Bolqarıstan-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Həmid Həmid Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb
Bolqarıstan Milli
Assambleyasının Bolqarıstan-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Həmid Həmid Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Həmid Həmid son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə
izlədiyini bildirib, nəhayət regionda uzunmüddətli sülhün
və sabitliyin bərqərar olması üçün zamanın
yetişdiyini bildirib.
Məktubda Azərbaycanın
öz ərazilərini
erməni işğalından
azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla
münasibətlərin normallaşdırılması
və sülh sazişinin imzalanması təşəbbüsü ilə
çıxış etdiyi
vurğulanıb. İstənilən
anlaşmanın ölkələrin
bir-birilərinin suverenliyinə
və ərazi bütövlüyünə qarşılıqlı
hörmət, daxili işlərə qarışmama
kimi prinsiplər əsasında əldə
olunmalı olduğu bildirilib.
Eyni zamanda, beynəlxalq tərəfdaşların
fəal iştirakı
ilə davam edən sülh danışıqlarına təhlükə
yaradan bir sıra proseslərin baş verməsi təəssüf hissi ilə qeyd olunub.
Ermənistanın Azərbaycanın
Qarabağ bölgəsindəki
separatçı rejimə
dəstəyini davam etdirməsi sülh danışıqlarına xələl
gətirən və regionda vəziyyətin daha da gərginləşdirilməsinə
yönəlmiş addım
kimi dəyərləndirilib.
Beləliklə, məktubda
bu qanunsuz rejim tərəfindən
2023-cü il sentyabrın
9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq
hüququn fundamental norma və prinsiplərinin
kobud şəkildə
pozulması və bugünkü dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü
kimi qiymətləndirilib.
Dostluq qrupunun rəhbəri bu “seçkilər”in beynəlxalq
ictimaiyyət tərəfindən
pislənməsi və
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
sərhədləri daxilində
suverenliyinin və ərazi bütövlüyünün
qəti şəkildə
dəstəklənməli olduğuna
dair mövqeyini ifadə edib.
Sonda Həmid Həmid sülh prosesinə təhlükə yaradan istənilən addımın rədd edilməli və qarşısının alınmalı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti Cənubi Qafqaza çoxdan gözlənilən sülh və sabitlik gətirəcək sülh danışıqlarının konstruktiv şəkildə davam etdirilməsini dəstəkləməyə çağırıb.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.4.