YAP-ın
nümayəndə heyəti
Çində beynəlxalq
partiyalararası konfransda
iştirak edib
Yeni Azərbaycan
Partiyasının (YAP) nümayəndə
heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
YAP-ın mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 12-də nümayəndə
heyətinin rəhbəri,
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çinhay Əyalətinin
Partiya Komitəsinin katibi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
(ÇKP MK) üzvü Çen
Qanın bu ölkədə səfərdə
olan xarici nümayəndə heyətlərinin
rəhbərləri ilə
görüşündə iştirak edib.
Görüşdə Çin Xalq Respublikasının inkişaf
yolundan və qazanılan nailiyyətlərdən,
həmçinin qarşıda
duran hədəflərdən
ətraflı bəhs
edilib. ÇXR-in Sədri, ÇKP-nin Baş katibi Si Cinpinin yeni
dövrdə Çin
xüsusiyyətli sosializm
haqqında ideyalarının
mahiyyəti və praktiki əhəmiyyəti
barədə geniş
məlumat verilib.
Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri
üçün nahar
təşkil olunub. Nahara qatılan YAP nümayəndə heyətinin
rəhbəri Ziyafət
Əsgərovun ÇKP Mərkəzi
Komitəsinin üzvü,
ÇKP MK-nın Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri, nazir Liu Ciençao ilə söhbəti zamanı Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərinin inkişaf
səviyyəsindən məmnunluq
ifadə olunub, ölkə liderlərinin əlaqələrin dərinləşməsində
müstəsna rolunun əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan-Çin
münasibətlərinin hazırkı
durumu və perspektiv imkanlardan danışılıb. Azərbaycanın
"Bir kəmər, bir yol" layihəsini
dəstəkləyən ilk
ölkələrdən biri
olduğu xatırladılıb,
Zəngəzur dəhlizinin
reallaşdırılmasının regional və beynəlxalq önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı
Çin və Azərbaycanın ölkələrin
ərazi bütövlüyü
məsələsində sərgilədikləri
mövqeyin dəyişməz
olduğu vurğulanıb.
Eyni zamanda,
YAP-ÇKP əlaqələrinin iki ölkə arasındakı münasibətlərin
inkişafındakı rolundan
söz açılıb.
Daha sonra YAP-ın nümayəndə heyəti "Çin modernləşməsi: cəmiyyət və təbiətin harmoniyası" adlı sərgini ziyarət edib, eyniadlı partiyalararası beynəlxalq konfransda iştirak edib. Konfransda Çin modernizasiyasının səciyyəvi xüsusiyyətləri barədə təqdimat olub. Çıxışlar zamanı vurğulanıb ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Bundan başqa, Çinin ekologiyanın qorunması sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumat verilib.
Həmin gün YAP-ın nümayəndə heyəti Sançyanyuan Təbiət Qoruğu və Ekologiya üzrə Böyük Məlumat Mərkəzini də ziyarət edib.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.4.