Azərbaycanlılara
qarşı nifrət
cinayətləri və
nifrət nitqi hesabatının təqdimatı
ilə bağlı konfrans təşkil olunub
Oktyabrın 30-da Sosial
Təhqiqatlar Mərkəzinin
(STM) və Azərbaycan
Respublikasının insan
hüquqları üzrə
müvəkkilinin (ombudsman)
birgə təşkilatçılığı
ilə Azərbaycanlılara
qarşı nifrət
cinayətləri və
nifrət nitqi hesabatının təqdimatı
ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda
Azərbaycanlılara qarşı
nifrət cinayətləri
və nifrət nitqi ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış
edən Sosial Tədqiqatlar Mərkəzinin
(STM) İdarə Heyətinin
və Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Zahid Oruc deyib ki,
bir millətin digərindən üstünlüyünü
iddia edən ari irq iddiasının
- faşist ideologiyasının
tərkib hissəsi kimi nifrət nitqi yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə
məhdudlaşıb qalmır,
sonra dağıdıcı
qüvvələrin əlində
gerçək qırğın
aktlarına, qanlı terror əməllərinə
və əbədi savaşlara səbəb olur.
O qeyd edib ki, xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin
ən böyüyü
7 rayonun yer üzündən silinməsidir.
Əks halda, sual olunur: bir
dövlət özününkü
saydığı torpaqlarda
əsrlərlə yaradılan
maddi-mədəni sərvətləri
niyə dağıtsın
ki?
Məsələn, on
illər ərzində
türk məfhumunu düşmən sözünün
sinonimi kimi tirajlayanlar məişətdən
dövlət səviyyəsinə
qədər bir-biri ilə o dildə danışıblar. Əlbəttə,
ailə tərbiyəsinin
kanonları burada mühüm rol oynayır. Ermənistan baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir.
N.Paşinyandan sitat: mənə türk nikol deyirlər. Lakin mən bunu təhqir saymıram. Göründüyü
kimi, şüurlara əkilən zərərli
toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur.
Deputat bildirib ki, qatı nifrət
nümunələrindən biri Robert Koçaryanın
beynəlxalq kürsüdən
səsləndirdiyi ksenofob,
irqçi, şovinist
genetik uyğunsuzluq bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən,
millətləri biolojiləşdirən,
Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz
qabağındadır.
Yaxud beynəlxalq
ictimaiyyətdə ziyalı,
professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları
nəzərdə tutaraq
onlar kəndçi millətidir, təbii artımları üçüncü
dünya ölkələrindəki
kimidir açıqlaması
alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer
yoxdur.
Onun sözlərinə
görə, işğal
dövründə internet
platformalarında ermənilərin
azərbaycanlılara yönəltdiyi
aşağılayıcı diskurslar - döyüşməyi
bacarmayan alverçilər,
köçəri millət,
primitiv köçərilər
və sair epitetlər daşlaşmış
zehinlərin göstəricisi
idi, çünki müharibə tam fərqli gerçəkliyi
- 100 minlərlə qəhrəman
azərbaycanlı obrazını
ortaya qoydu.
Qarabağ komitəsinin
üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində
Qarabağın azərbaycanlı
sakinləri haqqında
nə düşünürdünüz
sualına onların fikri və aqibəti
heç kimi maraqlandırmırdı cavabı
Miatsum fəallarının
antihumanist mahiyyətini,
insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. Üçüncü
Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı
oxşar tezislər üzərində qurmuşdu.
Ermənistanın hərbi
məğlubiyyətinin səbəbi
döyüş meydanlarında
qarşılarına fərqli
kimliklərin çıxması
idi. Əzmkarlıqla savaşan azərbaycanlı
əsgər və
5-ci nəsil texnologiyalarını
idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları
kənara qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti
gerçək obrazı
ilə düşmənin
təsəvvürlərini dağıtdı.
Üstəlik, nifrət
dilini bizə beynəlxalq təşkilatlar,
avroparlamentarilər və
qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında
hakimlər, vəkillər
həyata keçirir.
Lakin ölkəmizə
qarşı informasiya
və diplomatik yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar, - deyə Z.Oruc vurğulayıb.
O diqqətə çatdırıb
ki, Prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazda axan qanı durdurması, bölgəmizə
dincliyi, əmin-amanlığı,
mübadiləni, bütövlüyü
gətirməsi, bir sözlə, nifrətə
son qoymasıdır.
