Yeni savaşın alovu səni də, separatçılarını da
çox pis yandıracaq
Tarixboyu buyruq qulu kimi kimlərəsə
xidmət edən, ara qarışdıran, təxribat törədib başqasına şər
atan, şantaj edən, xristian təəssübkeşliyindən yararlanan ermənilər bu gün də
yaramaz vərdişlərindən
qurtula bilmirlər. Əslində, qurtula da bilməzlər, çünki xəmirləri
belə yoğrulub. Erməni xisləti necə var, elə də qalır və qalacaq. İkinci Qarabağ müharibəsindən
ötən
3 il ərzində
baş verən proseslərin gedişindən
belə nəticəyə
gələ bilərik
ki, Hayastan kimi təcavüzkar, işğalçı, terrorçu
ölkə ilə qonşu olduğu müddətdə Azərbaycan
hər cür təxribata hazır olmalıdır.
Son hadisələr
göstərir ki, bu vassal ölkə
hələ də müharibədən öncə
savaş başlayacağı
təqdirdə ona
"dəstək" olacaqları
vədini verib döyüşlər zamanı
kənardan boylanan havadarlarının fitvasına
gedərək hər cür çirkinliklərə
əl atır. Qarabağda baş verənlər bu ölkənin siyasi manipulyasiyalarının hansı
məqsədlərə xidmət
etdiyini aydın şəkildə göstərir.
Azərbaycan kosmos və hərbi sənayesinin müasir imkanları ilə Hayastanın "humanitar böhran" şousunun pərdəarxası oyunlarını
ifşa edən videogörüntülərlə dünyaya, əslində, kimin yeni savaşa
hazırlaşdığını göstərməkdədir.
Bunu təsdiqləyən
faktlar var. Azərbaycan Müdafiə
Nazirliyinin son günlərdə yaydığı
məlumatlara əsaslanaraq
deyə bilərik ki, Ermənistan Qarabağda kütləvi şəkildə müxtəlif
ərazilərə yeni
minalar basdırır.
Bununla yanaşı, Ermənistan açıq şəkildə hərbi
avantüraya girərək
səngərlər qazır,
istehkamlar qurur, sərhədə şəxsi
heyət və texnika toplayır. Sentyabrın 8-i saat 19:05-də
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən
mövqelərinin qarşısında
uzunmüddətli fortifikasiya
qurğularını quraşdırmağa,
sentyabrın 9-10-11-də Xocavənd,
Füzuli və Ağdam rayonları istiqamətində yerləşən
mövqelərimiz qarşısında
yeni səngərlər
qazmağa cəhd göstəriblər.
Sentyabrın 10-u saat
09:45 radələrində Rusiya
sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri
qarşısında yeni
səngərlər qazmağa
cəhd göstəriblər.
Ordumuzun bölmələri
tərəfindən görülən
tədbirlər nəticəsində
aparılan işlər
dayandırılıb. Sentyabrın
10-da Azərbaycan Ordusunun
hərbi qulluqçusu
Ağdam rayonu ərazisində bölmələrimizin
təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin
kəşfiyyat-diversiya qrupu
tərəfindən təxribat
məqsədilə basdırılmış
piyada əleyhinə minaya düşərək
xəsarət alıb.
Bütün bunlar
Ermənistanın mina
terrorunun davam etdiyini və məğlub ölkənin
məkrli niyyətlərindən
əl çəkmədiyini
təsdiqləyən faktlardır.
Ermənilərin bu hərəkətləri 2020-ci il
sentyabrın 27-nə gedən
yolu xatırladır. Amma yeni savaşa
hazırlaşan Ermənistan
dünyaya car çəkərək Azərbaycanın
müharibə hazırlığı
barədə uydurma, yalan informasiyalar tirajlayır.
Axı müharibə
bizim nəyimizə lazımdır?!
Bu üzdəniraq
haylar anlamırlar ki, təxribat törətmək, atəşkəsi
pozmaq və hətta yeni savaş bizə lazım deyil. Düşməni torpaqlarımızdan
qovub ərazilərimizin
suverenliyini təmin etmişik. İndi də yalnız öz iqtisadi qüdrətimiz hesabına
hayların 30 ildə viran qoyduqları yurd yerlərimizi yenidən qururuq. Bizə yeni savaş yox, sülh, təhlükəsizlik
lazımdır. Elə
Qarabağın erməni
əhalisi də bunun tərəfdarıdır.
Amma separatçılar,
terrorçular çalışırlar
ki, bölgədə sabitlik bərqərar olunmasın. Çünki
İkinci Qarabağ müharibəsi 30 illik işğalla yanaşı,
separatçıların silah-sursat
və narkotik alverlərinə də son qoyub. Daha
Qarabağ və Şərqi Zəngəzur
narkotik alveri üçün tranzit məkan deyil. İndi bu ərazilər
öz sahibinin ixtiyarındadır və orada yalnız Azərbaycan qanunları işləyir.
İrəvanın siyasi
hakimiyyətinin sözdə
Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını və
Qarabağın Azərbaycan
ərazisi olduğunu təsdiqləməsi fonunda
separatçılara dəstək
verməsi isə həqiqətləri ortaya
çıxarır. Görünən
odur ki, regionda maraqları olan bəzi dairələr Cənubi Qafqazda sabitliyin tərəfdarı deyillər.
Bu səbəbdən də yenə Ermənistanı əllərində
alət kimi oynadırlar.
Hayastan da, onun havadarları da yaxşı bilirlər ki, Azərbaycan Ordusunun qarşısına çıxara
biləcəkləri qüvvələri
yoxdur. Yeni savaşa hazırlıq görüntüsü yaradıb
əsas məsələdən
(sülh müqaviləsinin
imzalanmasından) diqqət
yayındırmağa çalışan
Ermənistan anlayır
ki, 30 il ərzində möhkəmləndirdiyi
bunkerlər, "keçilməz"
dedikləri "Ohanyan
səddi" cəmi bir neçə gündə Azərbaycan əsgəri tərəfindən
darmadağın edildi.
İndi köstəbək
kimi tezbazar qazmaq istədikləri səngərlərin haylara
yalnız bir xeyri ola bilərdi.
Separatçıların leşlərini
basdırmaq üçün
yenidən əziyyət
çəkib xəndək
qazmayacaqlar.
Əgər Ermənistanın
sərhəddəki eskalasiya
cəhdləri növbəti
müharibəyə səbəb
olacaqsa, bu, erməni xalqına yalnız fəlakət gətirəcək. Çünki
Müzəffər Ali
Baş Komandan
İlham Əliyev
bu ölkəyə və onun siyasi
rəhbərliyinə xəbərdarlıq
edərək bildirib ki, təxribat xarakterli addımlar atılarsa, Hayastan peşman olacaq. Çünki "dəmir
yumruğ"un növbəti
zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra nə
qədər pulsuz silah-sursatla təmin edilsə belə erməni hərbçisinin
Azərbaycan Silahlı
Qüvvələrinin qarşısına
çıxmağa cürəti
çatmaz. Çünki
Azərbaycan əsgərində
yüksək döyüş ruhu var. 44 günlük İkinci Qarabağ müharibəsi bunu sübuta yetirib.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.1;5.