Azərbaycan
xalqına yeni həyat bəxş edən Prezident
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin andiçmə
mərasiminin baş tutduğu tarixdir və bu tarixə
xüsusi önəm verilməsinin kifayət qədər ciddi, obyektiv əsasları mövcuddur.
Ötən 20 il
Azərbaycan tarixinin çox önəmli mərhələsidir, çünki
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
unikal inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən
artıq yeni dövrün tələblərinə
uyğun yeni elementlərlə zənginləşdirilərək
davam etdirilməyə
başladı. Bununla da ölkənin həyatında bütün
istiqamətlərdə çox
ciddi dəyişikliklər
müşahidə olundu.
Azərbaycan Prezidenti
andiçmə mərasimində
vurğulamışdı ki,
o, hər bir azərbaycanlının Prezidenti
olacaq. Onun fəaliyyətinin mərkəzində
Azərbaycan vətəndaşının
rifahı dayanır. Həqiqətən də,
öncə ölkənin
sosial, iqtisadi inkişafını təmin
edəcək çox
ciddi proqramlar, konsepsiyalar hazırlandı.
Azərbaycan Respublikasının
regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarına
start verildi. 2004-cü
ildən başlayaraq dövlət proqramlarının
icrası sayəsində
Azərbaycan regionlarının
siması tamamilə dəyişdi.
Artıq dövlət
proqramının dördüncüsü
həyata keçirilməkdədir.
Regionlarda geniş infrastruktur quruculuğu ilə yanaşı, əhalinin məşğulluğunun
təmin olunması, sosial rifahının yüksəldilməsi istiqamətlərində
çox ciddi keyfiyyət dəyişikliyi
müşahidə olundu
və bu proses bu gün
də davam etməkdədir. Təbii ki, bu, ümumölkə
səviyyəsində əhalinin
rifah halının yaxşılaşdırılmasını təmin etdi. Azərbaycanda adambaşına
düşən ümumdaxili
məhsulun həcmi dəfələrlə yüksəldi.
Bu da ölkənin
inkişaf dinamikasının
yüksəkliyini bir daha nümayiş etdirir.
Azərbaycan Prezidenti
hər zaman əminliklə vurğulayırdı
ki, biz torpaqlarımızı
işğaldan azad edəcəyik. Xankəndidə
xalqa müraciəti zamanı da dövlət başçısı
xatırlatdı ki, ötən illər ərzində keçmiş
münaqişə vəziyyətinin
dinc vasitələrlə
tənzimlənməsini istəyirdi,
bu istiqamətdə çalışırdı. Bildirdi
ki, müharibədən
əvvəl dəfələrlə
xəbərdarlıq etmişdi
ki, nəticəsiz danışıqları sona
qədər davam etdirməyəcəyik, bu
danışıqlar nəticə
verməsə, hərbi
yolla torpaqlarımızı
işğaldan azad edəcəyik. Həqiqətən
də belə oldu. Ermənistanın destruktiv, qeyri-səmimi davranışları danışıqları
tamamilə nəticəsiz
etdi. Münaqişənin
tənzimlənməsi istiqamətində
fəaliyyət göstərməli
olan ATƏT-in Minsk qrupu isə
sadəcə olaraq imitasiyalarla məşğul
oldu, münaqişənin
tənzimlənməsinə deyil, idarə olunmasına çalışdı.
Təbii ki, belə olan halda biz də
bu mənasız prosesi sonsuzluğa qədər davam etdirmək niyyətində
olmadığımızı göstərdik. Ermənistanın
növbəti təxribatlarının
qarşısını almaqla
bərabər, torpaqlarımızın
işğaldan azad olunması üçün
əməliyyatlara başladıq.
44 gün ərzində
biz Zəfər qazandıq. Qısa müddətdə ərazilərimizin
işğaldan azad edilməsi Azərbaycanın
inkişaf edən iqtisadiyyatı ilə yanaşı, hərbi gücünün də göstəricisi oldu.
