Xarici
ticarətdə saldo xeyrimizədir
Dünya sözün
həqiqi mənasında
ağır bir dövrə qədəm qoyub. Hazırda siyasi və hərbi qarşıdurma pik həddə çatıb. Rusiya-Ukrayna
müharibəsindən sonra
yenidən kəskinləşən
HƏMAS-İsrail savaşı
beynəlxalq münasibətləri
bir qədər də sərtləşdirib.
Belə hal dünyada ticarətin də ahəngini pozub.
Məlumdur ki, Rusiya nəhəng bazardır. Avropa istehsal etdiyi məhsulların böyük
hissəsini bu ölkəyə göndərirdi.
Əvəzində Rusiya
neft və qazın böyük həcmini Avropa ölkələrinə satırdı.
İndi demək olar ki, bu
əlaqələr tamamilə
pozulub. Lakin gərginlik
təkcə bu regiona aid deyil.
Bütünlüklə dünyada
iqtisadi qeyri-müəyyənlik
hökm sürür. Bu da istehsalın
aşağı düşməsi
və ticarətin zəifləməsi ilə
nəticələnir.
Ölkəmizə gəldikdə deyək ki, Azərbaycan qarşılıqlı maraqları
təmin etmək üçün pozitiv siyasət aparır. Heç bir ölkə ilə konfrantasiyaya girmədən
öz iqtisadi və ticarət maraqlarını təmin edir. Sadə bir misal: Fransa
ilə siyasi əlaqələrimizdə gərginlik
hökm sürür, səbəbi də həmin ölkənin Ermənistan-Azərbaycan münasibətlərində
pozucu mövqe tutmasıdır. Buna baxmayaraq, biz bu ölkənin nəhəng neft şirkəti ilə olan münasibətləri
pozmadıq və əvvəlcədən razılaşdırılmış
şərtlərin üzərinə
daha yenilərini əlavə etdik. Məqsəd Xəzər dənizindəki karbohidrogen
yataqlarının istismarını
sürətləndirməkdir.
Belə uğurlu
siyasət ölkəmizin
maraqlarına uyğundur.
Qarşılıqlı maraqlara
söykənən iqtisadi
münasibətlər ölkəmizin
xarici ticarətinə
də müsbət təsir göstərir. Bunu statistik rəqəmlərdən də
aydın görə bilərik. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında Azərbaycandakı
hüquqi və fiziki şəxslər dünyanın 194 ölkəsindəki
tərəfdaşları ilə
ticarət əməliyyatları
həyata keçirmiş,
113 ölkəyə məhsul
ixrac olunmuş, 185 ölkədən isə
məhsul idxal edilmişdir.
Məlumdur ki, xarici ticarətdə müsbət saldonun yaranması hər bir ölkənin xüsusi marağındadır.
Belə ki, xarici ticarətdə müsbət saldo ölkədə istehsalı
stimullaşdırmaqla yanaşı,
maliyyə sabitliyinin və valyuta ehtiyatının yaranmasına
da müsbət təsir göstərir.
Sözügedən dövrdə gömrük orqanlarında
qeydiyyatı aparılmış,
lakin gömrük rəsmiləşdirilməsi tam
başa çatdırılmamış
ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş
dəyəri nəzərə
alınmaqla cari ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi
29 milyard 989,2 milyon dollar, o cümlədən
ixracın dəyəri
18 milyard 838,6 milyon dollar, idxalın dəyəri 11 milyard 150,6
milyon dollar təşkil etmiş, nəticədə 7 milyard
688 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Xarici ticarət
partnyorlarımız arasında
İtaliya liderdir. Sonrakı yerlərdə Türkiyə, Rusiya, Çin, Yunanıstan, İsrail, Almaniya, Hindistan, İspaniya, Türkmənistan, Gürcüstan,
Çexiya, Birləşmiş
Krallıq, Rumıniya,
Fransa, İrlandiya, Xorvatiya, ABŞ, İran, Bolqarıstan,
Yaponiya, Koreya və Vyetnam qərarlaşıb.
İdxalda isə
Rusiya birincidir. Bundan sonrakı yerləri Çin, Türkiyə, Almaniya, Türkmənistan, Fransa,
ABŞ, İran, İtaliya, Yaponiya, Birləşmiş
Krallıq, Belarus, Qazaxıstan
və sair dövlətlər tutur.
Hesabat dövründə
bir sıra məhsulların ölkəyə
idxalı xeyli azalıb. Bunun bir səbəbi həmin növ məhsullara olan tələbatın azalmasıdırsa,
digər səbəbi belə
məhsulların öz
ölkəmizdə istehsal
olunmasıdır.
İxracın strukturunda
karbohidrogen məhsulları
ilə yanaşı, digər məhsulların çeşidinin və kəmiyyətinin artması
ölkənin iqtisadi cəhətdən hərtərəfli
inkişafına işarədir.
Belə ki, ilin ilk səkkiz
ayında ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz
məhsullarının, meyvə
və tərəvəzlərin,
plastik kütlə və ondan hazırlanan
məmulatların, kimya
sənayesi məhsullarının,
alüminium və ondan hazırlanan məmulatların, pambıq
lifi və ipliyinin, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu
və alkoqolsuz içkilərin,
şəkərin, bitki
yağlarının payı
üstünlük təşkil
etmişdir.
Həmin aylarda
qeyri-neft-qaz məhsullarının
ixracı ötən ilin eyni dövrü
ilə müqayisədə
faktiki qiymətlərlə
14,6 faiz, real ifadədə 10,6 faiz artaraq 2 milyard 210,4 milyon dollara bərabər olmuşdur. Neft-qaz məhsulları ilə yanaşı, qeyri-neft-qaz məhsullarının
ixracının artması
ölkədə icra edilən iqtisadi islahatların məntiqi nəticəsidir.
Belə ki, uzunmüddətli islahatlar
sayəsində ölkəmizdə
qeyri-neft-qaz sektoru
xeyli inkişaf edib, bu, özünü
ixracda da göstərir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2023.- 31 oktyabr,
¹ 238.- S.5.