Lənkəranda kulinariya festivalı – “Bir Cənub şəhərində 

 

Azərbaycanın cənub bölgəsinin mirvarilərindən olan Lənkəran heyrətamiz qastronomik zənginliyi ilə seçilir. Buna görə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Lənkəranın mətbəxi cənub bölgəmizdə unikallığı ilə fərqlənir.

Lənkəran mətbəxini fərqli edən cəhətlər nəsildən-nəslə ötürülərək, günümüzə qədər olduğu kimi gəlib çatıb. Bu mətbəxin təqdim etdiyi təamların hər biri özündə bölgənin zəngin süfrə mədəniyyətinin tarixi izlərini daşıyır. Belə bir kulinar irsə malik olan Lənkəran, təbii ki, hər zaman dünya qurmanlarının diqqətini cəlb edib. Azərbaycan qastronomiyasının sehrini kəşf etməyə çalışanlar daim mətbəxlə mədəniyyətin üzvi şəkildə birləşdiyi bu regiona can atıblar.

Oktyabrın 28-də “Diyar.az” komandası, Azərbaycan Dövlət Reklam Agentliyi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, “Khazar Palace Lankaran tanınmış aşpaz Nüsrət Səlimlinin birgə təşkilatçılığı ilə LənkərandaBir Cənub şəhərindəadlı kulinariya festivalı keçirilib.

Azərbaycanın qastronomik xəritəsi olan “Diyar.az” platformasının müəllifi rəhbəri Nigar Əmirbəyova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, festivalın keçirilməsində məqsəd iştirakçıları Lənkəran bölgəsinin ləziz mətbəxi ilə elə yerli aşpazların təqdimatında tanış etməkdir.

Festivalın bölgənin mətbəxinin tanıdılmasında mühüm rol oynayacağına əmin olduğunu deyən N.Əmirbəyova qeyd edib ki, burada bütün yeməklər elə festivalda iştirakçıların gözü qarşısında bişirilir təqdim olunur: “Festivalda hər bir aşpaz bişirdiyi yemək barədə məlumat verir, necə bişirildiyini göstərir. Yəni, yeməyi necə təqdim etmək lazımdır, bu, çox vacibdir. Başqa bölgədən olan aşpazlar Cənub bölgəsinin yeməklərini buradakı aşpazlar kimi təqdim edə bilməzlər”.

Onun sözlərinə görə, “Bir Cənub şəhərindəqastronomik festivalı həm turistlərin bölgəyə cəlb olunmasına öz töhfəsini verəcək. “Mən 30 ildir bu işlə məşğulam, Azərbaycanın qastronomik xəritəsini toplayıram, hansı bölgədə hansı yeməklər bişirilir. Ona görə , tövsiyə edərdim ki, belə ləzzətli dadlarla tanış olmaq üçün onları otellərdə yox, bu cür festivallarda, yerlərdə axtarsınlar”, - deyə N.Əmirbəyova bildirib.

Gün boyu davam edən festivalda iştirakçılar Cənub mətbəxinin ən yaxşı aşpazlarının hazırladıqları yeməklərin sirlərini öyrənib, əyləncəli müsabiqələrdə iştirak ediblər.

Festival çərçivəsində musiqi nömrələri rəqslər nümayiş olunub.

 

Azərbaycan.-2023.- 29 oktyabr, ¹ 237- S.12.