Sosial-iqtisadi
inkişafın salnaməsi
İqtisadi yüksəliş yollarında
Azərbaycanla qoşa
addımlayır "Azərbaycan"
Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı,
müstəqil ölkəmizin
rəsmi dövlət
qəzeti, Milli Məclisin orqanı "Azərbaycan"ın 105 yaşı
tamam olur. Sovetlərin 70 ildən çox bir zaman kəsiyində susdurduğu bu qəzet müstəqilliyimizlə
bərabər həyata
qayıtmış və
şərəfli missiyasını
davam etdirməyə başlamışdır.
"Azərbaycan" xalqımızın həyatının,
ölkəmizin inkişafının
və nüfuzunun, dövlətimizin mübarizə
və qələbələrinin,
insanlarımızın qayğı
və sevinclərinin ifadəçisidir. Ulu Öndər Heydər Əliyevin xilas etdiyi və dirçəltdiyi, Prezident
İlham Əliyevin inkişaf etdirib dünyanın sayılıb-seçilən
ölkələri sırasına
çıxardığı Azərbaycanı görürük
bu qəzetin səhifələrində.
Bu bir həqiqətdir ki, qəzetin hər yazısının öz oxucusu olur. Yəni
o, qəzet səhifəsində
özünün dünyagörüşünə,
yaşına, təhsilinə,
fəaliyyət sahəsinə
uyğun material axtarır. Biz iqtisadçılar, bu sahə ilə məşğul olan elm adamları əlimizə götürdüyümüz
hər qəzet nömrəsində ölkənin
sosial-iqtisadi həyatını
əks etdirən yazılar oxumaq istəyirik. Bəri başdan deyim ki, bu baxımdan
"Azərbaycan" qəzeti
bizi tam qane edir.
Azərbaycanın qəddini
düzəldən, ölkəni
canlandıran, iqtisadi tənəzzüldən xilas
edən "Əsrin müqaviləsi"nin imzalanması,
kəndlini öz torpağının və
taleyinin sahibinə çevirən aqrar islahatlar, daha sonrakı illərdə regionların sosial-iqtisadi inkişafına yönəldilən
birinci (2004-2008-ci illər),
ikinci (2009-2013-cü illər),
üçüncü (2014-2018-ci illər) və dördüncü (2019-2023-cü illər) dövlət proqramlarının icrasının
hər günü sevdiyimiz qəzetin səhifələrindədir. Bu
səhifələri çevirdikcə
gözlərimizdə günbəgün
yenidən qurulan, ucqar kəndlərinədək
yollar çəkilən,
dağların başındakı
obalarınadək hər
yerdə mavi alov şölələnən,
25-30 il əvvəl böyük şəhərləri
belə işığı
az qala fasilə
ilə alan, son iki onillikdə
isə 34 elektrik stansiyası tikən və indi qonşusu
olan dörd ölkəyə enerji ixrac edən Azərbaycan canlanır.
Bu gün Azərbaycanın bir sıra rayon mərkəzləri gözəllikdə,
abadlıqda Avropanın
tanınan şəhərlərindən
heç də geridə qalmırlar. Paytaxtımız meqapolisə
çevrilib. Və bütün bunlar "Azərbaycan"ın iqtisadi
mövzuda yazan jurnalistlərinin diqqətindən
və qələmindən
qəzetin bircə nömrəsində belə
yayınmır.
Qısası, Azərbaycan
iqtisadiyyatının elə
bir sahəsi yoxdur ki, bu
qəzetdə öz dolğun, geniş və əhatəli əksini tapmasın. Başlayaq iqtisadiyyatımızın
bel sütununu təşkil edən neft-qaz sektorundan. Mübaliğəsiz deyə
bilərik ki, qəzet Azərbaycanın
yeni neft-qaz strategiyasının əsl
salnaməçisinə çevrilib.
Hazırda dünyada istismar olunan ən böyük karbohidrogen mənbələrindən
biri Xəzərin Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarıdır. Məhz AÇG-nin tammiqyaslı işlənməsi
və Hasilatın Pay Bölgüsü Sazişi
"Əsrin müqaviləsi"
adını alıb ki, bu layihənin
axtarış, qazma, tikinti, hasilat, ixracla bağlı bütün əməliyyatları
barədə dəqiq
məlumatları biz
"Azərbaycan" qəzetinin səhifələrindən
alırıq.
Prezidentimiz "Azəri-Çıraq-Günəşli"ni
ölkəmizin əsas
gəlir mənbəyi
adlandırıb. "Azərbaycan"
qəzeti də AÇG-nin sıradan bir yataqlar bloku
olmadığını, onun
respublikamızın həyatındakı
rolunu oxucuya konkret rəqəmlərlə,
aydın misallarla göstərir.
