Mənfur erməni xisləti

 

Bu sifətin sahibləri mina terrorunu davam etdirirlər

 

30 illik işğal dövründə torpaqlarımızı mina tarlasına çevirən təcavüzkar Ermənistan 44 günlük müharibədən sonrakı müddətdə mənfur xislətindən əl çəkməyib xalqımızı hədəfə alan mina terrorunu günümüzədək davam etdirir. Qatil ermənilər müxtəlif xain insanlıqdan uzaq üsullardan istifadə edərək vətəndaşlarımızı mina partlayışlarının qurbanına  çevirirlər.

Elə cari il sentyabrın 11-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur etmələri erməni xəbisliyinə daha bir sübut, insanlıq adına daha bir utancverici hərəkət oldu.

Özlərini dünyaya "ən mədəni" xalq kimi sırımağa cəhd edən ermənilərin heyvanlardan sui-qəsd məqsədilə istifadə etmələri həm bu vəhşi tayfanın mənəviyyatsızlığını, barbarlığını açıb dünyaya göstərdi. O dünyaya ki, 30 il ərzində ərazilərimizin Ermənistan tərəfindən işğalına, yüzminlərlə insanımızın yurdundan didərgin salınmasına, xalqımızın erməni qatilləri tərəfindən soyqırımlarına, qətllərə məruz qalmasına heç bir reaksiya verməyib, Ermənistana hansısa təzyiq, sanksiya göstərməyib.

Oyuncaqlara partlayıcı qurğu yerləşdirərək uşaqlarımızı hədəfə alıblar

Amma dünya görmək, bilmək istəməsə , Azərbaycan xalqı uşaq qatili ermənilərin xain, murdar xislətinə  yaxşı bələddir.  Son iki əsrdir ki, erməni faşizmi ilə üz-üzə qalan xalqımız ermənilərin törətdikləri saysız-hesabsız terrorların qurbanlarına çevriliblər. 

2011-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində baş verən tükürpədici hadisə hələ unudulmayıb. Həmin vaxt ermənilər partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağını Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxmışdılar. O zaman ərazidə oynayan 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızının oyuncağı taparaq oynatması nəticəsində partlayış baş vermiş, yeniyetmə faciəvi şəkildə həyatını itirmişdi.

1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermiş, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Erməni vəhşiliyini sübut edən bu kimi dəhşətli faktlar minlərlədir...

2023-cü ilin sentyabrında heyvandan sui-qəsdçi kimi istifadə etmələri göstərdi ki, zaman keçsə , erməninin qatil, xain, murdar xisləti dəyişmir.

"Boz zona"nın hər perimetri boyunca minaları yerləşdirməyə davam edirlər

İşğal dövründə ermənilər torpaqlarımızda 1 milyondan çox mina basdırıblar hələ dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyiblər. Bu isə keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıdışına böyük əngəl yaradır.

44 günlük Vətən müharibəsindən sonra da ermənilər terror siyasətlərini davam etdirərək Azərbaycan xalqını hədəfə alıblar. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində ərazilərimizdən 2021-ci il Ermənistan istehsalı olan xeyli sayda minalar aşkarlanıb. Təcavüzkar ölkənin mina terroru sayəsində günümüzə qədər günahsız insanlarımız həlak, yaxud şikəst olurlar.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında məlumat verib ki, 1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir.

Yeri gəlmişkən, onu da bildirək ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini "əxlaqsız terror aktı" kimi qiymətləndirib.

Prezidentin köməkçisi sosial şəbəkədə bununla bağlı yazıb: "Ermənistan silahlı qüvvələrinin marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!"

Beynəlxalq ictimaiyyət erməni terrorizminə göz yummamalıdır

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın sözügedən terror aktı ilə bağlı məlumatında bildirilib ki, bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin digər qurğuların tətbiqinə qoyulan qadağalar ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirlər.

Ermənilərin sentyabrın 11-də həyata keçirdikləri terror aktı zamanı heyvandan sui-qəsdçi kimi istifadə etmələri həm heyvanların sağlamlıqları hüquqları ilə bağlı BMT konvensiyasını pozub.

Xatırladaq ki, Azərbaycan dövləti Ermənistanın soydaşlarımızın insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bir sıra mühüm məsələlərlə bağlı müraciətdə, həmçinin azərbaycanlı mülki vətəndaşların qayıdacaqları işğaldan azad olunmuş ərazilərdə mina mina tələləri basdırmaq, onlara sponsorluq etmək ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması bundan imtina etməsi ilə bağlı Hayastana göstərişin verilməsi öz əksini tapıb bununla bağlı 2023-cü il yanvarın 31-də məhkəmədə dinləmələr keçirilib.

Lakin bu günə qədər Azərbaycana qarşı davam edən terror siyasəti Ermənistanın beynəlxalq hüquqa əməl etmədiyini onu ayaqlar altına atdığını faktlarla ortaya qoyur.

Buna görə dünya erməni terrorizminə artıq göz yummamalı, Ermənistanın beynəlxalq cəzasızlıq mühitindən yararlanaraq Azərbaycana qarşı terror siyasəti həyata keçirməsinə son qoymalıdır.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 13 sentyabr.- S.6.