Sözü imzası qədər dəyərli olan Müzəffər Sərkərdə

 

2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı qurucusu, bütün ömrünü ölkə vətəndaşlarının rifahının yüksəlməsinə həsr etmiş Ümummilli Lider Heydər Əliyev xalqımıza tarixi müraciət edərək prezident seçkilərində öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu Öndər Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı.

Dahi lider İlham Əliyevə özü qədər inandığını, onun güclü siyasətçi olmaqla yanaşı, dövlətini, xalqını sevən lazım gələrsə, xalqın yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan düzgün yol Heydər Əliyev yoludur İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq.

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə böyük inamla verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı.

31 oktyabr 2003-cü ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına müqəddəs Qurani-Kərimə əl basaraq Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyinə, adət ənənələrimizi yaşadacağına, ölkəmizin müstəqilliyinin  möhkəmlənməsi, ərazi bütövlüyünü suverenliyini bərpa etmək uğrunda çalışacağına and içdi. Dövlət başçısı bu müqəddəs amallar uğrunda yorulmadan çalışdı, xalqımıza verdiyi sözü, vədi yerinə yetirdi. Prezidentimiz xalqımızın sevincli kədərli günlərində xalqla bir yerdə oldu bu ənənəni daim davam etdirir. Cənab İlham Əliyev  Azərbaycanı zirvələrə qaldırdı, dünyada söz sahibinə malik dövlətə çevirdi.

Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəb inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin, demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.

Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm dünya enerji sənayesində həlledici rol oynamağa başladı.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yolu xətti Asiya Avropanı birləşdirən nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya geriyə milyon tonlarla yük daşınır.

Məhz Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq aləmdə yüksək nüfuzu olan dövlətə çevrilib. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən strateji etibarlı müttəfiq dövlət imicini qazanıb. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Cənab İlham Əliyevin daxili xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. İlham Əliyevin yürütdüyü müstəqil, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxtəlif siyasi partiyalar qanunverici orqanın rəhbərliyində təmsil olundu. Milli Məclisin Sədr müavini, komitə sədri sədr müavinləri vəzifələrinə müxalif siyasi partiyaların nümayəndələri seçildilər.

Prezident  İlham Əliyev bütün dünya azərbaycanlılarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı. Onun güclü lider olması uğurlu fəaliyyəti ilə sübut olunub. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.

Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırdı. Ali Baş Komandanın formalaşdırdığı güclü, müasir ordu Ermənistan ordusunu Vətən müharibəsində 44 günə darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazanıldı. Artıq Qarabağa Böyük qayıdış proqramı sürətlə icra edilir. Keçmiş məcburi köçkünlərimiz öz yurdlarına mərhələli şəkildə dönməkdədir. Müharibə bitəndən bu günədək bərpa yenidənqurma işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti il üçün daha 2 milyard dollar həcmində vəsait ayrılması nəzərdə tutulur.

2023-cü il aprelin 23-də Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Lakin Ermənistan dövlətinə   Qarabağda qalan separatçılara məxsus silahlı dəstələr Azərbaycan hərbçilərinə mülki şəxslərimizə qarşı terror aktları törətməkdə davam edirdilər. Bu il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. Ermənistana separatçılara məxsus silahlı qüvvələr 24 saata yaxın çəkən əməliyyatda Azərbaycan  Ordusu qarşısında tab gətirə bilmədi təslim olduqlarını bildirdilər. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, xunta rejiminin Azərbaycan dövlətinə xalqına qarşı cinayət törətmiş rəhbərləri həbs edilərək Bakıya gətirildi. Bununla da Prezident İlham Əliyev Azərbaycanın suverenliyini tam bərpa etdi.

Bu gün Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. YAP regionda ən güclü nüfuzlu partiyaya çevrilib. Partiyanın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu, vətəndaşlarımızın YAP-a onun Sədri cənab İlham Əliyevə olan etimadının  göstəricisidir.

Sözü imzası qədər dəyərli olan İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, xalqına verdiyi bütün vədləri yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək böyük uğurlara imza atacaq.

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 31 oktyabr, № 238.- S.4.