Azərbaycanlı adamı Beynəlxaq Sokrat Mükafatına layiq görülüb

 

Beynəlxalq Sokrat Mükafatı (İnternational Socrates Award) Avropanın ən nüfuzlu mükafatlarından biridir. Avropa Biznes Assambleyasının ekspertləri tərəfindən hər il müxtəlif  ölkələr  üzrə iqtisadiyyatın  inkişafına böyük  töhfələr  verən  nüfuzlu  təşkilatlar,  o cümlədən onlara rəhbərlik edən şəxslər bu mükafatla təltif olunurlar.

Bu il Oksford Univesitetində keçirilən "Liderlər sammiti"ndə    dünya inşaat  sənayesində  ən son texnologiyalar       innovasiyaları    tətbiq    edən, ilklərə imza atan, mötəbərlik nüfuzu ilə seçilən, qloballaşaraq Azərbaycan keyfiyyətini dünyaya inamla    nümayiş    etdirən "Mətanət A" Şirkəti böyük rəğbətlə qarşılandı.

"Mətanət A" Şirkətinin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının  sədri,  professor  Elxan  Bəşirov  Böyük Britaniyada  fəaliyyət  göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən  İqtisadiyyat Biznes kateqoriyasında İnnovasiyaların yaradılması tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Sokrates İnternational Award) layiq görüldü.

Regional beynəlxalq miqyasda müsbət imicə malik qaliblər nüfuzlu ictimai təşkilatları özündə birləşdirən  Beynəlxalq  Sokrat Komitəsi  tərəfindən  peşəkar ictimai  fəaliyyətdəki böyük uğurlara görə mükafatlarla təltif edilirlər. Mükafatın verilməsi ictimai fikrin öyrənilməsi nəticəsində təşkil olunur bu mükafatla qaliblərin fəaliyyəti beynəlxalq səviyyədə tanınır.

Dünya miqyasında  bu nüfuzlu mükafatla daha əvvəllər BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO)   baş  direktoru   Karlos  Maqaranyos, Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov, Rumıniyanın Baş naziri Adrian Nastase digər nüfuzlu şəxslər təltif olunmuşdur.

 

Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.