Milli
Məclisin Sədri Bolqarıstan Milli Assambleyasının Sədri
ilə görüşüb
Milli Məclisin
Sədri Sahibə Qafarova Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində
bu ölkənin Milli Assambleyasının Sədri Rosen Jelyazkov ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
əvvəlcə spikerlər
arasında təkbətək
görüş baş
tutub. Görüşdə
ölkələrimiz və
parlamentlərimiz arasında
münasibətlərə dair
müzakirələr aparılıb.
Sonra görüş
nümayəndə heyətlərinin
iştirakı ilə
davam edib. Azərbaycan parlamentinin Sədrini səmimiyyətlə
salamlayan Rosen Jelyazkov, bu səfərin
iki ölkə, o cümlədən parlamentlərimiz
arasında münasibətlərin
inkişafına töhfə
verəcəyinə inamını
ifadə edib. O, Azərbaycan və Bolqarıstan arasında dərin dostluq əlaqələrinin olduğunu
qeyd edərək, ölkələrimizin bir çox sahələrdə
əməkdaşlığını diqqətə çatdırıb.
Rosen Jelyazkov deyib ki, Azərbaycan
və Bolqarıstan arasında intensiv diplomatik əlaqələr
mövcuddur. Azərbaycan
və Bolqarıstan prezidentləri arasında yüksəksəviyyəli əlaqələr
münasibətlərimizə təkan verir. O, dövlət başçılarının
qarşılıqlı səfərlərinin
uğurlu nəticələrini
qeyd edib.
Rosen Jelyazkov dövlətlərimiz arasında
olan yüksəksəviyyəli
münasibətlərin qanunverici
orqanlar arasında da əməkdaşlığın
daha da inkişafı
üçün yaxşı
imkanlar yaratdığını,
parlamentarilərin, dostluq
qruplarının təmaslarının
önəmini vurğulayıb.
Azərbaycan parlament
nümayəndə heyətinə
göstərilən yüksək
qonaqpərvərliyə görə
minnətdarlığını ifadə edən spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Sədri kimi Bolqarıstana ilk rəsmi səfərinin ölkələrimiz arasında
əlaqələrin daha
da möhkəmlənməsinə
və genişlənməsinə
töhfə verəcəyinə
inamını ifadə
edib.
Azərbaycan və
Bolqarıstanın dost
və strateji tərəfdaş ölkələr
olduğunu diqqətə
çatdıran Milli Məclisin Sədri xatırladıb ki, ötən il ölkələrimiz arasında
diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
qeyd olunub. Bu illər ərzində
ölkələrimiz arasında
münasibətlər davamlı
şəkildə inkişaf
edib. Sahibə Qafarova xüsusilə
2015-ci ildə Bolqarıstan
və Azərbaycan arasında imzalanmış
Strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamənin münasibətlərimizi
keyfiyyətcə yeni səviyyəyə qaldırdığını
qeyd edib.
İkitərəfli münasibətlərin inkişafında
siyasi yüksəksəviyyəli
səfərlərin müstəsna
rolunu vurğulayan Milli Məclisin Sədri deyib ki, ötən illər ərzində həm ikitərəfli səviyyədə, həm
də müxtəlif tədbirlərdə iştirak
çərçivəsində çoxsaylı yüksəksəviyyəli
səfərlər və
görüşlər olub.
O, xüsusilə Prezident
İlham Əliyevin Bolqarıstana ötən il və bu
il reallaşan səfərlərini və
Prezident Rumen Radevin cari ilin
martında Azərbaycana
səfərlərini qeyd
edib. Spikerin sözlərinə görə,
çox yüksək
səviyyədə siyasi
təmaslar ikitərəfli
gündəliyin digər
sahələrində əməkdaşlığın
inkişafı üçün
güclü əsas yaradıb. Bu mənada, iqtisadi və enerji sahələrində əlaqələr
xüsusilə təqdirəlayiqdir.
Görüşdə iki ölkənin qanunverici orqanları arasında da əməkdaşlıqdan danışan
Milli Məclisin Sədri deyib ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli
və çoxtərəfli
münasibətlərə mühüm
və müsbət təsir göstərən
amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Qarşılıqlı səfərlər
bu əməkdaşlığın
inkişafına təkan
verir. Onun sözlərinə görə,
parlamentlərimiz arasında
müxtəlif beynəlxalq
parlament təşkilatları
çərçivəsində sıx əməkdaşlığın
daha da inkişafı
üçün yaxşı
imkanlar var. Bu mənada, dostluq qruplarının birgə fəaliyyəti vacibdir. Onlar müntəzəm təmaslar,
dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayırlar. Sahibə Qafarova həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər
arasında əlaqələrin
daha da dərinləşdirilməsi
imkanları barədə
də danışaraq
deyib ki, komitələrimiz hüquqi,
iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik
fəaliyyətində təcrübə
mübadiləsi üçün
əməkdaşlıq edə
bilərlər.
Milli Məclisin
Sədri Sahibə Qafarova görüşdə
2020-ci ildə Azərbaycanın
Vətən müharibəsində
əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa
etməsindən sonra regionda yeni yaranmış
vəziyyət haqqında
məlumat verərək
bildirib ki, hazırda Azərbaycan öz imkanları hesabına işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı
yenidənqurma və bərpa işləri həyata keçirir, 8 şəhəri, yüzlərlə
kəndi sıfırdan,
yenidən tikir, qurur. O xatırladıb ki, işğal qurbanı olmasına baxmayaraq, sülhdən danışmağa başlayan
və beynəlxalq hüququn 5 prinsipinə, o
cümlədən bir-birinin
ərazi bütövlüyünə
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına,
qarşılıqlı hörmətə
əsaslanan sülh müqaviləsinin imzalanması
təşəbbüsü ilə çıxış
edən Azərbaycandır.
