Cenevrədə
azərbaycanlı rəssam
Faiq Əhmədin əsərlərindən ibarət
xalça sərgisi açılıb
Sentyabrın 12-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
İsveçrə Konfederasiyasına
işgüzar səfəri
çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı
rəssam Faiq Əhmədin əsərlərindən
ibarət xalça sərgisinin açılışında
iştirak edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
sərginin açılışına
BMT-nin Cenevrədəki
Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud
beynəlxalq təşkilatların
rəsmiləri, xarici
ölkələrin səfirləri
qatılıblar.
Tədbirdə açılış
nitqi ilə çıxış edən
BMT-nin Cenevrədəki
Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən
sərginin Azərbaycanın
zəngin mədəniyyətinin,
xalçaçılıq sənətinin daha yaxından tanıdılması
imkanı yaratdığını
diqqətə çatdırıb.
Ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.4.