Paşinyan
Rusiya ilə vidalaşmaq niyyətindədir
Ermənistanın baş
naziri Nikol Paşinyanın "telefon
diplomatiyası" yenə
işə düşüb.
Nikol son günlər Gürcüstanın
Baş naziri İrakli Qaribaşvili,
ABŞ-nin Dövlət
katibi Entoni Blinken, İran Prezidenti İbrahim Rəisi, Almaniya Kansleri Olaf Şoltsa zəng vurub. Tərəflər Qarabağda
vəziyyəti və
Ermənistan-Azərbaycan sərhədindəki
gərginliyi müzakirə
ediblər. Ermənistan
baş naziri Paşinyan telefon danışığı zamanı
qeyd edib ki, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə
əldə edilmiş
razılaşmalar əsasında
bütün məsələlərin
müstəsna olaraq diplomatik vasitələrlə
və konstruktiv atmosferdə həllinə
dair yanaşmalara sadiqdir. Bu, Nikol
Paşinyanın növbəti
riyakarlığıdır. Çünki sözdə
dediyini kağızda təsdiqləmir.
Bu arada Yelisey sarayının yaydığı məlumata
görə, Fransa Prezidenti Emmanuel Makron da Ermənistanın
baş naziri Nikol Paşinyana zəng edib. Məlumatda qeyd edilir ki, Makron
Paşinyanla Ermənistan
və Azərbaycan sərhədində artan gərginliyi müzakirə
edib.
Diqqətçəkən məqam budur ki, erməni baş nazirinin zəng vurduğu dövlət başçılarının
siyahısında Rusiyanın
Prezidenti Vladimir Putinin adı yoxdur.
Hadisələrin gedişi
göstərir ki, Paşinyan Rusiyasız Cənubi Qafqaz uğrunda Qərbin savaşına oyunçuluq
edir. Elə Nikolun region dövlətlərinin başçılarına,
o cümlədən Gürcüstanın
Baş naziri İrakli Qaribaşviliyə
zəng vurmasının
əsas səbəbi də bu ola
bilər. Xatırladaq
ki, 44 günlük müharibədən sonra Azərbaycan vasitəçisiz,
Cənubi Qafqazın üç dövlətinin
danışıqlar masası
arxasında oturub regionun problemləri haqqında birgə müzakirə təklif etmişdir...
Separatçıların Rusiyanın göndərdiyi ərzağı
vaxtında qəbul etməməsi də Qarabağda uydurulmuş
"humanitar fəlakət"
hay-küyünün şoudan
başqa bir şey olmadığını
bütün dünyaya
göstərdi və artıq xarici mətbuatda bu mövzuda silsilə yazılar dərc edilməkdədir. Yeni baş separatçı Samvel Şahramanyan "seçki"dən sonra ilk çıxışında
sələflərindən fərqli
bir söz demədi. "Dağlıq
Qarabağ status almalıdır, üçüncü
ölkənin təminatı
ilə Bakı ilə danışmalıyıq,
Ermənistanla əlaqə
Laçın dəhlizi
vasitəsilə birbaşa
olmalıdır və
ola bilsin ki, başqa yollar da açılsın,
amma onlar dəhlizi əvəz edə bilməz".
Azərbaycanın mövqeyi
məlumdur, olduqca aydın, konkret və qətidir. Hər hansı statusdan söhbət belə gedə bilməz. Qarabağda yaşayan icma nümayəndələri ya
Azərbaycan qanunları
ilə yaşamalı,
dövlətimizin reinteqrasiya
təklifini qəbul etməli, Ermənistanın
Qarabağda saxladığı
qanunsuz silahlı dəstə tezliklə ölkəmizin ərazilərini
tərk etməlidir. Yaxud da... yol
açıqdır.
Prezidentin köməkçisi,
Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında qeyd
edib ki, Laçın sərhəd-buraxılış
məntəqəsində Azərbaycanın
gömrük və sərhəd nəzarəti
rejiminə əməl
edilməlidir: "Yalan
və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin
yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur".
Bu arada qondarma rejimin yeni seçilmiş "hakimiyyət orqanları"
bəyan ediblər ki, "blokada"nın yaratdığı kəskin
"humanitar problemlər"in
yumşaldılması zərurətindən
çıxış edərək,
Rusiya mallarının
sülhməramlıların vasitəsilə Qarabağa
daxil olmasına icazə vermək qərarına gəliblər".
Ermənistan mətbuatı
Rusiyadan gələn
"humanitar yükün"
Ağdam-Xankəndi yolu
ilə buraxılmasını şərh
edərək yazır
ki, ruslar tanınmamış "DQR" rejimi ilə ultimatum dilində danışıblar: "Maraqlıdır,
Araik Arutyunyanın dönəmində Samvel Şahramanyanın bir çox tərəfdarı
Ağdam yolunun istismarından kəskin şəkildə imtina etdiyi halda yeni
"iqtidar" Ağdam
vasitəsilə yüklərin
qəbuluna niyə razı oldu?" KİV-in məlumatına görə, separatçı
rejim "hakimiyyət"inin
yuxarıda qeyd olunan qərarından əvvəl Samvel Şahramanyanla Rusiyanın
Qarabağda müvəqqəti
yerləşmiş sülhməramlı
missiyasının nümayəndələri
arasında uzunmüddətli
danışıqlar aparılıb:
"Qərardan əvvəl
bir neçə saat çətin söhbət olub. Ruslar əmin ediblər ki, bu, Laçına yolu açmaq üçün son şansdır və istənilən qərar Qarabağda yeni müharibəyə gətirib
çıxara bilər.
Hazırda istər Qarabağda, istərsə
də Ermənistanda Rusiya ilə münasibətlər gərginləşən
xətt üzrə inkişaf edir".
Azərbaycan pillə-pillə
de-fakto yurisdiksiyasını
Qarabağda bərpa edir.
Azərbaycan Xarici
İşlər Nazirliyinin məlumatında
qeyd edilir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə
RQXC-nin yük avtomobilinin Ağdam-Xankəndi
yolu vasitəsilə Xankəndinə keçidi
təmin olundu. Azərbaycanın Qarabağ
bölgəsində Ermənistanın
qondarma rejimi tərəfindən problem
və təxribatların
törədilməsinə baxmayaraq,
RQXC tərəfindən göndərilən
yükün Azərbaycanla
əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması
istiqamətində müsbət
addım və mühüm irəliləyiş
kimi qiymətləndiririk.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
13 sentyabr.- S.5.