Ermənistan
törətdiyi təxribatlarla
öz miskin sonunu yaxınlaşdırır
Son aylar Ermənistan ölkəmizə
qarşı təxribatlarını
genişləndirib. Bu
ölkə açıq
şəkildə nümayiş
etdirir ki, sülh istəmir. Odur ki, hər
vəchlə vəziyyəti
gərginləşdirməyə çalışır. Bunun üçün də bütün yaramaz vasitələrə əl
atır. Təxribatçı
ermənilər, necə
deyərlər, dondan dona girirlər. Onlar gah "məzlum", "yazıq"
"əzabkeş" kimi
görünməyə çalışır,
gah da özlərinin
əsl simalarını
göstərirlər.
Qarabağ regionunda
"humanitar böhran"
yaşanması, Xankəndi
və ətraf kəndlərdə erməni
əhalisinin aclıq oyunu, əslində, Ermənistanın siyasi oyunu idi. Bununla
beynəlxalq ictimaiyyəti
aldatmağa, dövlətimiz,
xalqımız barədə
əsası olmayan fikirlər formalaşdırmağa
çalışırdı, baş tutmadı. Nə Qarabağ regionunda humanitar böhran var, nə də Xankəndi və ətraf kəndlərdə
erməni əhalisi ehtiyac içində yaşayır.
"...biz Azərbaycan
ərazisində
ikinci erməni
dövləti yaradılmasına
imkan verməyəcəyik"
Xankəndi və
ətraf kəndlərdə
yaşayan ermənilərin
taleyi, əslində, rəsmi İrəvanı
qətiyyən maraqlandırmır.
Belə olmasaydı, Ermənistan xarabalığa
çevirdiyi Qarabağı
Azərbaycanın yenidən
cənnətməkan etməsinə,
orada yaşayan ermənilərin də ağ günə çıxmasına mane olmağa çalışmazdı.
Azərbaycan Prezidenti
İlham Əliyev bu il Bakıda
"Dünya bu gün: Çağırışlar
və ümidlər"
mövzusunda keçirilən
X Qlobal Bakı Forumunun açılış
mərasimindəki çıxışında
da Azərbaycanın çoxkonfessiyalı, multietnik
ölkə olduğunu,
milli azlıqların hüquqlarının Konstitusiyamız
tərəfindən qorunduğunu
bir daha diqqətə çatdırdı.
Dövlətimizin başçısı
Azərbaycanda müxtəlif
etnik qruplar və konfessiyaların nümayəndələrinin ləyaqətli
və dinc şəraitdə yaşadıqlarını
qeyd etdi. "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ
regionunda yaşayan ermənilərin həyatı
işğal dövründən
fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq", - dedi.
Azərbaycan bütün
sahələrdə olduğu
kimi, iqtisadi sahədə də Ermənistanla qətiyyən
müqayisə olunmayacaq
dərəcədə güclüdür.
Ümumiyyətlə, xaricdən
dəstək almadan yaşamaq iqtidarında olmayan Ermənistanın bizim ölkədə yaşayan ermənilərin
qayğısına qalması
gülüncdür, eyni
zamanda da düşündürücüdür. Və Ermənistan məsələni nə qədər dolandırmağa
səy göstərsə
də, məqsədini
müxtəlif yalanlarla,
şərlə, böhtanla
ört-basdır etmək
istəsə də, əsl həqiqəti bilməyən yoxdur. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasına son qoymayıb, separatizmi dəstəkləməkdə
davam edir. Azərbaycanın mövqeyi
isə bəllidir. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan
ərazisində ikinci
erməni dövləti
yaradılmasına imkan
verilməyəcək.
Ermənistanın sərhəddə qoşunyığması hərbi təxribat planının tərkib hissəsidir
Xarici havadarlarının
dəstəyinə güvənən
Ermənistanın 44 günlük
Vətən müharibəsindən
dərs almaması təəssüf doğurur.
Özü üçün
dərin quyu qazdığını isə
yəqin ki, yalnız o quyuya düşdükdən sonra
dərk edəcək.
