Vüqar
Gülməmmədov: Bu
il Naxçıvanda aparılmış 9 auditdən
7-nin nəticələri artıq
rəsmiləşib
Naxçıvanda Ulu
Öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Dövlət
müəssisə və
şirkətlərinin fəaliyyətində
maliyyə hesabatlılığı
və şəffaflığın
gücləndirilməsi” mövzusunda
tədbir keçirilib.
AZƏRTAC verir ki,
Azərbaycan Respublikası
Hesablama Palatasının
sədri Vüqar Gülməmmədov əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki
abidəsini ziyarət
edib, önünə gül dəstələri
qoyub, dahi şəxsiyyətin xatirəsini
ehtiramla anıb.
Naxçıvan Biznes
Mərkəzində davam
etdirilən tədbirdə
Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, Ümummilli
Lider Heydər Əliyevin və şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi
Fuad Nəcəfli tədbirdə çıxış
edərək bildirib ki, gələn il 100 illiyini əlamətdar hadisə kimi qeyd edəcəyimiz
Naxçıvan Muxtar
Respublikasında bu ildən yeni idarəetmə sistemi tətbiq edilir. Muxtar respublikanın sosial-iqtisadi inkişafını
hədəfləyən yeni
layihələr icra olunur. Bu məqsədlə
Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı
ilə “Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı” təsdiq olunub və icrasına başlanılıb.
Dövlət Proqramına
əsasən, Naxçıvanda
kənd təsərrüfatı,
tikinti, iqtisadiyyat, energetika və digər sahələrdə
mühüm layihələr
həyata keçiriləcək.
Ötən illərdən
yarım qalmış
işlər müasir
innovativ yeniliklər tətbiq olunmaqla tamamlanacaq. Bu işlərin yerinə yetirilməsində hər
bir təşkilatın
üzərinə mühüm
vəzifələr düşür.
Fuad Nəcəfli
qeyd edib ki, səlahiyyətli nümayəndəlik Azərbaycan
Respublikası Hesablama
Palatası ilə geniş əməkdaşlıq
edir. Muxtar respublikada bu ilin dövlət büdcəsindən səmərəli
istifadə edilməsi
və növbəti ilin büdcə layihələri üçün
atılan müvafiq addımlarda qanunvericiliyə
uyğun olaraq Azərbaycan Respublikası
Hesablama Palatasının
imkanlarından istifadə
olunur. İlk olaraq artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyində bu istiqamətdə işlərə
başlanılıb.
Sonra tədbirdə
Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən qısa film nümayiş etdirilib.
Azərbaycan Respublikası
Hesablama Palatasının
sədri Vüqar Gülməmmədov çıxış
edərək Prezident İlham Əliyevin maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi
ilə bağlı verdiyi tapşırıqların
şəffaflıq və
hesabatlılığın artırılmasındakı əhəmiyyətindən
bəhs edib. Vüqar Gülməmmədov
dayanıqlı inkişafın
təmin olunmasında
mühüm rolu olan şəffaflıq və hesabatlılığın
son illərdə müxtəlif sahələrdə,
o cümlədən dövlət
maliyyəsinin idarəedilməsinin
gücləndirilməsində əsas hədəflərdən
biri olaraq qəbul edildiyini vurğulayıb. Həmçinin
Hesablama Palatası tərəfindən Naxçıvanda
maliyyə hesabatlılığının
təmin edilməsinə
töhfə verilməsinin
maliyyə intizamının
yüksəldilməsinə də səbəb olacağını qeyd edib.
Vurğulanıb ki,
hüquqi bazanın təkmil olmaması maliyyə intizamı baxımdan bir sıra problemlərlə nəticələnir. Hesablama
Palatasının sədri
qeyd edib ki, dəstək vermək istədiyimiz sahələrdən biri də məhz Naxçıvan Muxtar Respublikasının büdcəsinin
hüquqi tənzimlənməsi
ilə bağlıdır.
Hesab edirik ki, bu istiqamətdə
Hesablama Palatasının
təkliflərini ən
yaxın aylarda təqdim edə bilərik. Palata tərəfindən 2023-cü ildə
aparılmış auditlər
də problemlərin bir hissəsinin hüquqi baza ilə bağlı olduğunu göstərsə
də, audit olunan qurumların hər birində daxili nəzarət elementlərinin zəif olduğu xüsusi qeyd olunmalıdır. Hesabat ili ərzində
9 audit keçirilib. Bu auditlərin 7-nin nəticələri artıq
rəsmiləşib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Azərbaycan.-2023.- 31 oktyabr, № 238.- S.11.