Sofiya şəhərində Naməlum əsgər abidəsini ziyarət

 

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan parlamentinin sədri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanındaNaməlum əsgərabidəsini ziyarət edib.

Milli Məclisin sədri Sahibə QafarovaNaməlum əsgərabidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.

 

Azərbaycan.-2023.- 13 sentyabr.- S.3.