Türkiyənin
Baş prokuroru Bəkir Şahin Azərbaycanda səfərdədir
Bakıda keçiriləcək
İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv
dövlətlərin Baş
prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin
Baş prokuroru Bəkir Şahin ölkəmizə rəsmi
səfərə gəlib.
Baş prokurorluqdan
AZƏRTAC-a bildirilib ki,
bu gün Kamran Əliyevlə türkiyəli həmkarı
arasında keçirilən
görüş zamanı
iki dövlət arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafının
dövlət başçıları
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyi
qeyd olunub.
Kamran Əliyev
qonaqlara ölkəmizdə
həyata keçirilən
hüquq islahatları
çərçivəsində prokurorluq orqanlarının
fəaliyyətinin müasirləşdirilməsi
istiqamətində aparılan
köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula
görə öz təşəkkürünü bildirən nümayəndə
heyətinin rəhbəri
Bəkir Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin
inkişafına böyük
önəm verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı
mübarizə sahəsində
əməkdaşlıq üzrə
faydalı fikir mübadiləsi aparılaraq,
beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı fəaliyyətin
səmərəliliyi ətrafında
müzakirələr aparılıb.
Görüşdə, həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı iştirak edib.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.6.