Astarada şəhid
polkovnik-leytenant Nail Orucovun
ailəsi ziyarət olunub
Rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev
vətəndaşların qəbulu
ilə əlaqədar
Astara rayonuna səfəri
çərçivəsində şəhid polkovnik-leytenant
Orucov Nail Rəfail oğlunun
ailə üzvləri
ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər
ki, görüşdə yaxınları
şəhidlə bağlı
xatirələrini bölüşüb,
onun keçdiyi şərəfli döyüş
yolundan danışıblar.
Qeyd edək
ki, polkovnik-leytenant Nail Orucov Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
tabeliyindəki hərbi
hissələrdə müxtəlif
vəzifələrdə çalışıb.
Ehtiyata buraxıldıqdan
sonra "Aztelekom"
MMC-nin Astara Telekommunikasiya
Qovşağında işləyib.
Vətən müharibəsi
zamanı - sentyabrın
29-da döyüş bölgəsinə
yollanıb. Oktyabrın
31-də Qubadlı rayonu
uğrunda döyüşlərdə
qəhrəmancasına şəhid
olub.
Nail Orucov ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni, "Vətən
uğrunda", "Qubadlının
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.10.