Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun İran
İslam Respublikası
ilə bağlantısının
və Araz çayı üzərində
körpünün tikintisi
işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun İran
İslam Respublikası
ilə bağlantısının
və Araz çayı üzərində
körpünün tikintisi
işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
31 oktyabr, №
238.- S.1.