Anda, sözə
sadiqlik ağıl, cəsarət, səbir, təmkin, dözümlülük
tələb edir. Andına dönük çıxanların əməlləri
nəticəsində xalqımızın
da başına müsibətlər gəlmiş,
insanlarımız dəhşətli
faciələrlə üz-üzə
qalmış, ağrılı-acılı
illər yaşamışlar.
Heç uzağa getməyək, 1990-cı illərin
hadisələrinə nəzər
salsaq, saxta vədlərlə, boğazdan
yuxarı andlarla vəzifəyə gələnlərin
xalqı uçuruma yuvarladıqlarının, ölkənin
dağılaraq məhv
olması ərəfəsinə
gəlib çatdığının
və andla əməli üzləşdirsək,
acı həqiqətlərin
şahidi olarıq və olmuşuq.
O illərdə dönə-dönə
and içib, vəd verib hakimiyyətə gələnlər
1993-cü ilin ortalarında
bir balaca təhlükə hiss edəndə canlarının
qorxusundan torpağı
düşmən əlində,
Vətənini darda qoyub qaçdılar. And, vəd, torpaq, Vətən təəssübkeşliyi,
anda sədaqət yaddan çıxdı.
Vətən, xalq,
torpaq andı müqəddəsdir. Onu heç nəyə dəyişmək olmaz. Biz bu andın
müqəddəsliyini şəhidlərimizin,
qazilərimizin, tarixi şəxsiyyətlərimizin timsalında
aydın görürük.
Bir Prezident, ölkə vətəndaşı,
azərbaycanlı kimi
Ulu Öndər Heydər Əliyevin və daha sonra
İlham Əliyevin verdikləri vədlər,
həyata keçirdikləri
əməllər dünyaya
örnək, bəşəriyyətə
nümunə, nəsillərə
ibrət dərsidir.
31 oktyabr 2003-cü ildə
prezident seçkilərində
qalib gəlmiş cənab İlham Əliyevin andiçmə
mərasimi keçirildi.
Prezident vəzifəsinin
icrasına başlayan
İlham Əliyev öz çıxışında
bildirdi ki, hər
bir Azərbaycan vətəndaşının Prezidenti
olacaq, Azərbaycanın
müstəqilliyini və
suverenliyini ləyaqətlə qoruyacaq, dövlətçiliyi
möhkəmləndirəcək, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalacaqdır. Ölkə Prezidenti özünün fəaliyyət
proqramının əsas
məqamlarını şərh
edərək siyasi plüralizmin inkişaf etdiriləcəyinə, söz
azadlığının təmin
olunacağına, sosial-iqtisadi
inkişafın və
ərazi bütövlüyünün
bərpa edilməsi üçün bütün
tədbirlərin görüləcəyinə
söz verdi və bunu bütün
dünyaya bəyan etdi.
Prezident kimi fəaliyyət göstərdiyi
20 il ərzində cənab İlham Əliyev hər an hər bir
Azərbaycan vətəndaşının
Prezidenti olduğunu sübut edib, sevincli və kədərli günlərdə
daim insanların yanında olub, milliyyətindən, dinindən,
vəzifəsindən asılı
olmayaraq, hər bir vətəndaşa qayğı və diqqətlə yanaşıb,
öz andına sadiqliyini nümayiş etdirib. Vətəndaş həmrəyliyi, xalqın
birliyi, ölkədə
ictimai-siyasi sabitliyin yaradılması ölkə
rəhbərinin həyat
amalına çevrilib,
söz, mətbuat azadlığına, fikir müxtəlifliyinə, siyasi
partiyaların, ictimai təşkilatların fəaliyyətinə
geniş imkanlar yaradıb, demokratik mühitin saflaşdırılmasına
və formalaşmasına
çalışıb.
"Güclü dövlət,
güclü iqtisadiyyat
və sosial rifah. Bu prinsiplərin
vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş
ölkələrin sırasına
daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik" ifadələrini öz çıxışlarında dəfələrlə
səsləndirən dövlətimizin
rəhbəri
bu inkişafın
təməlində ölkədə
yaradılan sağlam mənəvi mühitin, birliyin durduğunu qeyd edib. Məhz
xalq-Prezident birliyi sayəsində ölkəmiz
dayanıqlı və
davamlı iqtisadi inkişafa nail olub, əhalinin sosial-rifah halı yaxşılaşıb, dövlətimizin
beynəlxalq nüfuzu
yüksəlib, mütləq
söz sahibinə çevrilib.
2003-cü ildə 1 milyard
220,9 milyon manat dövlət büdcəsinə
malik olan ölkəmizin büdcə
gəlirləri indi 40
milyard manata yaxındır. Valyuta ehtiyatlarımız 37 dəfə
artaraq 1,8 milyard dollardan 67 milyard ABŞ dolları səviyyəsinə
çatmışdır. Bu
illər ərzində
əməkhaqları, pensiyalar,
sosial müavinət və təqaüdlər üzrə ödənişlər
dəfələrlə artmış,
aylıq orta əməkhaqqı 77,4 manatdan
900 manata yüksəlmişdir.
20 il ərzində
3 min 200-dən çox
məktəb binasının,
750-dən çox tibb
müəssisəsinin tikilməsi
və əsaslı təmir edilməsi,
40-dan çox
olimpiya-idman mərkəzinin
və yüzlərlə
idman qurğusunun inşası, 21 min kilometrə yaxın yolun çəkilməsi,
körpülərin salınması,
2 milyondan artıq iş yerinin açılması çox
mühüm dövlət proqramlarının,
layihələrinin uğurla
həyata keçirilməsi,
işğaldan azad olunmuş ərazilərdə
möhtəşəm tikinti,
bərpa, təmir, quruculuq-abadlıq işlərinin
aparılması, şəhid
ailələrinə, müharibə
ilə əlaqədar
əlilliyi olan şəxslərə 14 mindən
çox mənzilin verilməsi iqtisadiyyatımızın
dinamik inkişafda olmasının nəticəsidir.