Dünyanın ən
böyük neft-qaz terminallarından biri, regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalı, Ulu Öndər Heydər Əliyevin şah əsərləri sırasında
dayanan, üçüncü
minilliyin nəhəng
mühəndis qurğusu
sayılan Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəməri, 17 il əvvəl "Şahdəniz" qazını
ilk dəfə xaricə nəql edən, Azərbaycanı həm də qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum boru xətti haqqında ən geniş təsəvvürü
də oxucularda məhz ölkəmizin adını daşıyan
bu qəzet yaradır. "Cənub qaz dəhlizi"nin keçdiyi uzun yol, bu layihənin
təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan
olduğu, nəhayət,
ölkəmizin Avropanın
qaz təchizatçılarından
birinə çevrildiyi
barədə bir çox bilgiləri də əsasən bu qəzetdən alırıq.
Bütün bunlar
iqtisadi mövzunun bir qolunu əhatə
etsə də, oxunaqlı və sadə dildə çatdırılır.
Başqa sözlə desək, "Azərbaycan"
qəzeti jurnalistikamıza
indiyədək işlədilməyən
bir "neft publisistikası" da gətirib. "Neftimiz sərvətimizdir", "Neft
tariximizdən", "Dünyanın
neft regionlarında"
rubrikaları ilə verilən yazılar, fədakar neftçilərimizin
qəhrəmanlığından bəhs edən oçerk və zarisovkalar, Xəzər dənizində qurduğumuz,
bəlkə də yalnız Şimal dənizində rast gəlinə biləcək
ən müasir hasilat platformalarından reportajlar oxunaqlı olduğundan təkcə bu sahənin adamlarını deyil, qəzeti əlinə götürən hər bir kəsi cəlb
edir.
Ölkənin sosial-iqtisadi
inkişafı üçün
bütün mənbələrdən
əsas kapitala yönəldilən vəsait,
geniş vüsət alan
tikinti-quruculuq işləri,
bu sahəyə yatırılan daxili və xarici sərmayə, istifadəyə
verilən yeni istehsal müəssisələri,
yaradılan müasir infrastruktur... Bütün bunlar üçün də qəzetin səhifələrində geniş
yer var. Sənaye parkı, sənaye məhəlləsi, aqropark
nədir, bunlar nə ilə məşğuldur, əhəmiyyəti
və perspektivləri
nədən ibarətdir?
Bu sualların cavablarını da "Azərbaycan" qəzetindən
almaq mümkündür.
Məlumdur ki, qeyri-neft sektorunun inkişafı dövlətin
əsas prioritetlərindən
biri elan olunub. İqtisadiyyatımızın
sabahı bununla bağlıdır. Odur ki, indi ölkədə
qeyri-neft sektorunun bütün qollarının,
o cümlədən aqrar
sahənin inkişafına
böyük önəm
verilir. Pambıqçılığın
yenidən canlanması,
üzümçülüyün, baramaçılığın, tütünçülüyün, çəltikçiliyin və
unudulmuş digər sahələrin dirçəldilməsi,
ölkənin hər tərəfində iqlimə,
torpağın xüsusiyyətlərinə
uyğun intensiv meyvə bağlarının
salınması Prezident
İlham Əliyevin uzaqgörən iqtisadi siyasətinin nəticəsində
mümkün olub. Taxıl istehsalını artırmaq üçün
yeni yollar axtarılır. Məqsəd
ərzaq təhlükəsizliyimizin
tam şəkildə özümüz tərəfindən
təmin olunması, idxaldan asılılığın
azaldılması, ixracyönümlü
məhsulların istehsalının
artırılmasıdır. Cəsarətlə deyə
bilərik ki, bu yolda "Azərbaycan" qəzeti
dövlətin böyük
dəstəkçisidir. Başqa
sözlə, "Azərbaycan"
qəzeti postneft dövrünə hazırlaşan,
kənd təsərrüfatını,
turizmi, İKT sektorunu
və digər sahələri inkişaf etdirən Azərbaycanla qoşa addımlayır.
Qeyd etdiyimiz kimi, elə bir region, elə
bir şəhər, bəlkə də elə bir kənd
yoxdur ki, rəsmi dövlət qəzetimizin diqqətindən
kənarda qalsın. Bu baxımdan respublikanın regionlarının
sosial-iqtisadi inkişafına
yönəldilən dövlət
proqramlarının icrasına
həsr olunan mütəmadi materiallar xüsusi önəm daşıyır.
Azərbaycanın erməni
işğalçıları üzərindəki möhtəşəm
qələbəsi iqtisadi
mövzulara da yeni bir çalar
və məzmun gətirdi. Elə müharibənin getdiyi günlərdə qəzetdə
"Arxa cəbhə"
rubrikasına rast gəldik. Müzəffər
ordumuz ön cəbhədə sədləri
və istehkamları yarıb yağıya diz çökdürəndə
Azərbaycanın hər
tərəfində, o cümlədən
döyüş gedən
yerlərə yaxın
ərazilərdə həyat
həmişəki kimi
qaynayırdı. Payız
fəsli olduğundan kənddə məhsul yığımı öz
qaydasında aparılırdı.
Və bütün bunlar sözügedən rubrikada öz əksini tapırdı.
