"ın
formlaşmasına meydan
verir.
Oktyabrın 23-24-də Avropa İttifaqının
"EU4Energy" proqramı çərçivəsində Avropa Enerji Tənzimləyiciləri
Şurası (CEER) tərəfindən
"Yaşıl enerjiyə
keçidin təşviqi,
təkmilləşdirilmiş qanunvericilik əsasında
istehlakçılara əlavə
imkanların verilməsi"
mövzusunda keçirilən
seminarda da bu məsələlər müzakirə olunub. Tədbirdə həmçinin
seminar iştirakçılarına
Azərbaycanda enerji səmərəliliyi üzrə
öhdəliklər, enerji
effektivliyi potensialının
müəyyən edilməsi
proseduru və qiymətləndirmə meyarları
üzrə qanunvericilik
bazası, enerji audit sistemi ilə
bağlı ətraflı
məlumat verilib. Tədbir iştirakçıları
2030-cu il üçün
enerji və iqlim siyasətinin məqsədləri, qarşıya
qoyulan hədəflər
barədə öz fikirlərini də bölüşüblər.
Oktyabrın 26-da süni
intellektin daha bir "övlad"ı olan "Qaradağ" Günəş-Elektrik Stansiyasının
açılışı oldu. Bu, Xəzər
regionunda və MDB məkanında ən böyük günəş-elektrik
stansiyasıdır. Stansiya
262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. "Qaradağ"
ölkəmizdə xarici
investisiya cəlb edilməklə reallaşdırılan
sənaye miqyaslı ilk günəş-elektrik
stansiyasıdır. 550 hektar
ərazini əhatə
edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu
stansiyanın şəbəkəyə
qoşulması üçün
330 kilovoltluq yarımstansiya
tikilib.
Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar"
şirkətinin inşa
etdiyi "Qaradağ"
Günəş-Elektrik Stansiyasının
açılış mərasimində
iştirak edən Prezident İlham Əliyev deyib: "Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş
və ya külək-elektrik stansiyaları
ilə məhdudlaşmır.
Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində
hidroenerji potensialımızı
fəal şəkildə
inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara
vermişik və bu ilin sonuna
kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən
sonra hidroelektrik stansiyaların gücü
500 meqavat olacaq. Bu da "yaşıl
enerji"yə keçid
prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ,
Şərqi Zəngəzur
və Naxçıvan
artıq "yaşıl
enerji zonası" elan olunub. Bizim
təbii sərvətlərimizin
istifadəsi üçün
böyük potensial var və aydındır
ki, külək də artıq bu sərvətə çevrilib. Çünki
külək həmişə,
xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin
mənbəyi olub. Lakin indi külək
təbii sərvətdir".
Bəli, məhz
bu təbii sərvət süni intellektin "qurban"ı
olaraq bu gün bəşəriyyətin
xilaskarına çevrilib.
Azərbaycan bu "xilaskarla işbirliyi quraraq" "Qaradağ"
Günəş-Elektrik Stansiyasında
hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Həmçinin 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Üstəlik də atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
29 oktyabr, № 237- S.11.