Milli Məclisin nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Parlament nümayəndə heyəti bu məqsədlə Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib. Burada yerləşən parkda spiker Sahibə Qafarova nümayəndə heyətinin üzvləri ağac əkiblər.

 

Azərbaycan.-2023.- 13 sentyabr.- S.3.