Yeni reallıqlar yaradan Ali Baş Komandan
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ali vəzifəyə seçiləndən sonra
ilk andiçmə mərasiminin
keçirilməsinin 20 ili
tamam olur.
Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycan Prezidentinin bu dövr ərzində
gördüyü işlərin
zirvəsində ərazi
bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən
müharibəsində qazanılan
Zəfər dayanır.
44 günlük İkinci Qarabağ savaşında ərazilərimizin əhəmiyyətli
hissəsinin işğaldan
azad edilməsinə
nail olmuşduqsa, bu il
aprelin 23-də Laçın
istiqamətində yerləşən
Azərbaycan-Ermənistan sərhədində
nəzarət-buraxılış məntəqəsini qurmaqla
sərhəd bütövlüyümüz,
sentyabrın 19-da isə
birgünlük lokal
antiterror tədbirləri nəticəsində
bütün ərazilərimizdə
suverenliyimiz tam bərpa
olundu. Bununla da nəticə etibarilə regionda yeni reallıqlar yarandı.
Ötən dövrdə
Azərbaycan beynəlxalq
müstəvidə də
öz mövqelərini
möhkəmləndirməyə nail olub. Siyasi, iqtisadi
və strateji baxımdan böyük əhəmiyyətə malik beynəlxalq
nəqliyyat dəhlizlərində
fəal iştirak etməklə, ölkəmiz
eyni zamanda bütövlükdə Avrasiya
məkanında mühüm
tranzit və logistika mərkəzlərindən
birinə çevrilib.
Bu gün regionda reallaşdırılan bütün
beynəlxalq və irimiqyaslı layihələr
Azərbaycanın iştirakı
və milli maraqlarımız
nəzərə alınmaqla
həyata keçirilir.
Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə
malik beynəlxalq nəqliyyat
dəhlizlərində fəal
iştirak edir, Avrasiya məkanında mühüm tranzit və logistika mərkəzlərindən biri
kimi tanınır.
Hazırda işğaldan
azad olunmuş ərazilərimizdə genişmiqyaslı
bərpa-quruculuq işləri
həyata keçirilir.
Hesab edirik ki, yeni reallıqlar kontekstində
ölkədə idarəetmə
sahəsində islahatlar
davam edəcək.
İndi demokratik təsisatların
daha da inkişaf etdirilməsi zərurəti
yaranıb.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Ali Baş Komandan
olaraq imza atdığı möhtəşəm
nailiyyətlərlə bir
daha təbrik etməklə yanaşı,
qarşıda duran digər məsələlərin
həllində də ona eyni uğurlara
nail olmağı arzulayıram.
Arzuxan ƏLİZADƏ,
Azərbaycan Milli İstiqlal
Partiyasının sədri
Azərbaycan.-2023.- 31 oktyabr,
№ 238.- S.6.