Azərbaycan-Macarıstan
münasibətlərinin inkişaf
istiqamətləri müzakirə
edilib
Macarıstanın Baş
naziri Viktor Orban bu ölkədə
səfərdə olan
iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
İqtisadiyyat Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
qəbulda Macarıstanla
aparılan müzakirələrin
vacibliyi vurğulanıb,
əldə edilən razılaşmaların uğurla
həyata keçirilməsindən
məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan
münasibətlərinin inkişaf
dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın
səmərəli nəticələri
barədə fikir mübadiləsi aparılıb.
Macarıstanın xarici
işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın
da iştirak etdiyi görüşdə
Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından
Azərbaycanla əməkdaşlığının
əhəmiyyətinə toxunub,
həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin
Azərbaycanda uğurla
genişləndiyini, digər
macar şirkətlərinin
də Azərbaycanda investisiya planlarının
gündəlikdə olduğunu
vurğulayıb.
Qeyd edilib ki, tərəfdaşlığın
genişlənməsi qarşılıqlı
marağın göstəricisidir
ki, Azərbaycan-Macarıstan
ticarət dövriyyəsi
artır, faydalı investisiya əməkdaşlığı
həyata keçirilir.
Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət,
təhsil və s. sahələrdə əlaqələrin
gücləndirilməsi üçün
imkanlar böyükdür
və hər iki ölkə bu potensialın reallaşdırılması üçün
zəruri tədbirlər
görür.
Səfər çərçivəsində
iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Tərəflər Azərbaycan-Macarıstan
əlaqələrinin strateji
tərəfdaşlıq prinsiplərinə
əsaslandığını, hər iki ölkə
rəhbərliyinin əməkdaşlığın
inkişafına, mövcud
potensialdan səmərəli
istifadəyə xüsusi
önəm verdiklərini
vurğulayıblar.
Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.6.