Zəfərdən sonra
isə qəzet bir növ Qarabağı
və Şərqi Zəngəzuru yenidən
qurub-tikənlərin sırasına
qoşuldu. İqtisadi
mövzuda yazan "Azərbaycan"çılar bu
gün böyük quruculuğun təkcə xronikasını yaratmaqla kifayətlənmirlər. Bu
işlərin miqyasını
və mahiyyətini, tələb etdiyi vəsait və işçi qüvvəsini
açıqlayaraq oxucuya
səhih məlumat verirlər. "Ağıllı
kənd", "ağıllı
kənd təsərrüfatı"
necə qurulur, bu ərazilərdə bərpa olunan enerji hansı mənbələrdən yaranacaq?
Bu sualların cavabını da qəzetin iqtisadi mövzudakı yazılarından
tapmaq olar.
"Salam Qubadlı
- dağlar diyarı, qəhrəmanlar yurdu",
"Sərvətləri zəngin
Zəngilan", "İşığın
yanar, suyun axar olsun, Şuşa",
"Yandırılan meşələrdə,
baltalanan bağlarda hər ağacı bərpa edəcəyik",
"Ruhlar şəhəri
ruhumuzun şəhərinə
çevrilir" və
digər bu kimi yazılar iqtisadi mövzuda olsa da, üslubu
və məlumat zənginliyi ilə geniş oxucu kütləsinin diqqətindən
yayınmır.
Sosial mövzu da qəzetin daim diqqət mərkəzindədir. Məlumdur
ki, ölkədə son illər bu istiqamətdə ciddi irəliləyişlərə
nail olunub. Prezident İlham Əliyevin imzaladığı
sərəncamların əhali
arasında necə rəğbətlə, məmnunluqla
qarşılandığını qəzetin yazılarında
aydın görürük.
Bu da səbəbsiz
deyil. Çünki imzalanan hər yeni sərəncam
yeni sosial islahat mərhələsinə
keçidi təmin edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial
ödənişlərin, əməkhaqlarının
artırılması istiqamətində
ardıcıl addımlar
atılır.
Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi
aparılan sosial-iqtisadi
siyasətin mühüm
prioritetlərindən biridir.
Ölkəmizdə son
beş ildə artıq dördüncü
sosial islahat paketinin icrası həyata keçirilir.
2023-cü ildə sosial
ödənişlərdə yeni artımlar üçün əlavə
750 milyon manat vəsait nəzərdə
tutulduğu və həmin artımların
1,9 milyon vətəndaşı
əhatə edəcəyi
bildirilir. Bu da dövlətin siyasətinin mərkəzində
həmişə vətəndaşın
rifahının dayandığının
daha bir nümunəsidir. "Azərbaycan"
qəzeti vətəndaşların
maraqlarına xidmət
edən bu siyasəti özünün
daimi mövzuları sırasında görür.
Xatırladaq ki,
son 5 ildə sosial sahədə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində minimum
əməkhaqqı 2,7 dəfə
artırılaraq 130 manatdan
345, minimum pensiya 2,5 dəfə artırılaraq
110 manatdan 280 manata çatdırılıb. 2018-2022-ci illərdə orta aylıq əməkhaqqının
52, orta aylıq pensiyanın 80 faiz, müavinət və təqaüd ödənişlərinin
3,5 dəfə, pensiya,
müavinət, təqaüd,
ünvanlı yardım
üzrə ayrılan
illik vəsaitin 80 faiz artırılması da sosial islahatların davamlı olduğunun göstəricisidir.
Əlavə edək ki, həmin dövrdə əmək müqavilələrinin sayı
33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda
2,3 dəfə artıma
nail olunub. Bütün bunların Azərbaycan vətəndaşlarının
həyatına necə
müsbət təsir
etdiyini "Azərbaycan"
qəzetindəki yazılardan
da əyani görə bilirik.
"Azərbaycan" hər nömrəsi ilə dövlətin və onun siyasətinin
etibarlı dəstəkçisi
olduğunu sübut edir. Bunu Ulu
Öndər Heydər
Əliyevin 100 illiyi, eləcə də "Heydər Əliyev İli" ilə bağlı yazılar da təsdiqləyir. Prezident İlham Əliyev 2022-ci il 29 sentyabr tarixli sərəncamı
ilə Azərbaycan Respublikasında 2023-cü ili
"Heydər Əliyev
İli" elan etdiyi vaxtdan qəzetdə bu mövzuda yazılar dərc olunmağa başladı. Həmin yazılarda Ümummilli Liderin hakimiyyətinin istər birinci, istərsə də ikinci dövründə ölkəmizin sosial-iqtisadi
inkişafı üçün
gördüyü misilsiz
işlər öz aydın əksini tapır.
Ulu Öndərin
təməlini qoyduğu,
Prezident İlham Əliyevin günün tələbləri baxımından
davam və inkişaf etdirdiyi aydın yolda Azərbaycanla qoşa
"Azərbaycan" adlı
qəzetimiz də addımlayır və üzərinə düşən
şərəfli vəzifəni
layiqincə yerinə yetirir.
Tofiq
HÜSEYNOV,
iqtisad elmləri
doktoru, professor,
Əməkdar iqtisadçı
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.7.