BMT-nin
Cenevrə bölməsində
bərpa edilmiş “Azərbaycan” otağının
açılışı olub
Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov
Birləşmiş Millətlər
Təşkilatının Cenevrə
bölməsində yeni
dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının
açılışını edib. Açılışda
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra
ölkələrin Cenevrədəki
daimi nümayəndələri
iştirak edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
tədbir zamanı çıxış edən
nazir Ceyhun Bayramov və baş direktor Tatyana Valovaya BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi
üçün “Azərbaycan”
otağının olduqca
faydalı töhfə
olduğunu vurğulayıblar.
2007-ci ildə Heydər
Əliyev Fondu tərəfindən yaradılan
otağın təmirinə
2022-ci ildə başlanıb.
Ən yüksək texnologiyalar əsasında
təmir edilən otaqda çox sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb.
Otaq, həmçinin qabaqcıl proqramlaşdırma
ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların
və iclasların keçirilməsinə imkan
verir.
Otağın tərtibatında
milli elementlərə
də xüsusi yer ayrılıb. Otağın girişindən
etibarən Azərbaycanın
tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə
elementləri ilə dizayn edilib. Həmçinin Azərbaycanın
memarlığını nümayiş
etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası,
şəbəkə eksponatı,
muğam musiqisi alətləri nümayiş
etdirilir.
Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.4.