Azərbaycanın
qələbələrinin təməlində
İlham Əliyevin imzası dayanır
Prezident İlham
Əliyevin 2003-cü ildə
keçirilən andiçmə
mərasimindəki çıxışı
hər kəsin yaxşı yadındadır.
"Azərbaycan beynəlxalq
aləmdə, dünya
miqyasında daha da möhkəm mövqelərə sahib olacaqdır. Azərbaycanın
torpaqları işğaldan
azad olunmalıdır,
bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır,
ölkəmizin ərazi
bütövlüyü bərpa
edilməlidir. Azərbaycan
heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal
altında qalması ilə barışmayacaqdır.
Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir",
- deyə Prezident İlham Əliyev öz çıxışında
bəyan etmişdi.
Tarix sübut etdi ki, ötən
illər ərzində
Azərbaycan Prezidenti
"sözüm imzamdır"
prinsipinə əsaslanaraq
xalqa verdiyi bütün vədləri
yerinə yetirdi.
2003-cü ildə İlham
Əliyevin Azərbaycan
xalqının böyük
dəstəyini və
etimadını qazanaraq
Prezident seçilməsi
ilə ölkəmizin
həyatında yeni inkişaf mərhələsinin
başlanğıcı qoyuldu.
Prezident İlham Əliyev 20 illik siyasi hakimiyyəti dövründə Azərbaycanı
inamla irəliyə, qələbəyə aparmağı
bacardı.
Bu gün Azərbaycanın əldə
etdiyi uğurların,
qələbələrin təməlində
Prezident İlham Əliyevin imzası dayanır. Ali Baş Komandanın qüdrətli sərkərdəliyi
ilə 2020-ci ildə
Azərbaycan haqq savaşında tarixi Zəfər qazandı. Dünya hərb tarixində xüsusi yer tutan bu
müharibə Prezident
İlham Əliyevin daha bir keyfiyyətini
- sərkərdəlik məharətini
üzə çıxardı.
Azərbaycanın qazandığı
tarixi zəfər, torpaqlarımızın 30 illik
işğalına son
qoyulması, hazırda
azad edilmiş ərazilərimizdə aparılan
bərpa-quruculuq işləri
bütün dünya üçün örnək
təşkil edir.
Prezident İlham
Əliyevin rəhbərliyi
altında Azərbaycan
iqtisadiyyatı uğurla
inkişaf edir, Qarabağda bərpa-quruculuq
işləri tam gücü ilə davam edir və
sosial proqramlar həyata keçirilir, ən əsası isə Böyük qayıdış başlayıb.
Hazırkı proseslər
onu deməyə əsas verir ki, tezliklə öz ata-baba yurdlarından didərgin düşmüş keçmiş
məcburi köçkünlər
hamılıqla cənnət
Qarabağa, öz evlərinə
əbədi qayıdacaqlar.
Bu il keçirilən uğurlu
antiterror əməliyyatlarından
sonra Azərbaycanın
suverenliyi tam təmin edildi, torpaqlarımızda separatizmin
kökü kəsildi.
On illər boyu xalqımıza qarşı
qatı cinayətlər
törətmiş canilərin
bir-bir cinayət məsuliyyətinə cəlb
olunduqlarının şahidi
oluruq. Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı cinayətlər
törətmiş şəxslərin
cəzasız qalmayacağına
söz vermişdi. Bu gün tariximizin
acı səhifəsini
qələbə salnaməsi
ilə bağladıqdan
sonra cinayətkarların
bir-bir mühakimə kürsüsünə əyləşməsi
ədalətin zəfəridir
və bir daha göstərir ki, Prezident İlham
Əliyev "nəyin
nə vaxt, necə etmək" lazım olduğunu bilir.
Ötən dövr
Azərbaycanda bütün
sahələrin inkişaf
etməsi ölkəmizin
bölgədə və
dünyada mövqeyinin
güclənməsi ilə
müşayiət olunub.
Prezident İlham Əliyevin yürütdüyü
siyasət Azərbaycanın
müttəfiqlərinin və
dostlarının sayını
artırıb. Beynəlxalq
aləmdə Prezident İlham Əliyevin sözünün imzası
qədər güclü
olduğu qəbul edilir və hörmətlə qarşılanır.
Prezident İlham
Əliyevin düşünülmüş
və məqsədyönlü
siyasəti nəticəsində
bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan
azsaylı ölkələrdən
biridir. Azərbaycan beynəlxalq əhəmiyyətli
strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların
maraq mərkəzinə
çevrilmişdir.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşısında
daha geniş üfüqlər açılır.
Prezident İlham
Əliyev uzun illər davam edən münaqişəyə,
ədalətsizliyə "dəmir yumruq"la son nöqtəni qoydu. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru
cənnətə çevirdiyi
kimi, Xankəndi, Ağdərə, Xocavənd,
Xocalı, Əsgəranın
da simasının dəyişəcəyi gün
yaxındadır.
Hakimiyyətinin ilk
günündən xalqın
səmimi məhəbbətini
və etimadını
qazanan Prezident İlham Əliyev Azərbaycanın daha işıqlı gələcəyi
üçün var gücü ilə çalışır. Azərbaycan
Liderinin dəmir iradəsi ilə bundan sonra fəth
edəcəyimiz zirvələr
isə ölkəmizi
daha da qüdrətli
edəcək.
Sevil MİKAYILOVA,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
31 oktyabr, № 238.- S.6.