Bakıdaİraq türkmanları Türk dünyası: Tarixi yaddaşın bərpasımövzusunda beynəlxalq konfrans keçirilib

 

Oktyabrın 30-da Bakıdaİraq türkmanları Türk dünyası: Tarixi yaddaşın bərpasımövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, İraq, Niderland, Almaniya Türkiyədən gələn tanınmış ictimai xadimlər, media qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzülüb, xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın azadlığı müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmışTürk şəhidliyiabidəsi ziyarət olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov bildirib ki, türkman soydaşlarımızla bizi tarixi əlaqələr bağlayır. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun qarşısında duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. O, konfrans çərçivəsində eyni irsin, dilin, ədəbiyyatın tədqiq olunması, gələcək əməkdaşlıqların qurulması istiqamətində aparılacaq müzakirələrin, müxtəlif dövlət qurumları ilə görüşlərin, təqdimatların Türk dünyasına töhfə verəcəyindən əminliyini ifadə edib.

Beynəlxalq tədbirin İraqla Azərbaycan arasında ikitərəfli əlaqələr çərçivəsində təşkil olunduğunu diqqətə çatdıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Konfrans elmi mədəni xarakter daşıyır. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bizim İraqla siyasi, mədəni iqtisadi əlaqələrimiz inkişaf edir. İraqda müxtəlif xalqlar, o cümlədən bizə yaxın türkmanlar yaşayırlar. Bu konfrans da etnik türkman olan elm adamları yazarların iştirakı ilə təşkil olunub".

İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Rossan Al-Mamori Azərbaycan ilə İraq arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. Konfransın ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini qeyd edib. Qarabağın Ermənistanın işğalından uzun müddət əziyyət çəkdiyindən, 44 günlük Vətən müharibəsi dövründə Bərdə Gəncədə törədilən terror aktlarının ağır nəticələrindən çox təsirləndiyini bildirən İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili ermənilərin barbar hərəkətlərinin canlı şahidi olduğunu, bütün bunların hiddət doğurduğunu qeyd edib. Nəhayət Azərbaycanın öz gücü ilə torpaqlarını işğaldan azad etdiyini ərazi bütövlüyünü tam bərpa etdiyini deyən Al-Mamori bildirib ki, İraq hökuməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə töhfə verməyi düşünür. O, ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin imkanlarından danışıb.

Təşkilatçılığa görə ev sahibinə təşəkkürünü bildirən İraq parlamentinin deputatı Ərşad Saleh vurğulayıb ki, Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq daha da inkişaf etdirmək əsas məqsədlərdən biridir. “Azərbaycan türkman eli arasında əlaqələrin yeni mərhələsi başlayır. Bizim könüllərimiz həmişə bir yerdə olub. Xəyallarımız həqiqətə çevrilir. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”, - deyə o əlavə edib.

Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb. O, konfransın bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Azərbaycan İraq türkmanları arasında mədəni əlaqələr. Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri. Azərbaycanın Türkiyənin nümunəsində”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı Azərbaycan. Gələcəyə baxışmövzularında keçirilən 6 bölmə iclasında 30-a yaxın məruzə dinlənilib.

 

Azərbaycan.-2023.- 31 oktyabr, ¹ 238.- S.11.