Azərbaycan ombudsmanı
Səbinə Əliyeva
bildirib ki, 44 günlük müharibə
dövründə Ermənistan
silahlı qüvvələri
tərəfindən əsir
alınan azərbaycanlı
hərbi qulluqçuların
əsirlik dövründə
qarşılaşdıqları işgəncə və təzyiqlər tərəfimizdən
hesabat şəklində
hazırlanaraq beynəlxalq
qurumların diqqətinə
çatdırılıb. Azərbaycan
torpaqlarının işğaldan
azad olunması dövründə Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən heç
bir mülki obyekt və mülki əhali hədəfə alınmayıb.
Qeyd edilib ki, həmin döyüşlər zamanı
Ermənistan silahlı
qüvvələri tərəfindən
müxtəlif yollarla
hədəf yayındırmağa
çalışaraq mülki
əhaliyə, o cümlədən
jurnalistlərə, din
xadimlərinə və
hətta uşaqlara hərbi geyimlər və silahlar verilib.
Ombudsman vurğulayıb
ki, 2020-ci ilin iyul və avqust
aylarında onlarla azərbaycanlı ABŞ, İngiltərə,
Rusiya, Ukrayna, Belçikada erməniəsilli
tələbələr tərəfindən
xüsusi amansızlıqla
döyülüb, həmçinin
psixoloji təzyiqlərə
məruz qalıb. Azərbaycan bayraqları ilə dinc şəkildə
yürüşlər keçirən
azərbaycanlılara göstərilən
təzyiqə və hətta ölümlə təhdidə dair kifayət qədər material mövcuddur.
Xarici işlər
nazirinin müavini Elnur Məmmədov azərbaycanlılara qarşı
etnik nifrət nitqi yayan şəxslərin
Ermənistan dövləti
tərəfindən himayə
olunduğunu bildirib. Nazir müavini deyib ki, Ermənistan
hökumətinin etnik
təmizləmə siyasəti
nəticəsində azərbaycanlılarla
ermənilərin bir yerdə yaşaya bilmədiyi təbliğatı
bu gün də davam edir.
Ermənilərin ideologiyalarında
türklərə nifrət,
onlara qarşı mübarizə aparmaq təlqin olunur. Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan çıxışlarında
vurğulayıblar ki,
azərbaycanlılar və
ermənilər uyğun
deyil, onlar birgə yaşaya bilməzlər. Ermənistan
dövləti nifrət
nitqinə söz azadlığı donu geyindirib məsuliyyətdən
yayınmağa çalışır.
Azərbaycan xalqına
qarşı törədilmiş
bu cinayətlər təsadüfi xarakter daşımır. Bu, ermənilərin uzun illərdir davam edən ideologiyasıdır,
- deyə E.Məmmədov
bildirib.
O diqqətə çatdırıb
ki, Azərbaycan dövləti 2020-ci il müharibəsindən sonra
sülh sazişi üçün Ermənistana
dəfələrlə təklif
göndərib. Amma buna baxmayaraq, qarşı tərəf müsbət davranış
sərgiləmir.
Sonra çıxış
edən Baş prokurorun müavini Elmar Camalov Qərbi
azərbaycanlılara qarşı
uzun illər aparılmış deportasiya
və soyqırımı
cinayətləri ilə
bağlı Baş Prokurorluq tərəfindən
cinayət işinin başlanıldığını deyib. Qeyd olunub
ki, eyni zamanda, azərbaycanlı əsirlərə və girovlara qarşı törədilən cinayətlərlə
bağlı istintaq aparılır. Ümumiyyətlə,
XX əsrin müxtəlif
dövrlərində ermənilərin
azərbaycanlılara qarşı
həyata keçirdiyi
bütün cinayətlər
araşdırılır.
O, həmçinin bildirib
ki, ermənilərin mülki əhaliyə və infrastruktura ziyan vurması, qadağan olunmuş fosfor silahlarından istifadə etməsi məsələləri araşdırılır.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında vurğulayıb
ki, xarici ölkələrdə azərbaycanlılara
qarşı həyata
keçirilən nifrət
nitqi hər zaman olduğundan daha aktualdır. Azərbaycana qarşı bu istiqamətdə qarayaxma kampaniyası davam etdirilir.
30 il ərzində
işğal altında
saxlanılan şəhərlərimizin,
kəndlərimizin ermənilər
tərəfindən tamamilə
dağıdılması, vətəndaşlarımıza
qarşı soyqırımı
törədilməsi bu
nifrətin əyani sübutudur",- deyə Aparat rəhbəri əlavə
edib.
Konfrans mövzu ilə bağlı çıxışlarla davam edib.
Azərbaycan.-2023.- 31 oktyabr, ı 238.- S.11.