Hayastanın
torpağın altında
gizlətdiyi cinayətlər
Kütləvi məzarlıqların aşkar
edilməsi erməni faşizmini ifşa edir
Heç bir dövlətçilik tarixi
olmayan haylar "Böyük Ermənistan"
barədə xülyalarını
reallaşdırmaq üçün
ta əzəldən bəşəriyyət əleyhinə
cinayət yolunu seçiblər. Bədnam
qonşumuz xüsusilə
XX əsrin əvvəllərindən
etibarən siyasi məqsədlərini qanunsuz
silahlı təhdidlərlə
həll etməyə çalışıb, ölkəmizə
qarşı ərazi iddiaları irəli sürərək genosid, terror, etnik təmizləmə
və deportasiya həyata keçirib, müharibə yolu ilə ələ keçirdikləri doğma
torpaqlarımızda mülki
insanlarımızı əsir
və girov götürüb, onları
min bir işgəncə
ilə qətlə yetirib.
Özlərini dünyanın
inkişaf etmiş, qədim və zəngin tarixə malik milləti hesab edən, əslində isə, soysuz olan ermənilərin
davamlı olaraq törətdikləri terror,
soyqırımı və
təcavüzlərə nəzər
salmaq üçün
uzaq tarixə getməyə ehtiyac yoxdur. İşğaldan azad olunmuş ərazilərimizdə təkcə
Vətən müharibəsindən
keçən üç
ilə yaxın müddətdə tapılan
kütləvi məzarlıqlar
havadarlarının kölgəsində
"qəhrəmanlıq" nümayiş etdirən ermənilərin faşist
mahiyyətini ortaya qoyur. Bu gün
44 günlük müharibədə
ərazi bütövlüyünü
və suverenliyini təmin edən Azərbaycan özlərini
bütün dünyaya
"məzlum" və
"zavallı" kimi
təqdim edən hayların torpağın altında gizlətdiyi müharibə cinayətlərini
də aşkara çıxarır. Bu mənada Vətən müharibəsi təkcə
torpaqlarımızın işğaldan
azad olunmasına görə deyil, həm də Azərbaycan həqiqətlərinin
nümayişi və erməni barbarlığının
növbəti ifşası
baxımından da böyük tarixi əhəmiyyət kəsb
edir.
Vəhşi qəbilə
təfəkküründə olanlar
Qarabağ və
Şərqi Zəngəzurda
aparılan tikinti-quruculuq
və minatəmizləmə
işləri zamanı
mütəmadi olaraq kütləvi məzarlıqların
aşkar edilməsi sübut edir ki, ermənilər azərbaycanlılara qarşı
məqsədli şəkildə
saysız-hesabsız müharibə
cinayətləri törədiblər.
Hərbi Prokurorluğun
Mətbuat xidmətinin
sentyabrın 11-də yaydığı
məlumata görə,
Qubadlı rayonunun Məlikəhmədli kəndində
və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi
dövründə itkin
düşmüş şəxslərə
məxsus olması ehtimal edilən insan meyitlərinin qalıqları tapılıb.
Ümumiyyətlə isə,
İkinci Qarabağ savaşından sonra aparılmış axtarış-qazıntı
işləri zamanı
işğaldan azad olunmuş ərazilərimizdə
400-ə yaxın vətəndaşımıza
aid meyit qalıqları aşkar edilib.
Xocalı soyqırımı,
Ballıqaya qətliamı,
Ağdaban və Başlıbel faciələri
zamanı dinc əhaliyə qarşı
qırğın törədən
ermənilər ağlasığmaz
vəhşiliklər və
insanlığa sığmayan
hərəkətlər törədiblər.
Vətən müharibəsindən
sonra Qarabağ və Şərqi Zəngəzurda indiyədək
doqquz kütləvi məzarlıq aşkarlanıb.
