İraq parlamentinin
deputatları Şuşa
şəhərində olublar
İraq Respublikası Nümayəndələr
Şurasının İnsan
haqları komitəsinin
sədri Ərşad
Rəşad Əl-Salihinin rəhbərliyi
ilə bu ölkə parlamentinin nümayəndə heyəti
oktyabrın 29-da Şuşa
şəhərinə səfər
edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə Füzuli rayonuna gəliblər. Burada onlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, işğal dövründə ermənilər
tərəfindən törədilmiş
dağıntılara baxış
keçiriblər. Nümayəndə
heyətinə işğaldan
azad edildikdən sonra rayonda Azərbaycan
dövləti tərəfindən
aparılan yenidənqurma
işləri, həyata
keçirilən layihələr
barədə məlumat
verilib.
Sonra Şuşaya səfər edən qonaqlara şəhərin tarixi, işğal dövründəki
vəziyyəti, eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın birbaşa
nəzarəti ilə
burada aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti
Yuxarı Gövhər Ağa məscidi və digər abidələrlə
tanış olub, Cıdır düzünə
qalxıblar. Milli Məclisin
deputatı İlham Məmmədov qonaqlara Cıdır düzü barədə məlumat verib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qəhrəman
əsgərlərimiz böyük
şücaət göstərərək
sıldırım qayalarla
Cıdır düzünə
qalxıb, canları və qanları bahasına Şuşanı
işğaldan azad ediblər.
Sonra qonaqlar Şuşanın
Qala divarlarını seyr
edib, şəhər meydanına baş çəkiblər. Onlara
şəhər meydanı,
orada qoyulmuş Azərbaycanın görkəmli
mədəniyyət xadimləri
Xurşidbanu Natəvanın,
Bülbülün, Üzeyir
Hacıbəylinin heykəllərinin
işğal dövründə
ermənilər tərəfindən
güllələnməsi barədə
məlumat verilib.
Azərbaycan.-2023.- 31 oktyabr,
№ 238.- S.11.