İlham
Əliyev Azərbaycanı
daha da irəli
aparacaq
Cənab Prezidentin
andiçmə mərasimindən
20 il ötür. Bu illər
Azərbaycan tarixinə
qızıl hərflərlə
yazılıb. Hər
şeydən əvvəl
1813-cü ildə Gülüstan Sülh Müqaviləsi bağlanandan sonra Azərbaycan ilk dəfə
torpaqlarını bütövləşdirməyə başlayıb.
Bütün bunlar Ali Baş Komandanın səylərii
nəticəsində reallaşdı.
Ulu Öndərin böyük
enerji strategiyasına uyğun olaraq ölkəyə qoyulan investisiyalar, daxil olan vəsaitlər doğru istiqamətlərə
xərcləndi. İqtisadiyyatımız
inkişaf etdi, bunun nəticəsində də ordu quruculuğuna
böyük diqqət
ayrıldı. Ordunun hərbi texniki təchizatı möhkəmləndirildi,
ən müasir silahlar, hərbi texnikalar alındı. Beləliklə, güclü
Azərbaycan Ordusu formalaşdırıldı. Ən
əsası gənclərimiz
vətənpərvərlik ruhunda tərbiyə olundu. Onlar düşmənin
üzərinə gedərək
ölümdən belə
qorxmadan otuz il ərzində işğal
altında olan torpaqlarımızı azad
etdilər. Bütün
bu uğurlar Müzəffər Ali Baş Komandan
İlham Əliyevin fəaliyyətinin
zirvəsidir.
Prezident İlham Əliyev hətta həsrət çəkdiyimiz, xəyal
etdiyimiz məsələləri
də reallaşdırdı.
Şuşada, Xocalıda,
Xankəndidə Azərbaycanın
Dövlət bayrağını
qaldırdı. Sərhədlərimiz
Laçında nəzarət
buraxılış məntəqəsinin
qurulması ilə tamamlanmışdısa, Xankəndinin
qanunsuz erməni hərbi birləşmələrindən
təmizlənməsi və
dövlət başçısının
orada üçrəngli
bayrağımızı ucaltması
ilə bütün ərazilərimizdə suverenliyimiz
tam şəkildə bərpa
edildi. Azərbaycanın
dostları da, düşmənləri
də bunu artıq yaxşı görürlər.
Düşmən hər
zaman revanş addımlar
atacaq, onların arxasında duranlar, havadarları müxtəlif
fərziyyələr irəli
sürəcək, ölkəmizə
qarşı əsassız
ittihamlar səsləndirəcəklər.
Ancaq Ali Baş Komandanın
"dəmir yumruğ"u
və polad iradəsi yerindədir.
Eyni zamanda partiya sədri olaraq deyə bilərəm ki, bu illər ərzində siyasi dialoq da baş tutub. Vətən müharibəsi
dönəmində hər
kəs Prezident
İlham Əliyevin ətrafında
sıx birləşdi,
birlik oldu. Azərbaycan nizam-intizamlı
cəmiyyətə çevrilib,
dostunu, düşmənini
yaxşı tanıyır.
Artıq ölkəmizlə
beynəlxalq aləmdə
hesablaşırlar.
Prezident İlham Əliyevin
həm ölkəmizdə,
həm də beynəlxalq aləmdə böyük nüfuzu var.
Allah Prezidentimizi qorusun!
Ona işlərində uğurlar
arzu edirəm. Bu illər ərzində Azərbaycanı irəli apardığı, qalib ölkəyə çevirdiyi
kimi, növbəti fəaliyyəti dövründə
də suverenliyimizin daha da möhkəmləndirilməsi,
qarşıda duran sosial-iqtisadi məsələlərin
həlli üçün
düşünülmüş siyasət yürüdərək
ölkəmizi daha yüksək zirvəyə
aparacaq.
Tahir
KƏRİMLİ,
Milli Məclisin deputatı,
Vəhdət Partiyasının sədri
Azərbaycan.-2023.-
31 oktyabr, № 238.- S.6.