Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Baş naziri ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluq qeyd edilib. Vurğulanıb ki, dost strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır. Xüsusilə 2015-ci ildə Bolqarıstan Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. O cümlədən ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır.

Baş nazir Nikolai Denkov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini vurğulayaraq, Milli Məclis sədrinin bu səfərinin münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Bolqarıstanın Azərbaycanda nəqliyyat logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda müxtəlif sahələrə investisiya imkanlarını, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu tranzit ölkə kimi mühüm rolunu qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Görüşdə humanitar sahədə əməkdaşlıq diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Bolqarıstan xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Söhbət zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejiminprezident seçkiləri”nə münasibət bildirilib. Vurğulanıb ki, Azərbaycan xalqı sülh sabitlik istəyir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 13 sentyabr.- S.3.