Son günlər Ermənistanın qurduğu
planlar, həyata keçirdiyi və ya keçirməyə çalışdığı işlər bunu göstərir.
Onsuz da işğalda saxladığı
otuz ilə yaxın müddətdə
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini mina tarlasına çevirmiş
işğalçı dövlət
Vətən müharibəsi
başa çatdığı
vaxtdan indiyədək
məkrli əməllərini
davam etdirir. Bu günlərdə Azərbaycanın Müdafiə
Nazirliyindən məlumat
verildi ki, Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin
qalıqları və
qeyri-qanuni erməni silahlı dəstələri
ərazilərimizə kütləvi
şəkildə yeni
minalar döşəyir.
Bildirildi ki, son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin
qalıqları və
qeyri-qanuni erməni silahlı dəstələrinin
ərazilərimizə kütləvi
şəkildə yeni
minalar döşəməsi,
bununla da Azərbaycana qarşı mina terroru siyasətini
davam etdirməsi müşahidə edilməkdədir.
İşğalçı dövlətin böyük
bir təxribat planı hazırladığı,
mina terrorunun bu planın bir hissəsi olduğu artıq kimsəyə sirr deyil. Son günlər
Ermənistan silahlı
qüvvələrinin qoşun
hissələrinin Azərbaycanla
delimitasiya olunmamış
dövlət sərhədində,
Qarabağ bölgəsinə
yaxın ərazilərdə,
həmçinin Naxçıvan
Muxtar Respublikası istiqamətində cəmləşdirilməsi
işğalçı ölkənin
hərbi təxribatlara
əsaslanan planının
tərkib hissəsi olduğu hamıya məlumdur.
Ermənistan təxribatlarını
regionda sülhün yaranmasında maraqlı olmayan Fransanın və digər qüvvələrin təsiri
ilə davam etdirir. İşğalçı
dövlət bütün
dünyanın gözü
önündə, heç
nədən çəkinmədən
bölgəni müharibə
ocağına çevirməyə
çalışır. Son
günlər xarici ölkələrdən silah
almaqla və sərhədə qüvvələr
cəmləşdirməklə yeni müharibə təhlükəsi yaradan Ermənistan bu dəfə də ən böyük zərbəni özünə
vurduğunu unudur.
Azərbaycan dövləti
öz ərazi bütövlüyünü qorumaq
məqsədilə bundan
sonra da qətiyyətlə lazımi
addımlar atacaq. Bunun üçün siyasi, iqtisadi, hərbi gücü var. Dostlarımız kimi, düşmənlərimiz
də bunu yaxşı bilirlər. Azərbaycan xalqının
mənəvi gücü,
iradəsi, vətən
eşqi də bütün dünyaya bəllidir. Bu, 2020-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qismən səfərbərlik
əmrini eşitdiyi an hərbi komissarlıqlara
axışan, ön cəbhəyə can atan övladlar yetişdirən xalqdır.
Elə övladlar ki Vətən müharibəsində göstərdikləri
rəşadətlə yalnız
Azərbaycanın deyil,
dünyanın qəhrəmanlıq
salnaməsinə adlarını
yazdılar.
Vətən müharibəsi
zamanı da Azərbaycan hərbi texnikasına görə öncül dövlətlərdən
biri idi. Ürəkləri Vətən
sevgisi ilə döyünən igid oğullar o müasir hərbi silahları sinələrinə söykəyib
düşmənin başına
od ələdilər.
İşğalçı Ermənistanın silahlı
qüvvələrini darmadağın
etdilər.
O böyük sevgi
- Vətən sevgisi dünən də vardı, bu gün də var, sabah da
olacaq. O sevgi Azərbaycanın özü
qədər qədim və eyni zamanda
da Azərbaycanın özü kimi müasirdir.
Ermənistan belə
bir ölkəyə, belə bir xalqa
qarşı planlaşdırdığı,
həyata keçirməyə
çalışdığı təxribatlarla öz miskin sonunu hazırlayır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.5.