Qarabağa həsr edilmiş əsərlərin seçim turu təşkil olunub

 

 

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə start verilən möhtəşəm bir layihə çərçivəsində gənc rəssamlar tərəfindən Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq mövzularına həsr olunan rəngkarlıq heykəltaraşlıq nümunələrinin seçim turu baş tutub.

Qarabağ Dirçəliş Fondundan AZƏRTAC-a bildiriblər ki, əsərlərin seçilməsində Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəlibəyov, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə iştirak ediblər.

Qeyd edək ki, 84 tələbənin qatıldığı müsabiqədə nümayiş olunan 232 əsər içərisindən 22 rəngkarlıq heykəltaraşlıq nümunəsi seçilərək növbəti mərhələyə keçib.

Müzakirələrin yekunu olaraq Qarabağla bağlı böyük mənəvi dəyərə malik heykəltaraşlıq rəngkarlıq nümunələrindən ibarət əsərlərin hazırlanması qərara alınıb. Həmin əsərlərin daha sonra kataloq şəklində nəşr olunması nəzərdə tutulur.

Qeyd edək ki, layihə ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.

 

Azərbaycan.-2023.- 31 oktyabr, № 238.- S.12.