İlham
Əliyevin liderliyi ilə qazanılan möhtəşəm nailiyyətlər
Azərbaycan hazırda
beynəlxalq münasibətlər
sistemində yüksək
nüfuza sahib olan dövlətdir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə
çevrilib. Bu, 20 il öncə - oktyabrın 15-də keçirilən
prezident seçkilərində
xalqımızın düzgün
seçim edərək,
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamına səs verməsinin nəticəsidir.
Ötən 20 il
ərzində Prezident
İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan
möhtəşəm nailiyyətlər
qazanıb. 2003-cü il
oktyabrın 31-də keçirilən
andiçmə mərasimində
çıxışı zamanı
cənab İlham Əliyev ölkəmizin gələcək inkişafını
Heydər Əliyev siyasətinin davam etdirilməsi ilə əlaqələndirərək bildirmişdi: "…Azərbaycanı
qüdrətli dövlətə
çevirmək üçün
ən başlıcası
ölkədə Heydər
Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış
edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Cənab Prezidentin
20 illik fəaliyyəti
dövründə bütün
sahələrdə olduğu
kimi, beynəlxalq müstəvidə də uğurlu siyasət həyata keçirilib. Dövlət başçısının
rəhbərliyi ilə
həyata keçirilən
çoxvektorlu xarici siyasət nəticəsində
Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən
praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq
münasibətlər sistemində
müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.
Ümumiyyətlə, ötən 20 ildə xarici siyasət sahəsində möhtəşəm
nailiyyətlərə imza
atıldı. Azərbaycan
Prezidentinin yürütdüyü
uğurlu xarici siyasət nəticəsində
ölkəmiz BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçildi,
dünyada beynəlxalq
təşkilatlar Ermənistanı
işğalçı dövlət
kimi tanıdı. Azərbaycanın 155 dövlətin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi, həmçinin
120 dövlətin təmsil
olunduğu Qoşulmama
Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunu və qüdrətini göstərir. Bundan əlavə, neft-qaz sahəsində qazandığı
uğurları davam etdirən ölkəmiz
Trans-Anadolu və
Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə
start verdi. Artıq bu layihələr
reallığa çevrilib.
Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı
qüvvəsi kimi çıxış etməyə
başladı. Xəzərin
Azərbaycan sektorunda
"Azəri", "Çıraq"
və "Günəşli"
yataqlarının birgə
işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışı
kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərinin çəkilməsi
kimi nəhəng layihələrin icrasına
nail olundu.
Təbii ki, Prezident İlham Əliyev dövlət başçısı kimi
fəaliyyətə başlayarkən
qarşısında dayanan
ən mühüm vəzifə Ermənistanın
Azərbaycana qarşı
işğalçı siyasətinə
son qoyulması, ərazi bütövlüyümüzün
bərpası idi. 20 il öncə - oktyabrın 31-də cənab
İlham Əliyev andiçmə mərasimində
çıxışı zamanı
bununla bağlı bəyan etmişdi: "Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
ölkəmiz üçün
ən ağır problemdir… Bu məsələ öz həllini tapmalıdır.
Bu problem yalnız bir neçə prinsiplər,
beynəlxalq hüquq normaları əsasında
həll oluna bilər: Azərbaycanın
torpaqları işğaldan
azad olunmalıdır,
bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır,
ölkəmizin ərazi
bütövlüyü bərpa
edilməlidir. Azərbaycan
heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal
altında qalması ilə barışmayacaqdır.
Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir".
Artıq torpaqlarımız
işğaldan azad olunub, ərazi bütövlüyümüz və
suverenliyimiz tam bərpa edilib. Bu, bilavasitə cənab İlham Əliyevin Prezident andına sadiqliyinin nümunəsidir! Təbii
ki, Azərbaycanın ərazi bütövlüyünün
təmin olunmasında
milli maraqlara əsaslanan uğurlu xarici siyasətin müstəsna rolu var. Beynəlxalq miqyasda etibarlı dostluq və tərəfdaşlıq əlaqələrinin
formalaşdırılması, Azərbaycanın haqlı
və ədalətli mövqeyinin dəstəkləndiyi
sənədlərin qəbuluna
nail olunması, Azərbaycan həqiqətlərinin
təbliğinə yönəlik
məqsədyönlü kampaniyaların
və genişmiqyaslı
layihələrin həyata
keçirilməsi ölkəmizin
mövqeyinin möhkəmlənməsinə
şərait yaratmış
və təsir imkanlarımız artmışdır.
2020-ci il sentyabrın
27-də işğalçı Ermənistanın təcavüzkar
silahlı qüvvələrinin
növbəti təxribatına
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı
keçirərək layiqli
cavab verməsi ilə başlanan 44 günlük Vətən müharibəsində ölkəmizin
tarixi Qələbəsi
isə torpaqlarımızın
azad edilməsi uğrunda çoxillik fəaliyyətin qanunauyğun
nəticəsi oldu. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində
bu il sentyabrın
19-da Azərbaycanın Qarabağ
bölgəsində 23 saatlıq
lokal antiterror əməliyyatı isə
suverenliyi, ölkəmizin
Konstitusiya quruluşunun
tam bərpasını
təmin etdi, respublika ərazisində separatizmə birdəfəlik
son qoyuldu.
Əlbəttə, bu
Zəfər böyük
tarixi və siyasi məzmuna malikdir. Çünki ilk növbədə Azərbaycan işğal faktına, separatizmə öz milli gücü
ilə, hərbi-siyasi
resursları vasitəsilə
son qoydu, BMT-nin 1993-cü ildə qəbul edilmiş, amma kağız üzərində qalmış
qətnamələrinin icrasını
təmin etdi. Yəni biz həm
tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq
olmuşuq. Hazırda Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb ki, bu da
nəinki Cənubi Qafqazda, hətta daha geniş coğrafiyada yeni təhlükəsizlik mühitinin
və əməkdaşlıq
imkanlarının formalaşması
deməkdir. Azərbayan
xalqı əmindir ki, Prezident İlham
Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da yeni-yeni zəfərlərə
imza atacaq!
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini
Azərbaycan.-2023.-
31 oktyabr, № 238.- S.5.