Ölkəmizdə
təhsil islahatları
dövlətin qayğısı
sayəsində uğurla
davam edir
Prezident İlham Əliyev Xırdalan şəhər
11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak
edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 12-də
iki min şagird
yerlik Xırdalan şəhər 11 nömrəli
tam orta məktəbin yeni binasının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, elm
və təhsil naziri Emin Əmrullayev
dövlətimizin başçısına
məktəbdə yaradılan
şərait barədə
məlumat verdi.
Qeyd edək ki, bu məktəbin
layihəsi Xırdalan
şəhərinin ərazisindəki
təhsil ocaqlarında
şagird sıxlığı
nəzərə alınaraq
dövlətimizin başçısının
tapşırıqlarına əsasən hazırlanıb
və uğurla icra olunub.
Məktəb binasının
tikintisinə 2021-ci ilin
fevral ayında başlanıb və bu ilin sentyabr
ayında başa çatdırılıb. Ən
müasir avadanlıqla
təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili
üçün hər
cür şəraitə
malikdir. Yeni məktəbdə 74 sinif,
6 informatika otağı,
məktəbəqədər 2 hazırlıq otağı,
8 otaqdan ibarət STEAM
Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm,
tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.
Prezident İlham
Əliyev yeni təhsil ocağının
məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər
hərbi hazırlıq
otağında, STEAM Mərkəzində,
fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə
tanış oldu.
STEAM layihəsi birinci
xanım Mehriban Əliyevanın təşəbbüsü
ilə 2019-2020-ci tədris
ilinin əvvəlindən
məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə
aşılamaqla yanaşı,
onlara mühəndislik
səriştələri öyrədir.
Bu məktəbin
STEAM Mərkəzi də
elektron lövhələr,
kompüterlər, 3D printerlər,
müvafiq öyrədici
qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları
ilə təmin olunub. Burada, həmçinin mühəndis
emalatxanası, kiçik
yaşlı uşaqlar
üçün zona,
təlim və robototexnika otaqları var.
Müasir dünyada
hər bir ölkənin gələcəyi
təhsilin səviyyəsi
ilə ölçülür.
Təhsildəki nailiyyətlər
ölkələrin inkişaf
konsepsiyasının mühüm
tərkib hissəsidir.
Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə
təhsilin inkişafı
ilə bağlı həyata keçirilən
tədbirlər deməyə
əsas verir ki, Azərbaycan öz gələcəyini
daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə
dünyanın diqqətində
olan Azərbaycan bu sərvətlərdən
səmərəli istifadə
ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca
hədəf seçib.
Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.
Azərbaycan.-2023.-
13 sentyabr.- S.1-2.