İqtisadiyyatın inkişafında
aqrar sektorun payı danılmazdır. Cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı, qəbul edilən qanunlar, proqramlar, layihələr sayəsində
ölkəmizin kənd
təsərrüfatında əsaslı dönüş
yaranmış, sahibkarlığa
önəm verilmiş,
iş adamlarına yüksək məhsul istehsal etmək üçün lazım olan bütün imkanlar tanınmışdır.
Dövlətimizin rəhbəri
keçən 20 il ərzində iqtisadiyyatımızı
inkişaf etdirmək,
xalqın birliyinə nail olmaq, ölkəmizi
beynəlxalq aləmdə
tanıdıb ucaltmaqla
bərabər, milli təhlükəsizlik sistemini
və Silahlı Qüvvələrimizi möhkəmləndirməyi,
hərbi kadrlar hazırlığını təkmilləşdirməyi
bacardı və bunu 44 günlük müharibə, 23 saatlıq
antiterror tədbirləri
zamanı sübuta yetirdi.
Azərbaycanın suverenliyinin
tam təmin olunması, ərazilərimizin
düşməndən xilas
edilməsi, Qarabağda
separatizm yuvasının
dağıdılıb kökünün
kəsilməsi cənab
İlham Əliyevin xalq və Vətən
qarşısında unudulmaz
tarixi xidmətidir. Ulu Öndərimizin, şəhidlərimizin ruhunun
sevindirilməsi, təcavüzdən
uzun illər bəlalar çəkən
insanların ağrılarının
ovundurulması başımızın
ucaldılmasıdır.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyev öz siyasəti, qətiyyəti, hərbi bacarığı ilə ordunu və xalqı birləşdirməklə
bu şərəfi bizə yaşatdı, xalqımızın mübarizliyini,
qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi, ləyaqət, şərəf
anlayışının müqəddəsliyini,
yenilməzliyini düşmən
üzərində qələbə
qazanmaqla içdiyi anda sədaqətli olduğunu
təsdiqlədi.
Ölkə rəhbəri
dəfələrlə bildirirdi
ki, biz torpaqlarımızı
düşməndən azad
edəcəyik, bayraqlarımızı
Şuşada, Xankəndidə,
digər ərazilərimizdə
ucaldacağıq. Viran
edilən şəhər
və kəndlərimizi
tikəcək, quracaq,
bərpa edəcəyik.
Söylənilənlər bu
gün həqiqətə
çevrilmişdir.
Azərbaycan bayrağı
Xankəndidə, Şuşada,
Füzulidə, Ağdamda
və digər ərazilərimizdə dalğalanır
və xalqımızı
qürurlandırır. İşğaldan
azad olunmuş ərazilərdə möhtəşəm
quruculuq, bərpa, tikinti işləri aparılır, yollar çəkilir, körpülər
salınır, məktəblər,
xəstəxanalar, inzibati
və yaşayış
binaları ucaldılır,
beynəlxalq əhəmiyyətli
təyyarə meydanları
istifadəyə verilir
və artıq həmin ərazilərə
qayıdış başlamışdır.
Qarabağın və
Şərqi Zəngəzurun
bərpası və yenidən qurulması istiqamətində həyata
keçirilən tədbirlər,
görülən işlər
xalqımızda fərəh
doğurur.
Bu gün keçmiş məcburi köçkünlərin ata-baba
yurdlarına qayıtması
işğaldan azad edilən ərazilərimizdə yeni
dövrün başlanmasından
xəbər verir. Sözsüz ki, bu təcavüzkar Ermənistanı, onun Fransa, Almaniya kimi havadarlarını məyus edir, yuxularını ərşə
çəkir. Bu təcavüzkarların, onlara
dəstək verənlərin
səyləri, qurduqları
planlar, uydurduqları böhtan və yalanlar isə faydasızdır. Çünki
qarşılarında sözü
ilə əməli bir olan, xalqından
və sülhsevər
insanlardan dəstək
alan, haqq-ədalətə,
beynəlxalq normalara, bəşəri dəyərlərə,
Heydər Əliyev ideyalarına arxalanan bir dövlət rəhbəri, uzaqgörən
siyasətçi, qətiyyətli
sərkərdə - Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev var. O rəhbər ki içdiyi anda, verdiyi vədə, söylədiyi sözlərə,
xalqına və vətəninə sadiqdir,
düşmənlərinə qarşı qətiyyətlidir,
insanlara qarşı humanist, dostlara etibarlıdır.
Son 20 ilin gedişləri, nəticələri
uğurlarımızın gələcəyinə
və dövlətimizin
rəhbərinin fəaliyyəti
sayəsində daha işıqlı olacağına bir
zəmanətdir. İçilən
andın həqiqətə
çevrilməsi, görülən
möhtəşəm işlər
və həyata keçirilən mühüm
tədbirlər buna əyani sübutdur. Bu, tarixi həqiqətdir
və bu tarixi yazanlar başda cənab İlham Əliyev olmaqla xalqımızın
qəlbində əbədi
yer, ucalıq qazanıblar və əsrlərboyu belə də olacaqdır.
Tahir RZAYEV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.-2023.-
31 oktyabr, ¹ 238.- S.4.