Qərbi Azərbaycan hekayələrinin
izi ilə...
"İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai
Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
maliyyə yardımı
ilə "Bir gün evimizə qayıdacağıq" layihəsinə
başlayıb.
İctimai Birlikdən
AZƏRTAC-a verilən məlumata
görə, layihənin
əsas məqsədi
bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş
soydaşlarımıza, qərbi
azərbaycanlılara qarşı
ermənilər tərəfindən
aparılan etnik təmizləmə siyasəti
ilə bağlı beynəlxalq ictimaiyyətin
məlumatlandırılmasıdır. Dörd ay müddətində
reallaşacaq layihədə
öz torpaqlarından
zorla qoparılmış
soydaşlarımızın keçirdikləri hisslər,
onlara dəymiş mənəvi ziyan, yaşadıqları qaçqın
həyatı barədə
hekayələri lentə
alınaraq, beynəlxalq
ictimaiyyətə erməni
zorakılığının təzahürü kimi nümayiş etdiriləcək.
Qeyd edək ki, hər biri üç dəqiqədən ibarət olan hekayələrdə erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın həyat ağrıları, xatirələri yer alacaq. Həyat hekayələrindən ibarət olan çəkiliş materiallarının son versiyasının ictimai təqdimatı oktyabr ayında keçiriləcək.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.9.