Cənab İlham
Əliyev ötən
20 il ərzində keçmiş münaqişə
vəziyyətində Azərbaycanın
haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə sistemli, ardıcıl şəkildə
çatdırırdı və
münaqişənin yeganə
həll yolunun Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasından keçdiyini əsaslandırırdı
və beynəlxalq ictimaiyyətə də bunu qəbul etdirirdi. Obrazlı olsa da, vurğulamaq
lazımdır ki, ötən illər ərzində İlham Əliyev torpaqlarımızın
ayrı-ayrı mərkəzlərdə
siyasi işğaldan azad olunması ilə məşğul idi və uğurlu
nəticələr əldə
edirdi. Ona görə də 2020-ci ildə torpaqlarımızı
hərbi yolla azad edən zaman ölkəmizin üzərinə çox
da ciddi olmayan, əhəmiyyətsiz
hücumlar oldu. Yəni dövlət başçısı vaxtında
preventiv olaraq o hücumları artıq neytrallaşdırmışdı. Çünki çox yaxşı bilirdi ki, Azərbaycana qarşı hər zaman qərəzli mövqe var və haqlı olduğumuz halda bizi haqsız çıxarmaqda maraqlı
olan dairələr mövcuddur. Amma cənab İlham Əliyevin uzaqgörən,
qabaqlayıcı siyasəti
sayəsində mümkün
hücumların qarşısı
vaxtında alınmışdı.
Ona görə də biz torpaqlarımızı
öncə siyasi, ardınca isə hərbi yolla işğaldan azad etdik.
2020-ci ildən sonra da Azərbaycan Prezidenti qələbəmizin
nəticəsinin dünyada
tanıdılması, qəbul
etdirilməsi istiqamətində
yorulmadan fəaliyyət
göstərdi. Qarabağdakı
erməni sakinlərə
dəfələrlə çağırış
etdi ki, onlar reinteqrasiya etsinlər və Azərbaycan vətəndaşı
statusunda ölkəmizin
ərazisində yaşayan
digər xalqların nümayəndələri kimi
tam dinc və təhlükəsizlik
şəraitində öz
mövcudluqlarını davam
etdirsinlər. Lakin bunu da ermənilər
və Ermənistan, eyni zamanda onları
dəstəkləyən kənar
dairələr düzgün
qiymətləndirə bilmədilər.
Azərbaycan ərazisində
separatizm təhdidi milli, dövlət təhlükəsizliyimizə çox
ciddi təhdid olaraq qalmaqda idi. Belə olan halda 2023-cü il 19-20 sentyabr tarixlərdə 24 saatdan da az çəkən
antiterror tədbirlərini
həyata keçirməklə
ölkəmizin ərazisində
separatizmə də son qoyuldu, suverenliyimiz
tam bərpa edildi. Bu da
Azərbaycan Prezidentinin
strateji baxışlarının,
diplomatik gücünün
bir daha tərənnümü idi.
Bir sözlə,
2003-cü ilin 31 oktyabrı,
həqiqətən də,
Azərbaycan tarixinin çox əlamətdar bir səhifəsini təşkil edir.
Prezident cənab
İlham Əliyevin öz səlahiyyətlərinin
icrasına başladıqdan
sonra atdığı
hər bir addım ölkəmizi inkişafa doğru apardı. Hər bir addımı ilə ərazi bütövlüyümüzün təmin olunacağı günə yaxınlaşdırdı
və milli dövlət təhlükəsizliyimizə
mövcud olan təhdidlərin effektiv aradan qaldırılmasına,
suverenliyimizin bütün
torpaqlarımız boyunca
təmin edilməsinə
nail oldu. Beləliklə, Azərbaycan
dövlətinə, xalqına
yeni bir həyat bəxş etdi.
Elşad
MİRBƏŞİROĞLU,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
31 oktyabr, № 238.- S.4.