Təəssüflər olsun
ki, Ermənistan Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə qarşı siyasi-hərbi
təxribatlarını davam
etdirir, hələ də 10 minlik silahlı qüvvələrini
Azərbaycan ərazilərindən
tam şəkildə çıxarmayıb. 2 ildən
artıqdır ki, Ermənistan münaqişə
həll olunduqdan sonra da Laçın
yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər
üçün ardıcıl
olaraq sui-istifadə edib.
Milli Məclisin
Sədri bir daha diqqətə çatdırıb ki, Ermənistanla sərhəddə
sərhəd-keçid məntəqəsinin
yaradılması Azərbaycanın
qanuni hüququdur və Beynəlxalq Ədalət Məhkəməsi
tərəfindən də
tanınmışdır. Ermənilərin
sərhəd-keçid məntəqəsinə
qarşı bir neçə dəfə təxribat törətməsinə
baxmayaraq, Qarabağ bölgəsinin erməni sakinləri hələ də ondan maneəsiz
istifadə edirlər.
Ermənistanın "blokada",
"ciddi humanitar böhran"la bağlı
siyasi manipulyasiyaları,
yüklərin daşınması
üçün başqa
yollardan istifadə etməkdən imtina etməsi və Azərbaycanın humanitar yardımından imtina etməsinin yeganə səbəbi Ermənistanın
Azərbaycanın ərazi
bütövlüyünü qəbul etməməsi, Qarabağın erməni sakinlərinin Azərbaycan
cəmiyyətinə reinteqrasiyasına
mane olmaqdır.
Görüşdə Azərbaycanın Qarabağ
bölgəsində Ermənistan
tərəfindən yaradılmış
qeyri-qanuni, qondarma rejimin "prezident seçkiləri"nə də
münasibət bildrən
spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu təxribatçı addım ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün,
Azərbaycan Konstitusiyasının
və qanunvericiliyinin,
habelə beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə,
beynəlxalq birliyin bütün üzvləri
beynəlxalq hüquq çərçivəsində üzərlərinə götürdükləri
öhdəliklərə uyğun
olaraq, Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə
qarşı yönəlmiş
bu akta düzgün
siyasi qiymət verməli, təcavüzkar
separatizmə qarşı
öz səslərini
ucaltmalı və adı çəkilən
qanunsuz fəaliyyətləri
qəti şəkildə
pisləməlidirlər.
Ermənistanın "blokada", "humanitar böhran" barədə
yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
birbaşa hədəfə
aldığını qeyd
edən Milli Məclisin Sədri diqqətə çatdırıb
ki, o, delimitasiya olunmamış sərhəddə
və Qarabağ bölgəsində hərbi
təxribatlar törətməkdə
davam edir, Azərbaycan ərazisində
qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı qüvvələrinə
texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək, əvvəllər
əldə edilmiş
razılaşmaları və
normallaşma prosesini pozur. Ermənistanın yeganə məqsədi bütün mümkün vasitələrlə Azərbaycan
ərazisində separatizmin
mövcudluğunu davam
etdirməkdir.
Milli Məclisin
Sədri Ermənistanın
silahlanması, rəsmi
İrəvan tərəfindən
sülhün əldə
olunmasına qarşı
təxribatları barədə
geniş məlumat verib. Spiker Sahibə
Qafarova deyib ki, əgər Ermənistan, həqiqətən
də, sülh istəyirsə və Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan
edirsə, o zaman niyə sürətlə silahlanır? Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah alır?
Spikerin sözlərinə
görə, Ermənistan
əldə etdiyi silahlardan Azərbaycanın
suveren ərazisinə
qarşı istifadə
edir. Bu isə onu deməyə
əsas verir ki, Ermənistanın sürətlə silahlanması
sülh perspektivlərini
sarsıdır və region üçün yeni təhlükələrə
gətirib çıxarır.
Azərbaycanın Ermənistanla
münasibətlərin normallaşdırılmasına,
suverenlik və ərazi bütövlüyünə
qarşılıqlı hörmət
əsasında sülh
sazişinin imzalanmasına
sadiq qaldığını
deyən spiker Sahibə Qafarova diqqətə çatdırıb
ki, Azərbaycan həmçinin Qarabağ
bölgəsinin etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu
vətəndaşları kimi
reinteqrasiyası üçün
səylər göstərir.
Onların bütün
müvafiq hüquq və azadlıqları ölkəmizin Konstitusiyasında
və Azərbaycanın
qoşulduğu beynəlxalq
mexanizmlərdə təsbit
edilmiş şəkildə
təmin ediləcəkdir.
Görüşdə Milli Assambleyanın Sədri Rosen Jelyazkov xatırladıb ki, 1945-ci ildən
sonra yaradılmış
dünya nizamında ərazi bütövlüyü
əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması
asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına
gətirib çıxarır.
Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə
də, bu regionlarda bənzər hadisələr baş verib. Azərbaycanın Qarabağ bölgəsində
Ermənistan tərəfindən
yaradılmış qondarma
rejimin "prezident seçkiləri"ndən narahatlıqlarını
diqqətə çatdıran
Bolqarıstan spikeri deyib ki, bu"seçkilər"
Ermənistan rəhbərliyinin
Azərbaycanın ərazi
bütövlüyünün dəstəklənməsi haqqında
bəyanatları ilə
ziddiyyət təşkil
edir. Hazırda mövcud olan vəziyyət, sadəcə,
bəyanatların səsləndirilməsini
deyil, uzunmüddətli
sülhü təmin edəcək sazişin imzalanmasını tələb
edir. Davranışlar
səsləndirilən bəyanatlara
uyğun olmalıdır.
O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edərək ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.3.