Azərbaycan
ilə İran arasında
hərbi sahədə
əməkdaşlıq məsələləri
müzakirə olunub
Sentyabrın 9-da Azərbaycan
Respublikasının müdafiə
nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə
səfərdə olan
general-mayor Məhəmməd
Əhədinin rəhbərlik
etdiyi İran İslam
Respublikası Silahlı
Qüvvələrinin nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
nazir müavini iranlı qonaqları salamlayaraq dövlətlərimizin
bir çox istiqamətlərdə, o cümlədən
hərbi sahədə
əməkdaşlığının daha da inkişaf
etdirilməsi üçün
geniş potensialın
olduğunu vurğulayıb.
Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçirilən
işçi görüşünün
ikitərəfli hərbi
əməkdaşlığa müsbət töhfələr
verəcəyindən əminliyini
ifadə edib.
Sonra Beynəlxalq
Hərbi Əməkdaşlıq
İdarəsində Azərbaycan
Respublikası Müdafiə
Nazirliyi və İran
İslam Respublikası
Silahlı Qüvvələrinin
Baş Qərargahı
arasında hərbi sahədə əməkdaşlığa
dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.
İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2023.- 10 sentyabr.-
S.1; 2.