Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin “Fövqəladə
halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət
Sistemi haqqında”
1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikasında
sülh və müharibə dövrlərində
Fövqəladə hallarda
əhalini mühafizənin
əsas prinsipləri haqqında” 1992-ci il 28 dekabr tarixli 700 nömrəli, “Mülki müdafiənin təmin edilməsi haqqında”
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə” 1998-ci il 14 dekabr tarixli
237 nömrəli, “Praktik
tibb və ya əczaçılıq
fəaliyyəti ilə
məşğul olan şəxslərin (işçilərin)
sertifikasiyası Qaydası”nın
təsdiq edilməsi haqqında” 2010-cu il 8 iyun tarixli 108 nömrəli, “Qrant müqavilələrinin (qərarlarının)
qeydə alınması
Qaydası”nın təsdiq
edilməsi barədə”
2015-ci il 5 iyun tarixli 216 nömrəli,
“2016-2020-ci illər üçün
uşaqlar arasında yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair
Tədbirlər Proqramı”nın
təsdiq edilməsi haqqında” 2015-ci il 1 dekabr tarixli 370 nömrəli və “Tibbi xidmətlərin göstərilməsi haqqında
Müqavilə”nin Nümunəvi
forması”nın təsdiq
edilməsi barədə”
2020-ci il 20 mart tarixli 102 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
¹ 319
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının
statusu haqqında”, “Məhkəmələr və
hakimlər haqqında”,
“Yanğın təhlükəsizliyi
haqqında”, “Müflisləşmə
və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması
haqqında”, “Vətən
uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”,
“Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti
haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respub-likasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 17 fevral tarixli
809-VIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət
Sistemi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 9, maddələr
750, 756; 2005, ¹ 6, maddə 541; 2009, ¹ 2, maddə 144, ¹ 9, maddə
738; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddələr 745, 747; 2019, ¹ 1, maddə
153; 2022, ¹ 4, maddə 390; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2023-cü il
28 iyul tarixli 244 nömrəli Qərarı)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. həmin Qərara
1 nömrəli əlavə
- “Azərbaycan Respublikası
Dövlət orqanlarının
fövqəladə halların
qarşısının alınması
və belə hallarda fəaliyyət üzrə funksiyaları”nın
“Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyəti”
hissəsinin mətnində
“kütləvi informasiya
vasitələrinin” sözləri
“medianın” sözü
ilə əvəz edilsin;
1.2. həmin Qərarla
təsdiq edilmiş “Fövqəladə halların
qarşısının alınması
və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə”nin
17-ci hissəsində “kütləvi
informasiya vasitələrindən”
sözləri “mediadan”
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 6, maddə
434; 2013, ¹ 10, maddə 1193; 2021, ¹ 9, maddə 1073) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
sülh və müharibə dövrlərində
fövqəladə hallarda
əhalini mühafizənin
Əsas Prinsipləri”nin
4.2-ci bəndinin beşinci
abzasında “verilişləri”
sözü “proqramları”
sözü ilə,
4.10-cu bəndinin ikinci
abzasında “kütləvi
informasiya vasitələrilə”
sözləri “media ilə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 9, maddə
600; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 6, maddələr 584, 586; 2010, ¹ 3, maddə
264, ¹ 6, maddə 566; 2018, ¹ 12 (II kitab), maddə 2736) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə
hadisələrdən müdafiə
sahəsində əhalinin
hazırlanması Qaydaları”nın
1.9-cu bəndinin dördüncü
abzasında və
4.3-cü bəndində “kütləvi
informasiya vasitələrinin”
sözləri “media subyektlərinin” sözləri
ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 14 dekabr tarixli 237 nömrəli Qərarına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 12, maddə
804; 2005, ¹ 1, maddə 49; 2014, ¹ 1, maddə 57; 2017, ¹ 4, maddə
627; 2021, ¹ 5, maddə 522) 2 nömrəli
əlavə - “Hidrometeorologiya
və təbii mühitin monitorinqi üzrə ödənişsiz
və ödənişli
məlumatların növləri”nin
“Ödənişsiz məlumatlar”
bölməsinin 6-cı hissəsində
“kütləvi informasiya
vasitələrinə” sözləri
“media subyektlərinə”
sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 6, maddə
553; 2015, ¹ 12, maddə 1570; 2016, ¹ 4, maddə 822; 2020, ¹ 11, maddə
1412) ilə təsdiq edilmiş “Praktik tibb və ya
əczaçılıq fəaliyyəti
ilə məşğul
olan şəxslərin
(işçilərin) sertifikasiyası
Qaydası”nın 2.17-ci bəndində
ismin müvafiq hallarında “kütləvi
informasiya vasitələri”
sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 6, maddə
789; 2016, ¹ 3, maddə 599, ¹ 5, maddə 955, ¹ 11, maddə
1958; 2017, ¹ 1, maddə 118; 2019, ¹ 3, maddə 527; 2020, ¹ 11, maddə
1390; 2021, ¹ 9, maddə 1064, ¹ 11, maddə 1278) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin
(qərarlarının) qeydə
alınması Qaydası”nın
1.9-cu bəndində “kütləvi
informasiya vasitələrinə”
sözləri “media subyektlərinə” sözləri
ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 1 dekabr tarixli 370 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 12, maddə
1569) ilə təsdiq edilmiş “2016-2020-ci illər
üçün uşaqlar
arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına
dair Tədbirlər Proqramı”nın həyata
keçirilməsi üzrə
Tədbirlər Planının
6.4.3-cü yarımbəndində aşağıdakı dəyişikliklər
edilsin:
7.1. “Tədbirlərin adı” sütununda “Kütləvi informasiya vasitələri” sözləri
“Media subyektləri” sözləri
ilə əvəz edilsin;
7.2. “İcraçılar” sütununda “kütləvi
informasiya vasitələri”
sözləri “media subyektləri” sözləri
ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 20 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 3, maddə
363; 2021, ¹ 4, maddə 395) ilə
təsdiq edilmiş “Tibbi xidmətlərin göstərilməsi haqqında
Müqavilə”nin Nümunəvi
forması”nın 2.3.3-cü yarımbəndində “kütləvi
informasiya vasitələrinə”
sözləri “media subyektlərinə” sözləri
ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
9 sentyabr 2023-cü il
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.2.