Ceyhun
Bayramov UNOG-un baş direktorunu Ermənistanın təxribatları
barədə məlumatlandırıb
Xarici işlər
naziri Ceyhun Bayramov İsveçrə
Konfederasiyasına işgüzar
səfəri çərçivəsində
sentyabrın 12-də BMT-nin
Cenevrədəki Ofisinin
(UNOG) baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
Azərbaycan-UNOG əməkdaşlığının
müxtəlif istiqamətləri,
eləcə də regional məsələlər
müzakirə edilib.
Azərbaycan ilə
UNOG arasında əməkdaşlıqdan
məmnunluq ifadə olunaraq, UNOG-nin insan hüquqları, gənclər, gender bərabərliyi, dayanıqlı
inkişaf məqsədləri,
ətraf mühitin mühafizəsi, iqtisadi inkişaf kimi istiqamətlər üzrə
fəaliyyətlərinə dəstək ifadə olunub.
Azərbaycanın öz
növbəsində BMT çərçivəsində
aktiv fəaliyyət göstərdiyi, 2023-cü ildə
BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramına (SPECA) sədrlik
etdiyi və cari ilin noyabr
ayında Bakıda
SPECA-nın sammitinin baş tutacağı diqqətə çatdırılıb.
Sülh və təhlükəsizliyin təşviqi,
humanitar, sosial-iqtisadi inkişafda bərabərlik
kimi prinsiplərin Azərbaycanın SPECA ilə
yanaşı, Qoşulmama
Hərəkatında sədrliyi
və digər beynəlxalq təsisatlardakı
təşəbbüslərinin əsas meyarlarını təşkil etdiyi diqqətə çatdırılıb.
Xanım Valovayanın
2022-ci ildən etibarən
Azərbaycana baş tutmuş səfərləri
və bu səfərlər çərçivəsində
keçirilmiş ali və yüksək səviyyəli görüşlər
məmnunluqla xatırlanıb
və Azərbaycanın
Cenevrədəki Daimi
Nümayəndəliyi, habelə
ölkəmizin digər
qurumları ilə
UNOG arasında əməkdaşlığın
gücləndirilməsi üçün
yaratdığı şəraitə
görə UNOG-nin rəhbərinə minnətdarlıq
bildirilib.
Görüş zamanı bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib. Postmünaqişə dövründə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistanın təxribatları diqqətə çatdırılıb. Ölkəmizə qarşı mina təhdidləri xüsusi vurğulanıb. Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassızlığı barədə faktlar qeyd edilib.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.4.