Qazaxıstan
XİN: Azərbaycanın suverenliyinə
və ərazi bütövlüyünə qətiyyətli
dəstəyimizi bir daha təsdiqləyirik
Qazaxıstan Azərbaycanın
suverenliyinə və beynəlxalq səviyyədə
tanınan sərhədləri
çərçivəsində ərazi bütövlüyünə
qətiyyətli dəstəyini
ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olaraq siyasi-diplomatik yolla həllinə tərəfdar olduğunu bildirir”.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.1.