Bu günədək müvafiq qurumlar tərəfindən Şuşa
rayonunun Daşaltı,
Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd Sarıcalı, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli
kəndləri və digər ərazilərdə
aparılmış axtarış
tədbirləri nəticəsində
aşkarlanan kütləvi
məzarlıqlardan, eləcə
də Şuşa həbsxanasının ərazisindən
Birinci Qarabağ müharibəsi dövründə
itkin düşmüş
şəxslərə məxsusluğu
ehtimal edilən xeyli sayda insan
meyitinin qalıqları
ekshumasiya olunub.
Belə məzarlıqların
və meyit qalıqlarının axtarış-qazıntı
işləri davam etdiyi müddətdə mütəmadi aşkarlanacağı
gözlənilir. Sonradan
azad olunmuş Birinci Qarabağ müharibəsi əsirlərinin
xatirələrində yer
alan fikirlər də əminlik yaradır ki, digər rayon və kəndlərdə olduğu kimi, hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərimizdə
də belə kütləvi məzarlıqlar
çoxdur. Rəsmi məlumatlardan o da aydın olur ki, azərbaycanlılar çox böyük amansızlıq və işgəncə ilə qətlə yetiriliblər.
Skeletlərdə aşkarlanan
müxtəlif işgəncə
izləri, onların əllərinin və ayaqlarının məftil
və ya kəndirlə bağlı
olması kimi faktlar bunu sübut
edir.
Torpaqlarımız işğaldan
azad edildikdən sonra Birinci Qarabağ
müharibəsi zamanı
itkin düşmüş
vətəndaşların məzar
yerlərinin müəyyən
edilməsi istiqamətində
həyata keçirilən
axtarış tədbirləri
ermənilərin tarixboyu
vəhşi qəbilə
təfəkkürü ilə
yaşadığını göstərir. Azərbaycan
tərəfi Birinci Qarabağ müharibəsində
taleyi naməlum qalan
4 minə yaxın
soydaşımız, eləcə
də kütləvi məzarlıqların yerinin
göstərilməsi barədə
Hayastana dəfələrlə
müraciət etsə
də, ermənilər
beynəlxalq hüquq normalarına zidd çıxmaqla, xain xislətlərinə sadiq
qalaraq məsələ
ilə bağlı heç bir məlumat vermirlər.
Azərbaycan kütləvi
məzarlıqları aşkar
etməklə hayların
itirməyə çalışdıqları
cinayətlərinin izlərini
ortaya çıxarır.
Bu, Hayastanın bəşəri dəyərlərə
hörmət edən bütün xalqlara, o cümlədən azərbaycanlılara
münasibətdə nə
qədər qəddar
olduğunu aşkar edir.
Dünya bu ədalətsizliyə də seyrçi qalıb
Həmişə olduğu
kimi, bu dəfə də bir sıra dövlətlər
və beynəlxalq təşkilatlar ermənilərin
cinayətlərinə susur,
itkin vətəndaşlarımızın
aqibəti barədə
Hayastanın məlumat
verməsi üçün
ona təzyiq göstərmirlər. Bunun
nəticəsidir ki, tarixboyu müharibə cinayətləri törətmiş
ermənilər düz
yola gəlmək istəmir, əksinə, barbar xislətlərini daha da artırır.
Digər tərəfdən
də hər vəchlə cinayətlərini
ört-basdır etməyə,
özlərini "mələk"
cildində göstərməyə
çalışırlar.
Lakin Azərbaycan
Ermənistana Vətən
müharibəsində olduğu
kimi, yenə də dərs verməyə davam edir. Regionun ən güclü dövləti və müharibədə qalib tərəf olaraq hər keçən gün öz şanlı zəfərinə
zəfər calayır.
Qarabağ və Şərqi Zəngəzuru
yenidən qurur, məcburi köçkünlərin
yurda qayıdışını
təmin edir və bunlar azmış kimi, bütün dünyanın
seyrçi qaldığı
mövcud haqsızlığa
qarşı yenə təkbaşına mübarizə
aparır,
itkin düşən
soydaşlarımızın aqibətini özü müəyyən edir. Bütün bunlar sübut edir ki, Azərbaycan ermənilərin heç bir cinayətini cəzasız qoymur və hayları ifşa edir.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.11.