İcma:
ABŞ-ın haqq işimizə məhəl
qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir
Amerika Birləşmiş
Ştatlarının (ABŞ) bizim haqq işimizə
heç bir məhəl qoymaması onun insan hüquqlarına
sadiqliyinə ziddir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
yaydığı bəyanatda
bildirilib.
“Biz Amerika Birləşmiş Ştatlarının
(ABŞ) Dövlət katibi
Antoni Blinkenin
2023-cü il sentyabrın
10-da verdiyi bəyanatı
qeydə aldıq. O, bəyanatında Ermənistan
və Azərbaycan arasında istənilən
sülh razılaşmasının
Azərbaycanın Qarabağ
bölgəsinin sakinlərinin
hüquqlarını və
təhlükəsizliyini qorumalı
olduğunu vurğulayır
və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış
edir.
Biz çox təəssüf edirik ki, Dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların
məsələsinə toxunmayıb.
Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların
hamısını zorla
çıxarıb və
onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib.
Bunun əksinə
olaraq, Azərbaycan
2020-ci ildə müharibə
başa çatdıqdan
dərhal sonra ermənilərin Qarabağ
bölgəsinə qayıtmasına
şərait yaratmışdır.
Azərbaycan, həmçinin
Qarabağda yaşayan
ermənilərlə təmaslar
istiqamətində fəal
addımlar atır və onları cəmiyyətə inteqrasiya
etməyə çalışır.
Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar
Azərbaycanın ərazilərində
tamhüquqlu vətəndaş
kimi yaşayırlar.
Bu konteksti nəzərə alsaq,
ABŞ-ın bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının
qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu, ondan
xəbər verir ki, ya ABŞ-ı etnik azərbaycanlıların
insan hüquqları maraqlandırmır, ya da bu dövlət,
əhali qrupunun etnik təmizləməyə
məruz qalmasından
sonra onun taleyi ilə maraqlanmağı dayandırır.
Bu, bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə
alsaq, ABŞ hökumətinin
bu mövqeyi xüsusilə məyusedicidir.
Biz təkidlə ABŞ Hökumətini insan hüquqları məsələsində ayrı-seçkilik yanaşmasına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qanuni evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını dəstəkləməyə çağırırıq. Biz, həmçinin ABŞ Hökumətindən Ermənistan üzərində təsir imkanlarından istifadə edərək bu dövlətin bizim İcma ilə məzmunlu dialoq aparmağa başlamasını təmin etməyi xahiş edirik”, - deyə bəyanatda vurğulanıb.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.